Rəfiqə Cavadova

Rəfiqə Cavadova
@r_cavadoffa
Edebiyyat öğretmeni
LSU
Azərbaycan, 10 Temmuz 2004
40 okur puanı
Eylül 2022 tarihinde katıldı
10/10
·455 syf.··
Beğendi
·
2026 20. kitabı
·
13 saatte okudu
·
Okunma: 01 Mayıs 2026 11:54
Bu kitabı mən Universitetin ikinci kursunda aldım, amma sırf müəllifi haqqında məlumatı olduğumdan onun xətrinə alınan bir kitab idi. Bir kitabsevər olaraq, bu kitabı 2022-ci ildən bəri nə mövzsuna baxmış, nə də əlimə almışdım. Sanki, kitabdakı personajların taleyi kimi, kitaba qarşı içimdə qəribə bir biganəlik vardı. Kitab oxumaq həyatımın çox önəmli bir hissəsi olsa da, bu kitabı unutmuşdum. Dünən bir dostum keçiriləcək kitab klubunda bu kitabın müzakirəsi olacağını, mənimdə gəlmək istəyib-istəmədiyimi soruşdu. Məndə razılaşdım, eləcə də dünən əlimə aldığım bu kitabın dörd illik məndə olan lənətini qırdım. İnanın mənə, kitabı bir günə bitirdim və oxuduğum zaman əlimdən buraxa bilmirdim, sanki ordakı dünyada yaşayırmışam kimi, məni o qədər içinə çəkdi ki, ordakı obrazların halına ağlayır, qəhr çəkir, heyrətlənirdim. İndi isə kitabı oxuyacaq olanlar bu hissəni görməzdən gəlsinlər, yəni spoilər kimi düşünün. Hadisələri ilk səhifələrdə anası ilə ucqar bir kənddə kasıb bir daxmada yaşayan, Nanasının (anasına belə səslənirdi) acıqlı sözləriylə, Cəlilin hər həftə evlərinə cümə günü gəlişini səbirsizliklə gözləyən intizarıyla, evlərinə arada qonaq gəlib onlara pay gətirən Bibicanıyla, Molla Feyzullahın ona öyrətdiyi biliklərlə, quran oxumasıyla kiçik dünyasının içində yaşamını sürdürən balaca Məryəmin dilindən oxuyuruq. Kitabın ilk səhifəsində görürük ki, Nanasının ona dediyi “hərami” sözünün hələ uşaq dünyasına yad olduğundan mənasını anlaya bilmir. Beləcə, o sanki gələcək həyatından xəbər verən Nanasının gözü kimi baxdığı, nənəsindən qalan qabı əlindən salıb sındırması paramparça olacaq həyatına nişan verir və hərami olduğunu ilk dəfə anasından eşidir. Həyatın ağırılı günlərini yaşayan Nanası Cəlilin evində qulluqçu işləyərkən onun qeyri-qanuni şəkildə Cəlildən hamilə
Möhtəşəm qadınlar
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,4bin okunma
Reklam
İnsan bəzən məcbur qalır
8/10
·144 syf.··
Beğendi
·
2025 25. kitabı
Yenicə bitirdiyim bu kitabı hardasa mənə çox da fərqli baxışlar qazandırmadı, amma nəsə içimdə boşluq oldu,səbəbi isə deyəsən Lenni kimi Corca inanmağım idi. Kitab demək olarkı oxuduğum ən axıcı kitablardan biri idi,çox qısa müddətə bitirdim. Oxuyanda əlinizdən salmayacaq,bir nəfəsə oxuyub bitirəcəyiniz bir kitabdı. Kitabda hər obrazın mənə görə bizə çatdırmaq istədiyi fərqli fikir var idi,müəllif obrazların öz adı ilə belə bizə çox şeyi çatdırmaq istəyirdi. Bundan sonrası əsərin məzmunu ilə bağlıdı,oxumaq istəyirsinizsə davam etməyin. Əvvəlcə hadisələr baş qəhrəman olan iki dostun Corc və Lennin üzərindən danışılırdı,doğrusu ilk səhifələrdən elə Lennində nəsə çatmadığını və normal bir insan pisxologiyasında olmadığını anlaya bildim. Amma Corcun onunla olan münasibəti içimi əzdi,yenə də onunla niyə bir gələcək qurmaq istədiyini anlaya bilmirdim. Nəysə yenə hadisələrin davamında Lennin hər daim Corc tərəfində danlanması,əməlli başlı uşaq ruhlu Lennin Corca olan sevgisi nəsə məni çox bağladı kitaba,hələ Lennin dovşan sevgisi deyəsən dovşanlara daha normal gözlə baxa bilməyəcəm…. Bilirsiz kitabda obrazlar hər biri dedikləri ilə insanda yer etsədə,siz Lennin oxuyanda nəsə deməsinə ehtiyac olmadan sempatyanız ona qarşı yaranır,mənə görə yazıçı bir qəddarlığı,xəstəlikli bir halı uşaq ruhlu bir obrazda birləşdirməsi o qədər ziddiyyətlidir ki, məncə oxucunun Lennin bir başa yargılamasın deyə də etmiş ola bilər bilmirəm tam. Kitabda tənhalığın ən yaxşı ifadəsi Zənci Qozbel idi,o qədər içim ağradı ki ona,onun cümlələrini alıntı kimi paylaşcağam,inanın mənə sırf irqinə görə ayrım görən,gün sonunda heç kimi olmayanda,Lennin onun otağına girəndə acıqlasa da əslində onunla danışıldığı üçün sevindiyini düşünürəm. Qadın obrazını yazıçı adlandırmaq baxımdan kitabda sadəcə “Qıvrımsaçın
