Təhlükəli Oyunlar müəllifin oxuduğum ikinci kitabıdır. İlk "Tutunamayanlar" oxumuşam. Mən də onu nə qədər bəyəndiyimi deyə bilərəm, çünki kitab fəlsəfə tərzi bir şey idi. Hətta bir qədər çətin başa düşülən kitab idi. Bilinçaltı metoddan istifadə etməklə yazılmışdır. Personaj dünyada öz başında yaşayır. Həmişə başa düşülməməsindən şikayətlənir. Eynilə Səlim Işık kimi.
Səlim dayana bilmədi! O, həyata deyil, insanlara tutuna bilərdi! Cəmiyyətə, qaydalardan yapışmağa, əlində tutulmağa ehtiyacı var idi. Heç kim başa düşmədi...
Özümü çox qəribə hiss edirəm. Qələmi əlimə alıb bədii ədəbiyyatı dəyişmək istəyirəm. Bitəndən bəri “belə olmamalı idi” deyirəm. Cek London... Yenə qar, yenə soyuq, yenə təbiətlə mübarizə və bütün bunları iliyinizə qədər hiss etdirəcək təsvir. Yalnız bir fərqlə. Bu dəfə də bütün istiliyi ilə sevgi var idi hansı ki, yarım qalan..
Bir Kuzey MacerasıJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202425,3bin okunma
Fransız ədəbiyyatının romantikasına xoş gəlmisiniz. Paris cəmiyyətində realizm hərəkatının izləri olan klassik bir kitab. Henriette və Feliks arasında qadağan edilmiş sevgi və sədaqət andı..
Bu kitab bir qədər Lev Tolstoyun "Anna Karina" əsəri kimi gəldi mənə. Baxmayaraq ki, ilk dəfə idi Balzaca aid əsər oxuyurdum və bu heç sevmədiyim bir janrda idi.. Oxuduğum zaman müddəti heç də boşa getmədi. Əgər bir qədər dram və "sevgi acısı " kimi bir kitab axtarışına çıxmış olsanız, o zaman bu kitaba göz ata bilərsiniz.
Vadideki zambakHonore de Balzac · Anonim Yayınları · 201852,9bin okunma