İlk 100 səhifəsini demək olar ki, əsəb keçirərək oxudum. Geri qalan bölümlərdə bütün duyğuları yaşadım. Ən sonda isə kitabı göz yaşları içində bitirdim.
Geri düşüncəli bir cəmiyyətdə qız olaraq doğulmaq və yaşamaq o qədər çox çətindir ki... Və bu kitabda da belə bir cəmiyyətdə dünyaya gələn bir qızın həyatından bəhs edilir. Adı kimi məsum olan ama özü çox güclü bir qadın olan Məsumə obrazını inanmıram ki bir daha yaddaşımdan çıxarda bilim...
Kitab olduqca axıcıdır. Oxumağı hər kəsə tövsiyə edirəm.
•Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıyırdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırdılar, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.