Misal üçün kömür şaxtalarında işləyən insanlar; çox ağır olsa da vacib işdir, kömürsüz qala bilmərik. Kanalizasiya təmizləmək də çox xoşagəlməz işdir amma kimsə bu işlə də məşğul olmalıdır. Eyni şey bizim iş üçün də keçərlidir. Bəzi insanlar restoranda yemək yeyə bilsin deyə plongeur həftədə səksən saat qab yumalıdır. Bu, sivilizasiyamızın gəldiyi nöqtədir, buna görə də biz bunu sorğu-sual edə bilmərik. Ən vacib məsələ də elə budur.
Hal-hazırda Parisdə gündə 10-15 saat qab yuyan universitet məzunu insanlar var. Heç kim deyə bilməz ki, bu insanlar avara, tənbəl olduqlarına görə bu işə məhkum olublar. Bu insanlar sadəcə olaraq içindən çıxmağın mümkün olmadığı, nəsə haqqında düşünməyə belə imkan olmayan bir çarxa düşüblər.