9/10
·328 syf.··
2026 35. kitabı
Bir müddətdir daha ağır və dərin əsərlər oxuduğum üçün məni yormayacaq, axıcı, maraqlı süjet xəttinə malik bir kitab axtarırdım. Elə buna görə də “Böyürtkənli qış” mənim üçün uğurlu seçim oldu. Kitabın ən güclü tərəfi onun oxunaqlılığıdır. Bəzi əsərlərdə oxucu hadisələri irəli aparmağa çalışır, amma burada əksinə, süjet insanı öz ardınca aparır. Hadisələrin necə inkişaf edəcəyini öyrənmək istəyi kitabı rahatlıqla və maraqla oxumağa kömək edir. Bununla belə, əsəri çox dərin və ya olduqca güclü psixoloji roman adlandırmazdım. Xarakterlərin bütün emosiyaları və daxili dünyaları çox dərindən işlənməyib. Oxucunu sarsıdan və ya uzun müddət düşündürən əsərlərdən biri deyil. Amma məqsədiniz ağır mövzulardan bir qədər uzaqlaşıb maraqlı, yüngül və axıcı bir kitab oxumaqdırsa, “Böyürtkənli qış” bu baxımdan yaxşı seçimdir. Vaxtı xoş keçirmək və maraqlı bir hekayəyə qərq olmaq istəyən oxucular üçün tövsiyə edə biləcəyim bir əsərdir.
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
Puan vermedi·200 syf.··
2026 140. kitabı
Təbiət tərəfindən çox şeylə təmin edilməmiş Finlandiya, hazırda ən böyük gücü təhsildir. Finlandiya xəritənin şimalında yerləşdiyi üçün çox da yaşamağa əlverişli yer deyil. Avqust ayından qış başlayır,daima yağışlı və çiskinli hava müşahidə olunur. Buna baxmayaraq ən qabaqcıl ölkələrdən biridir. Səbəb? <<Təhsil>> Kitab Finlandiyanın yüksəliş dövrünü ələ alır. XIX əsrdə Rusiyadan asılılığına son qoyulur. İdealist müəllim Snelman ölkənin dirçəlişi üçün çox çaba sərf edir. Tək istəyi xalqın fərqindəlik qazanması,bilinçlənməsi,təhsilin inkişafına yön verməsi və s olub. Kitabda bir xalq üçün təhsilin,sənətin, fərdi məsuliyyətlərin və s önəmi vurğulanır. Ölkə ərazisi Azərbaycandan 4 dəfə böyükdür,buna baxmayaraq nüfuzu bizim ölkənin yarısı qədərdir. Səbəbi təkcə soyuq iqlim deyil. Cahillər kimi çoxalmağı da seçə bilərdilər. Soyuq iqlimlə yanaşı insanların çox uşaq sahibi olmağı seçməməsidir bir digər səbəb. Bu o deməkdir ki Snelman bunu bacarıb.
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Nilüfer Yayınları · 2017124,8bin okunma
Reklam
Qəlb şairi Əli Kərim
Puan vermedi·336 syf.··
Beğendi
·
2026 21. kitabı
·
44 günde okudu
·
Okunma: 01 Haziran 2026 22:19
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?.. PDF oxumağa səbri olmayan mən, Əli Kərimin şeirlərini oxumaq üçün bu çətinliyə də qatlandım. Məktəb və gənclik illərimin ən sevdiyim şairlərindən biri olub o. Şeirlərinin çoxunu oxuyanda elə bilirdim ki, misralar birbaşa mənə ünvanlanıb. Kitabxanaya hər gedişimdə onun şeirlərinin çap olunduğu jurnal, qəzet və ya kitab axtarır, tapdığımı böyük həvəslə oxuyurdum. Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdini daşıyıbdır o. O qədər sürətlə vurub ki, sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o! Aradan iyirmi ildən çox vaxt keçsə də, Əli Kərimin şeirlərini yenidən eyni həyəcan və eyni duyğularla oxudum. Bəzi misralar insanın yaddaşında elə iz qoyur ki, illər keçsə də öz təsirini itirmir. Sənin baxışını yığdım gözümə, O xoş ətrini də səpdim evimə. Sözün də qapımın ağzında durdu, O bir hasar oldu hər gələn qəmə. Əli Kərimin şeirlərindən incəlik, zəriflik və səmimiyyət axır. O, özünəməxsus üslubu və təkrarsız poetik dünyası ilə Azərbaycan ədəbiyyatında seçilən şairlərdəndir. Kədər başdan-başa sinəmi tutmuş, Nəfəs almağa da yer saxlamamış. Fəsillər astaca üstündən keçər, Əriməz orada boranlı bir qış. Onun şeirlərini oxumaq sanki insanı başqa bir aləmə aparır. Hər misrada sevgi, həsrət, kədər və ümid bir-birinə qarışır. Qəlb və könül şairi olan Əli Kərim oxucusuna səmimi duyğular bəxş edir. Buna görə də illər keçsə belə, onun şeirləri köhnəlmir, əksinə, hər oxunuşda yeni mənalar qazanır. Şeir oxumaq sərin bulaqdan su içməyə bənzər. Qəlbinizi, ruhunuzu sərinləndirən misraların heç vaxt əskik olmaması diləyilə...
