Qılıncların kölgəsindən doğan dostluq.
Puan vermedi·755 syf.··
2026 34. kitabı
Ay ərzində oxuduğum hər kitabı paylaşmıram. Yalnız məndə iz buraxan, bitirdikdən sonra belə düşünməyə vadar edən əsərlər haqqında yazıram. Bu da oxuduqlarımı özüm üçün yadda saxlamağın bir yoludur. Aleksandr Dümanın "Üç Muşketyor" əsəri də həmin kitablardan biri oldu. Roman gənc Dartanyanın Parisə gəlişi ilə başlayır və onu kral muşketyorları ilə tanış edən hadisələr zənciri ətrafında inkişaf edir. Burada əsas xətt təkcə macəra deyil. Dostluq, sədaqət, şərəf və xəyanət kimi anlayışlar daim qarşı-qarşıya qoyulur. Dartanyan, Atos, Aramis və Portosun bir-birinə bağlılığı isə əsərin ən güclü tərəflərindən biridir. Onların birlikdə keçdiyi yollar, qarşılaşdıqları təhlükələr və saray intriqaları kitabı hər səhifədə canlı saxlayır. Dümanın üslubu axıcıdır. Hadisələr sürətlə inkişaf etsə də, personajların hər biri öz xarakteri ilə yadda qalır. Oxuyarkən təkcə hadisələri deyil, həmin dövrün ruhunu da hiss etmək mümkündür. Ümumilikdə "Üç Muşketyor" mənim üçün həm möhtəşəm bir macəra, həm də dostluğun və sədaqətin zaman keçsə də dəyərini itirmədiyini göstərən ən sevdiyim klassik əsərlərdən biri oldu.
Üç SilahşorAlexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202111,4bin okunma
Şantaram-Oxucu rəyi
10/10
·832 syf.··
Beğendi
·
2026 1. kitabı
Qreqori Devid Robertsin "Şantaram" romanı sadəcə bir fərarinin macəra dolu həyat hekayəsi deyil, həm də dərin fəlsəfi axtarışlar, fədakarlıq və bağışlanma haqqında yazılmış möhtəşəm bir mənəvi epopeyadır. Avstraliya həbsxanasından qaçaraq Bombeyin (Mumbay) rəngarəng və xaos dolu küçələrinə sığınan Linin gözündən təsvir olunan bu dünya, həm insan mənəviyyatının zirvəsini, həm də gecəqonduların ən acı reallıqlarını gözlər önünə sərir. ​Kitabın ən heyranedici tərəfi, müəllifin Hindistanın ruhunu və insan psixologiyasını inanılmaz dərəcədə canlı ötürməsidir. Bombey gecəqondularındakı kəskin yoxsulluqla yanaşı toxunan saf səmimiyyət, mafiya dünyasının özünəməxsus fəlsəfəsi və Linin addım-addım "Şantaram" (yəni dinclik tapan adam) personajına çevrilməsi oxucuda dərin iz buraxır. Roberts azadlığın və məhkumluğun əslində insanın daxili aləmində başladığını çox gözəl hiss etdirir. ​Əsas Takeaway: Əsər boyunca sevgi, sadiqlik və xəyanət kimi mövzular olduqca güclü dialoqlarla işlənib. "Şantaram" həm dinamik süjet xətti, həm də həyatın mənasını sorğulayan aforizmləri ilə sadəcə bir roman deyil, böyük bir bədii təcrübədir. ​Səhifələr irəlilədikcə Bombeyin ədviyyat qoxulu küçələrini hiss etmək və bir insanın özünü daxilən itirərək tamamilə başqa bir coğrafiyada yenidən kəşf etməsinə şahid olmaq unudulmaz bir mütaliə zövqü bəxş edir.
