Famusov Cəmiyyəti, Çatski və Aleksandr Qriboyedov
7/10
·160 syf.··
2026 2. kitabı
·
32 saatte okudu
·
Okunma: 01 Haziran 2026 01:57
Pyes ilk nəşr olunan zaman böyük senzura ilə qarşılaşmışdı. Pyesin xeyli hissəsi ixtisar edilmişdi. Kitab yalnız yazıçının ölümündən 29 il sonra ixtisarsız nəşr oluna bildi. Bu qədər senzuraya məruz qalmasının səbəbi tənqidçilərə görə bu kitabın Moskvaya qarşı bir böhtan olması idi. Yazıçının kitabda fikirlərini əsas personajın dilində azad şəkildə deməsi tənqidçiləri olduqca narahat edirdi. Aleksandr Qriboyedovun əsərə "Ağıldan bəla" adını verməsi təsadüfi deyil. Əsərdə təsvir olunan Famusov cəmiyyətində rüşvət, yaltaqlıq, rütbəpərəstlik və yalan normal həyat tərzi kimi qəbul edilir. Belə bir korlanmış mühitdə ağıllı, elmli, dürüst olmaq insanın xeyrinə deyil, ziyanına işləyir. (Yazıçı dekabrist idi) Dünyanın müxtəlif ölkələrini gəzmiş, savadlı gənc oğlan Moskvaya qayıdır. Səyahətləri zamanı çox şey öyrənir və mütərəqqi görüşlərə sahib olur. Çatski azad və tənqidi düşündüyü üçün bu cəmiyyətə uyğunlaşa bilmir və onun ağlı, savadı özü üçün bəlaya çevrilir. Əgər o da digərləri kimi kor-koranə itaət etsəydi, cəmiyyətdə asanlıqla yer tapa bilərdi. Pyesdəki obrazlar 2 ayrı sərhəddə dayanır. Biri Famusovlar, digəri isə Çatski. Famusovlar keçmişin əhəmiyyətsiz fikirləri, lazımsız adət-ənənələri ilə yaşayır. Bununla yanaşı, onlar bir tərəfdən də avropalaşmağa, avropalaşmış görünməyə çalışırlar. Çalışırlar demək elə də doğru olmaz bu situasiyada. Anlamadan qəbul edirdilər. Pyesin əvvəlində Famusov və qızı Sofiya olan pərdədə belə bir fikir söyləyir: "Başa sal, qorusun qoy gözlərini, Bir də oxumaqdan nədir ki fayda; Firəng kitabları qoymur o yata, Rus kitabı dərhal yatırdır məni." Burada maraqlı bir istehza var. Famusov firəng kitablarının maraqlı olduğunu qəbul etmir, əksinə, bu kitabların gənclərin beynini boş xəyallarla doldurub onları yuxusuz qoyduğunu iddia edərək
Ağıldan BəlaAleksandr Griboyedov · Qanun Nəşriyyatı · 2020139 okunma
9/10
·128 syf.··
Beğendi
·
2025 229. kitabı
·
4 saatte okudu
·
Okunma: 02 Aralık 2025 01:14
"Allahı qatil edənlər" Aqil Abbasın real hadisələr əsasında yazdığı, realist üslubla qələmə alınmış, bir qədər də detektiv ruhu daşıyan əsəridir. Müəllif bu romanda hərbi sahədəki özbaşınalıqları, rüşvət problemlərini, insan hüquqlarının pozulmasını parlaq və obyektiv şəkildə göstərmişdir. Əsərdə “Prokuror”, “General”, “Komandir” kimi obrazlar vasitəsilə rüşvətxor, vəzifəpərəst, insani dəyərlərdən uzaq hərbçilər ifşa edilir. Əsas qəhrəmanımız aspirant “Akademik” isə haqsızlığa boyun əyməyən, haqqını tələb edən, prinsipial və mərd əsgərdir. O, əsərdə sanki “qollarımı qandallaya bilərsiniz, amma ruhumu əsla!” cümləsinin canlı təcəssümüdür. Əsərin adının mənası isə xüsusilə maraqlıdır, amma spoiler olmasın deyə toxunmuram. Səhifələri sürətlə axan, həm düşündürən, həm təsirləndirən bir romandır. Mən sevərək oxudum, sevimli Törə müəllimlə birlikdə təhlil etdikcə isə daha da çox sevdim. Qarşınıza çıxsa, oxumadan keçməyin.