Dostluk
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,6bin okunma
Dünyanın "papaq aldı-qaç" oyunu
10/10
·264 syf.··
Beğendi
·
2025 74. kitabı
Başlıq olaraq necə başlayım deyə,nə yazım deyə çox düşündüm. Elə bir kitab oxudum ki, kitab bir yana dursun mənim hislərim,düşüncələrim alt-üst oldu. Nədən başlayım nəyi deyim bilmirəm. Bu sözləri yazmaqda məqsədim isə belə gözəl,mənalı bir kitabın incələməsi bir yana,alıntısının olmaması,oxuma sayısının azlığı doğrusu məni təccübləndirdi. Bu səbəbdən düşündüm ki,niyə də yazan mən olmayım? İlk öncə kitabın yazım dili,sənətkarlıq xüsusiyyətlərini şərh etmək istəyirəm. Kitabın epiloqundan sonra müəllifin öz əlyazması ilə yazdığı, "Dünyanın "papaq aldı-qaç"oyunu" başlığı altındakı mətni çox təsirli idi. Bəzi həqiqətləri gözümə gətirdi və tək təsəllim bu idi ki,istər kitabı oxuyanda,istər əlyazmanı oxuyanda Qarabağı azad etmişik,Qarabağ yenidən və həmişə olduğu kimi doğma yurdumuzun tərkibindədir. Lakin bunlar yenə də, 2003-cü ildə yazılan bu kitabda keçirilən hisslərə,hadisələrə laqeyd baxmağıma imkan vermədi. Kitabı tək kəlimə ilə ifadə etsəm o qədər darmadağın oldum ki,içim sızlamadı,içim məhv oldu mənim. Burda hansı həyata yanım,hansı hala ağlayım bilmədim. Kitabın dili olduqca axıcı və şirin idi,gəl görəsən ki,hadisələr zəhərdən betər acı idi,ilk sətirlərindən bizi müəllifin dili ilə qarşılayan bu kitabda, müəllifin də dediyi kimi, Qarabağda bizim,Azərbaycanlıların başına gətirilən hadisələri tam anlamıyla əks etdirən,təsvir edən müəkəmməl bir əsər yoxdur. Axı,o insanların halının,yaşadıqlarının yüzdə bir faizini belə eşidəndə,oxuyanda bu qədər dözə bilmiriksə,bunun qat-qat əzablısını yaşamaq,insanı görün necə məhv edir. Burdan bütün səsimlə çıxış edirəm: "Məhv olsun,o insanlıq ki,anları,qızları,bacıları əsir düşüb,namusu tapdalanıb,ləyaqətlərini itirməsinlər deyə,əşya kimi görülməsinlər deyə öz əlləriylə güllələməyə məcbur qalan neçə İsrafil əmiləri görmədi deyə;o
Qarabağ
ZənguləNüşabə Məmmədli · Bakı, İdeal-Print · 201011 okunma
İnsan, insan olarak kaldığı sürece, ölüm ve yaşam aynı şeydir.
10/10
·304 syf.··
Beğendi
·
2023 57. kitabı
Bir kitab haqqında fikirlərimi ilk dəfə paylaşıram. Yəni kitbda məni təlaşlandıran,kədərləndirən bir o qədər də heyrətləndirən hissələri yazmazdan öncə kitab haqqında öyrəndiyim və bəlki də çoxlarımızın artıq bildiyi,amma mənim yeni öyrəndiyim bir məlumatı sizlərlə bölüşmək istəyirəm.Deməli,kitabın yazarı George Orwel bu kitabı 1948-ci ildə yazıbmış,kitabın adındakı və içindəki hadisələrin zaman dilimi olan 1984 isə 48-dəki rəqəmlərin yer dəyişməsindən əmələ gəlir.Və başqa bir məlumat isə müəllifin 1950-də London da vəfat etməsidir.Belə bir qənaətə gəlinir ki,müəllif əslində kitabdakı hadisələri keçmişi ələ alaraq gələcəyə yönəlik yazmışdır,bir baxıma etiraf etmək gərəkirsə kitabdan sonra bu həyatda yaşadığımız hər anda belə izlənirik düşüncəsinin doğruluğu məni narahat etdi.Hər nəysə kitabın təsirində hələ də qaldığım bu anlarda istəyirəm ki,fikirlərimi bölüşüm. 1984-ü türk dilində oxudum,yəni bizdəki tərcüməsinin necə olduğundan xəbərsizəm,amma bu dildə oxumam məni daha çox bəzi fikirləri analamağıma kömək etdi.Kitabdakı "Büyük Ağabey Sizi İzliyor" cümləsi belə bir yerdən sonra necə bir dövrü əhatə etdiyini mənə açıqlamağa bəs etdi.Hadisələrin danışıq dili uzun və yorucu olacağını zənn etsəm də bir yerdən sonra bu fikrimdə yanıldığımı görürəm. Bundan sonra yazacaqlarım kitabı oxumayanlar üçün tövsiyyə etmirəm,bir növ spoiler kimi anlaya bilərsiniz,bu sizi narahat etməyəcəksə oxuya da bilərsiniz. Ən başda yazmaq istəyirəm ki,bu kitabın sonunu belə gözləmirdim.Yəni ölməsini,öldürməsini,üsyan belə çıxarmasını gözləyirdim,amma başda dediyi,düşündüyü hər şeyə xəyanət etməsi məni çox üzdü.Yaxşı,mən də qatılıram ki, o qədər yaşadıqlarından sonra normal fikirlərinə sadiq qalması mümkün deyildi,amma bir yerdən sonra Büyük Ağabeyi sevdiyini deməsi,tanrım, heç gözləmirdim.Amma
1984
1984George Orwell · Anonim Yayınları · 2021200,1bin okunma