Qorxuram yar gəlməyə,
Gözlərim yaşlı qala.
Deməli, yar bir də heç vaxt gəlməyəcəkdi. "Vağzalı" sədaları altında tamam başqa bir dünyaya aparacaqdılar onu...
Əslində, başqaları üçün yaşamaq və ölmək özün üçün yaşamaq və ölməkdən daha asandır. Çünki birincinin ssenarisini özün yazırsan. İkincisinin ssenaristləri isə başqaları olur.