1000Kitap
ŞantaramGregory David Roberts · Qanun Nəşriyyatı · 20192,087 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·332 syf.··
2026 4. kitabı
Kitabın əsas qəhrəmanı “xoşbəxt ailə” həyatı olan Nihal xanımdır. Nihal kənardan xoşbəxt görünür, lakin onun içindəkiləri yanlız evli sevgilisi olan, Cahid bəy bilir. Düşünürəm ki, kitabda xəyanətə çox normal baxılır. İstər Nihalın, istər də evli Cahidin başqa biri ilə danışması qınaq obyekti deyil. Gözəlliyi dillərə dastan olan, bir çox kişi tərəfindən bəyənilən Nihal sonda xoşbəxt ola bilmir “intihar edir”. İntihardırmı, qətldirmi kitabın son vərəqlərində bu daha aydın olur. Kitabda isə məncə günahkar hər kəsdir.
Uğursuz GecəElhan Elatlı · Teas Press · 0392 okunma
10/10
·324 syf.··
Beğendi
·
2026 14. kitabı
·
6 günde okudu
·
Okunma: 22 Haziran 2026 12:57
Alex Michaelidesin "Sessiz Hasta" kitabını bitirdim və çox bəyəndim. Kitabın sonuna qədər hadisələrin necə bitəcəyini təxmin etməyə çalışdım, amma sonluq məni tamamilə ters köşə etdi. Açığı, belə bir son gözləmirdim.Kitabın psixoloji tərəfi çox güclü idi. Hadisələr irəlilədikcə personajları daha yaxşı tanıdığını düşünürsən,amma,sonda hər şey dəyişir. Mənə görə hadisələrin bu nöqtəyə gəlməsində ən böyük günah Gabrielin idi.Həm Aliciaya xəyanət etməsi,həm də onun qorxularını ciddiyə almaması faciənin əsas səbəblərindən biri oldu. Sonluğun bir qədər açıq qalması da maraqlı idi.Theonun sonrakı taleyi tam məlum olmur və bu barədə düşünməyə davam edirsən.Ümumilikdə, məni həm düşündürən, həm də təəccübləndirən bir kitab oldu. Psixoloji triller sevənlərə rahatlıqla tövsiyə edərdim. Alex Michaelides Sessiz Hasta
1000Kitap
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 202312,9bin okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Puan vermedi·556 syf.··
2026 28. kitabı
19-cu əsrin sonu, 20-ci əsrin əvvəli, Londonda baş verən bir hekayə... Qəhrəmanımız Cefri Tempest özünü digərlərindən ağıllı hesab edən, gənc, amma uğursuz bir yazıçıdır. Lakin onun taleyi, uzaq qohumlarından birinin ona 5 milyon funt miras qoyduğunu öyrənəndən sonra tamamilə dəyişəcək. Bu pul, ona eyni zaman həm zənginliyin, həm şöhrətin, həm də kədərin qapısını açacaq. Lakin pulun ona gətirəcəyi şeylər, bununla sərhədlənmir, bu sərvət, ona həmçinin çox yaxın bir "dost" olan Şəhzadə Lusio Rimanezi də gətirəcək. Əsərdə əsas hadisələr, Cefrinin qazandığı sərvətdən sonra, Şəhzadə Rimanezin köməkliyi ilə yüksəlişindən və yuxarı təbəqəyə daxil edilməsindən sonra başlayır. Rimenez obrazına isə Türklər demiş, ayrıca "Parantez" açmaq lazımdır. Korelli İblis obrazını şər bir obraz kimi yox, tam əksinə iztirablarla dolu traqik bir obraz kimi təsvir edir. İblisin tək qurtuluşu bütün insanlığın saflığa və mərhəmətə dönüşüdür. Lakin günümüz dünyasında bu onun üçün mümkünsüz görünür... Kitabdaki əsas ideyanı, Oscar Wilde'ın bu cümlələri ilə əsaslandıra bilərik, "Şeytan sadəcə təklif edər, insan istərsə seçər..."
İblisin İztirabıMarie Corelli · Səbat Nəşriyyatı · 02 okunma