Fikirləşə bilmirəm, yata bilmirəm
Gör ki, bu fikri başimdan ata bilmirəm
Hərçənd mən səninlə yapa bilmirəm
Bu cahan aramızı yapar mı söylə
Çox şey demək istərkən deyə bilmirəm
Qazandım yenə də sevinə bilmirəm
Bilirəm çox şeyi yaxşı bilmirəm
Bilməyənlər sevgini bilər mi söylə
Kaş biləydi hərkəs tək mənim kimi
Nəyi yaxşı bilib nəyi heç bilmədiyini
Eşidib duyanda sənə sevgimi
Qəlbində bir atəş yanar mı söylə
Bəlkə heç sevgilim deyilsən mənim?
Anamsan, bacımsan,
nənəmsən, nəsən?
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən, dirisən
hər nəsən, dayan!
Dayan, heç olmasa, əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində sosuyar əlin.
Deyirsən: “Sən Allah, əlimi öpmə,
Əlimdən, deyəsən, qan iyi gəlir…”