Edebiyat
Allahı Qatil EdənlərAqil Abbas · Bakı, Gənclik Nəşriyyatı · 20131 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi
Cəmiyyətin ən böyük faciəsi odur ki, “əxlaq” və “namus” sözlərini eşidən kimi bir çoxlarının ağlına yalnız qadın gəlir. Elə bil, əxlaq qadının ətəyində, namus onun saçında gizlənib. Halbuki əxlaq cinsin deyil, vicdanın atributudur. Əxlaqı yalnız qadınla bağlayan hər kəs, əslində, əxlaqın özünə xəyanət edən insandır. Əxlaq insanın öz içində qurduğu ədalət sistemidir. O, başqasına necə baxdığın deyil, özünə necə cavab verdiyindir. Əxlaqlı insan olmaq üçün başqalarının davranışını mühakimə etməyə ehtiyac yoxdur öz nəfsinin səsini dinləmək kifayətdir. Platon deyirdi ki, “ədalət ruhun harmoniyasıdır.” Əxlaq da bu harmoniyanın nəticəsidir. Əgər ruh parçalanıbsa, insanın ədalət hissi itirsə, əxlaq yalnız formal pərdə kimi qalır. Əxlaqın cinsə bağlanması onun ruhdan ayrılmasıdır. Cəmiyyət o anda mənəvi iflasa uğrayır, çünki artıq insanı daxilindən deyil, zahirindən ölçür. Kant “Əxlaq qanunu mənim içimdədir” deyəndə, bu fikirlə bütün insanlığa bir xəbərdarlıq etmişdi: Əxlaq Allahın insana yazdığı görünməz qanundur. Kim bu qanunu yalnız qadının geyimində, davranışında axtarırsa, öz daxilindəki qanunu itirib. Psixoloji olaraq, qadını əxlaqın simvoluna çevirən cəmiyyətlər öz nəfsinə sahib ola bilməyən kişilərdən ibarətdir. Çünki belə bir kişi öz istəklərini idarə edə bilmir, amma “mən əxlaqlıyam” demək üçün qadının davranışını hədəfə çevirir. Bu psixologiyada “proyeksiya” adlanır insan öz zəifliyini başqasının üzərinə köçürür. Yəni, kişi nə qədər mənəvi cılızdırsa, qadının azadlığından bir o qədər qorxur. O qorxu isə onun içindəki bastırılmış günahın səsidir. Beləliklə, “namus” qadının deyil, kişinin qorxusunun adı olur. Bu psixoloji sindromun ən təhlükəli tərəfi odur ki, o, nəsildən-nəslə ötürülür. Oğul atasından “qadını nəzarətdə saxlamağı”, qız anasından “səssiz olmağı”
Qadınlara MünasibətƏlixan Musayev · Adiloğlu Nəşriyyatı · 20022 okunma
Puan vermedi·144 syf.··
2025 19. kitabı
Bismillah. Danabaş Kəndinin Əhvalatları Celil Memmedguluzade SPOİLER (ÜRƏYİM ÇOX DOLUDUR) Demək... Əsəri oxuya oxuya içimdə bir qəzəb burulğanı baş qaldırdı ki,gəl görəsən. Ağlamaq hissi və qəzəb qarışıb bir-birinə, heç biri də gün üzünə çıxmır,vurur içimə. İlahi, zalımın zülmü ancaq vədolunmuş gələndə bitəcək... Başqa yolu yoxdur,zaman dövran dəyişib,ancaq günümüzdə də Xudayar bəy kimilər bitmir. Bu harınlamış,qeyrət yoxsulları sadəcə öz cildini dəyişib,mənliyini yox. Hələ də öz yuxarıdakı "day-day"ına arxalanan xarakterlər azalmayıb,əksinə çoxalıb. Adamı ən çox yandıran isə bu məxluq bu qədər qələt edir,sonra gedib dəstəmaz alıb namaz qılır. Adam yanmasın,neyləsin? Ay sənə qıldığın namaz qənim olsun,bu namaz sənə deyib ki, başqasının namusuna göz dik,ya özündən 30-40 yaş balaca qızla evlən,ya da camaatın sərvətini talan edib haqqına gir,və yaxud da saxta işlər görüb rüşvət ver? Məhəmmədhəsən əmi... Günümüzdə də olan o saflığını,təmizliyini qorumuş kişilərdəndir ki,bəzən saflıqları onların başına iş açır, haqqını tələb eləməyə imkan vermir. Bu kişinin ağlaya ağlaya Hz. Abbasa məktub verməsi səhnəsindən gözlərim doldu,boşaldı. Necə də ağır səhnə idi. Yazıq kişinin bir Kərbəla arzusu var idi,ona da imkan vermədilər. Zeynəb... Yazıq,cahil deyə bilməyəcəyim qədər ağıllı,mərd, cəsur, ancaq güclü deyə bilməyəcəyim qədər də hüququ əlindən alınmış və tənha qadın idi. Zeynəb haram çörək də yedirməmişdi ki,onun oğlu belə bişərəf oldu,onun həyatında belə axmaq övlad oldu. Əgər oğlu bu qədər axmaq,zavallı və bişərəf olmasaydı,heç Zeynəb Xudayar bəylə evlənməli olmayacaqdı,heç onun tələsinə də düşməyəcəkdi. Burada qadın hüquqsuzluğuna zəmin yaradan,mənə görə,o vəfasız, düşüncəsiz övlad oldu.İnsanın hüququ olmasa belə,bir dayağı,bir güvənəcəyi adamı olar,Zeynəbdə o da yox idi. __Bütün günahlar
