Şövkət Mamedoffa

"Züleyha artık Yusuf’tan söz etmiyordu. Dualarında onun adını anmaz, özlediğinde göz yaşlarına sığınmaz olmuştu. Çünkü Züleyha eskisi gibi değildi artık… Acılarının içinden geçerek bambaşka bir kadına dönüşmüştü."
1000Kitap
Sevgilər
Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var. Mikayıl MüşfiqMikayıl Müşfiq
Şiir
Tanrım, yerdən usanmışam Öz yanına apar məni...🍃 youtu.be/kinF8TZKi2g?si=...
Kaş, anam 30 il cavan olaydı... Qazanın dibini yandıran yaşda. Babama mətbəxdən çay aparanda Stəkan-nəlbəki sındıran yaşda. Üzünə nisbətən ovuclarında anamın daha çox qırışı olaydı... Heç mən də gəlməzdim dünyaya hələ Atamla yenicə tanış olaydı. Kaş, anam 30 il cavan olaydı... Mən də ki, yenicə dil açan uşaq. İlk dəfə ürəkdən “ANA” deyəydim... Bütün deyəcəyim sözlərdən qabaq. Kaş, anam 30 il cavan olaydı... Səsinə laylalar bəstələnərdi. Kaş zaman sürətli keçməsin deyə, Saatın əqrəbi xəstələnərdi... Hacıbala Mahmudov
Şiir
Mən küsüb gedirəm
Bir ölüm işığı gəzər üstümdə, boşluqdan səs gələr: “Yubanma, tez gəl!... Sənə, çoxdandı ki, bu yer üzündə hər şey maraqsızdı, ölümdən özgə...” İlahi, gəlirəm, eşit səsimi, kimsəyə ümid yox, sən ovut məni. Bu nəhəng boşluğa atdım özümü, Sənə arxayınam, özün tut məni!... Ramiz RövşənRamiz Rövşən
Şiir