Lazımsız Terapi

Lazımsız Terapi
@qaqarin
ahahaha mədəniyyətimi pozmayacam...
"Keşif hevesi bitince de göz yavaş yavaş dışarıya, bilinmeyene, yabancılara kaymaya başlıyor. Kötü niyetten değil, sırf meraktan. Yeniye, başkaya, farklıya duyulan beşeri heyecandan. Bence insan tabi­atında mevcut olan, kimseciklere zararı dokunmayan bu tabii alakada en ufak bir kabahat unsuru bulunmuyor."
Alıntı
Ayan isimli okura yanıt verildi
Lazımsız Terapi
Ayan Okay
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
heyif etmək ağır ifadədir. həmişə nəyisə “heyif” etməkdən qorxuruq. “birdən həyatı yaxşı yaşamaram, ömrümü heyif edərəm.” yəqin ki, ömrünün düşündüyün qədər uzun olmayacağını anlayanda onu da “heyif etməkdən” qorxursan. gəncliyini, arzularını, anlarını sonuna qədər yaşamaq istəyirsən. amma bu qorxunun özü bir qandala çevrilib ayağından yapışır, hər günü “dolu-dolu” keçirməsən, hər anını dibinə qədər dəyərləndirməsən, “heyif etdiklərinin” siyahısı uzanır. ona görə, görə bildiyin bütün əzalarına yazdırırsan: “live fast, die young”, “stay high” və s. əvvəl düşünürdüm ki, “kaş ki” demədən yaşamaq, sonda “heyif ki” deməkdən yaxşıdır. “kaş” demək yaşanma ehtimalı olub da yaşana bilməyənlərə, potensialı olan hər şeyə tutulan bir yasdırsa, “heyifsilənmək” yaşananlara təəssüf hissi keçirmək, peşman olmaqdır. kontekstə görə bir-birini əvəz edə bilərlər, amma mən “nostalgiya” hissini məhz belə kodlaşdırmışam. indi düşünürəm ki, hər ikisi də qaçılmazdır. həm seçdiyinə, həm də seçmədiyinə görə peşman olacaqsan. gözün həmişə arxada qalacaq, həmişə nəsə umub ondan ya məhrum olacaqsan, ya da onda umduğunu tapmayacaqsan. hər bir halda, seçim sənindir. səhv və düz olmasını belə seçdiyin dəyərlər təsbit edəcək. insanı hansı daha çox qane edər? öz seçiminlə bədbəxt olmaq, yoxsa başqalarının seçdiyi xoşbəxtliyi yaşamaq?
Lazımsız Terapi
Bu birazda bədbəxtlik və xoşbəxtlikdən nə anladığınız ilə də əlaqədlidir.
“Onlar hiylə qurdular, Allah da plan qurdu. Allah plan quranların ən yaxşısıdır.”
Lazımsız Terapi
Hər şeyə gücü çatan bir fövqəltəbii qüvvə niyə plan qurmaqla məşğul olsun ki?