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019910 okunma
"Peyğəmbərin tükü"
7/10
·80 syf.··
2025 38. kitabı
·
1 saatte okudu
·
Okunma: 02 Ağustos 2025 22:57
Hekayə Hindistanın Kəşmir bölgəsində baş verir. Əsərdə Hacı Həşim adlı dindar və zəngin bir adam təsvir olunur. O, təsadüfən müqəddəs bir relikviyanı – İslam peyğəmbəri Məhəmmədin saqqalından bir tükü tapır və onu öz evində gizlədir. Bu relikviyanın evə gətirilməsi ailədə bir sıra faciəvi və fövqəltəbii hadisələrə səbəb olur. Hacı Həşim əvvəllər rüşvət yeyən, lakin özünü dindar göstərən biridir. Relikviyanı tapdıqdan sonra qəfil fanatik dindara çevrilir, ailəsinə qarşı sərt və qəddar olur. Oğlu Atta və qızı Huma, atasının bu vəziyyətinə son qoymaq üçün relikviyanı oğurlatdırmaq istəyirlər. Bu məqsədlə onlar bir cinayətkar dəstə ilə əlaqəyə girirlər. Amma işlər planlaşdırıldığı kimi getmir və hadisələr faciəvi şəkildə nəticələnir. Sonda relikviya orijinal yerinə – məscidə qayıdır, və əfsanəyə görə, bu zaman möcüzəvi şəkildə hər şey “öz yerini tapır”. Düşünürəm,Rüşdü bu hekayədə dinin fanatizmə çevrilməsinin necə dağıdıcı nəticələr verə biləcəyini tənqid edir. Əsər həm də riyakarlıq, inanc, ailə münasibətləri və mistika ilə gerçəkliyin toqquşması kimi mövzulara toxunur.
Peyğəmbərin TüküSalman Rushdie · Qanun Nəşriyyatı · 201944 okunma
3/10
·168 syf.··
2025 20. kitabı
·
8 günde okudu
·
Okunma: 16 Temmuz 2025 00:00
Kitabı nəşriyyatın "yeni çıkanlar" siyahısında görüb almışdım. Tiflis-Bakı xəttiylə İran səyahəti oxumaq düşüncəsi həyəcanlandırmışdı. Amma gələk bu həyəcanımın ilk səhifələrdən sonra necə sönməsinə. Yazıçı Tiflislə yaxşı başlanğıc edir, sevgilisiylə son səyahətidir, insan münasibətlərini Tiflisin görməli yerləri ilə hekayələşdirib danışır. Ardından keçir Bakıya.. İllərin oxucusu olaraq deyə bilərəm ki, Bakını hələ bu qədər bayağı, ucuz təsvirini hardasa oxumamışam. Türkiyə heyranı, rüşvət və despotizm içində boğulan, görməli yeri İçərişəhər və Bulvar kombosuyla bitən, adana kababının uğursuz kopyası olan lülə kababın mətbəx kimi təqdim olunduğu şəhər. Vətəndaşları da oturub bulvardan görməmişliyin və kasıbçılığın abidəsi olan Flame Towers'ə baxır - tək əyləncəmiz buymuş kimi edilən o təsvir güldürdü)) Gözlərimin önünə əsrlərdir yoğrulan ədəbiyyatımız, musiqimiz və əlbəttə ki, tariximiz gəldi. İnsan dedim oxuduqca, həqiqətən də, görmək istədiyini görür. Bütün bunları keçirəm, nəticədə hər kəs Azərbaycanı sevəcək deyə bir şey yoxdur əlbəttə. Bakıdan İrana yola düşür səyyahımız, Bakıdan etibarən zərdüştlük və kürd gözəlləməsi oxuyuruq. İranın hər küncündən biraz tarixilik, biraz zərdüştlük, biraz da kürdlük oxuyuruq. Kitab bu hissədən etibarən bütün dinlərin və hətta millətlərin zərdüştlük və kürdlüyün barışsevərliyinin kölgəsində cılızlaşır yazarın dilindən. Bir nöqtədə bu sonlanar deyə səbrlə bitirməyə çalışdım, olmadı, kitab bu döngüdə qaldı. İraqın kürd şəhərləri və Midyatla sonlandı. Mən isə yazdıqlarımı bu cümlə sonlandırmaq istəyirəm: "İnsan, insan olabildiği kadar büyüktür. Irkı, dini, dili onu yüceltmez. Onu insanlığı yüceltir."
Yolda OlmakKadir Işık · İthaki Yayınları · 202324 okunma