Seçilmiş ƏsərləriƏli Kərim · Lider Nəşriyyat · 200427 okunma
10/10
·360 syf.··
Beğendi
·
2026 2. kitabı
Bax, bu tamam başqa məsələ. Elə bil 6 il əvvələ qayıdırıq, o vaxtkı hisslər hələ də təzədir: Düzü, mən elə də çox kitab oxuyan biri deyiləm, amma 'Böyürtkənli qış' illər keçsə də yadımdan çıxmır. Artıq üstündən 6 il keçib, amma hələ də o hekayənin ağırlığı ürəyimdədir. Yadımdadır, o vaxt kitabı bitirəndə son hissələrində özümü saxlaya bilməyib elə ağlamışdım ki... Heç bir kitab məni o qədər yerimdən oynatmamışdı. Bir ananın çarəsizliyi, o soyuq may ayı və illər sonra üzə çıxan sirlər adamı paramparça edir.
Böğürtlen KışıSarah Jio · Arkadya Yayınları · 201144,9bin okunma
Puan vermedi·208 syf.··
2026 14. kitabı
Teas Press'in ən underrated tərcümələrindən biri. Çoxunuz bəlkə də bu kitabın Yusuf Atılgan'ın “Aylak Adam” əsərinin tərcüməsi olduğunu bilmirsiz. Sizi qınamıram, bir neçə ay əvvələ qədər mən də bilmirdim. Bir ara endirimdə idi, o zaman almışdım, qiyməti hardasa 2.80₼ falan idi. Çox az gözlənti ilə başlasam da, kitab məni təəcübləndirməyi bacardı. Əsərin baş qəhrəmanı “C” adında bir oğlandır. Və “C” el dili ilə desək “Avaran"-ın biridir. Cənab C, bütün vaxtını gəzmək və insanları müşahidə etməklə keçirir. Bəs düşünürsüz ki, “Bu adam pulu haradan qazanır?”, yaxşı düşünürsüz. Cənab “C”-yə atasından böyük məbləğdə pul miras qaldığı üçün, o bütün həyatı boyu çalışmasa belə, rahatlıqla yaşaya bilər. Lakin C-yə atasından miras qalan tək şey pul yox, həmçinin uşaqlıq travmalıdır. Baş qəhrəmanımız məhz bu travmalar ucbatından heç bir qadınla münasibət/yaxınlıq qura bilmir. Kitab 4 fəsilə ( Yaz, Yay, Payız, Qış ) ayrılır. Biz hər fəsildə Cənab C-nin həqiqi sevgini və ona başa düşəcək qadını tapmaq üçün etdiyi axtarışlara şahid oluruq. Məncə kitab olduqca maraqlı və axıcı idi. Əsərin yazı üslubu biraz Albert Camus'un “Yad” əsərinə bənzəyir. O əsəri oxuyub bəyənənlər, məncə 100% “Aylak Adam”-ı da bəyənəcək.
SərgərdanYusuf Atılgan · Teas Press Nəşriyyat · 201971,1bin okunma
Böyürtkənli qış-seçdiyi insanları qoruyan
10/10
·328 syf.··
Beğendi
·
2026 5. kitabı
·
7 günde okudu
·
Okunma: 23 Şubat 2026 21:09
Bu yazardan oxuduğum ikinci kitabdır, amma indiyə qədər ən çox sevdiyim məhz bu oldu. Duyğular o qədər içdən və o qədər gözəl təsvir edilib ki, oxuyarkən insanın ürəyinə toxunur. Xüsusilə son səhnə… Düzü, orada göz yaşlarımı saxlaya bilmədim. Halbuki mən duyğularını tez ifadə edən biri deyiləm, ağlayan biri isə heç deyiləm. Məni belə kövrəldə bildisə, duyğulu və həssas oxuculara nələr edəcəyini deməyə ehtiyac yoxdur. Oxuyun, oxutdurun. Çox bəyəndim. Axıcılığından isə ümumiyyətlə danışmağa dəyməz… Sarah Jio Böyürtkənli Qış
1000Kitap
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
Reklam
Reklam