📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Ay ərzində oxuduğum hər kitabı paylaşmıram. Yalnız məndə iz buraxan, bitirdikdən sonra belə düşünməyə vadar edən əsərlər haqqında yazıram. Bu da oxuduqlarımı özüm üçün yadda saxlamağın bir yoludur.
Aleksandr Dümanın "Üç Muşketyor" əsəri də həmin kitablardan biri oldu. Roman gənc Dartanyanın Parisə gəlişi ilə başlayır və onu kral muşketyorları ilə tanış edən hadisələr zənciri ətrafında inkişaf edir. Burada əsas xətt təkcə macəra deyil. Dostluq, sədaqət, şərəf və xəyanət kimi anlayışlar daim qarşı-qarşıya qoyulur. Dartanyan, Atos, Aramis və Portosun bir-birinə bağlılığı isə əsərin ən güclü tərəflərindən biridir. Onların birlikdə keçdiyi yollar, qarşılaşdıqları təhlükələr və saray intriqaları kitabı hər səhifədə canlı saxlayır.
Dümanın üslubu axıcıdır. Hadisələr sürətlə inkişaf etsə də, personajların hər biri öz xarakteri ilə yadda qalır. Oxuyarkən təkcə hadisələri deyil, həmin dövrün ruhunu da hiss etmək mümkündür.
Ümumilikdə "Üç Muşketyor" mənim üçün həm möhtəşəm bir macəra, həm də dostluğun və sədaqətin zaman keçsə də dəyərini itirmədiyini göstərən ən sevdiyim klassik əsərlərdən biri oldu.
Üç SilahşorAlexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202111,4bin okunma
It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way, in short, the period was so far like the present period, that some of its noisiest authorities insisted on its being received, for good or for evil, in the superlative degree of comparison only.
Bəzi kitablar bitir. Bəziləri isə bitəndən sonra sənin bir parçana çevrilir.
Qraf Monte-Kristo mənim üçün məhz belə bir əsər oldu.
Kitaba başlamazdan əvvəl "Ezel"i izləmişdim və düşünürdüm ki, artıq bu hekayə məni təəccübləndirə bilməz. Cəmi 10-15 səhifə kifayət etdi ki, bu fikrim tamamilə dəyişsin.
Əgər bu kitabı sadəcə "macəra romanı" kimi tanıyırsınızsa, bilin ki, ona böyük haqsızlıq edirsiniz. Bəli, içində macəra var. Amma eyni zamanda sədaqət var, xəyanət var, ata sevgisi var, dostluq var, ümidsizlik var, ümid var və ən əsası, illər boyu ilmə-ilmə toxunmuş, heyranlıq doğuran bir intiqam planı var.
Edmund Dantes isə mənim oxuduğum ən möhtəşəm obrazlardan biridir. Onun ağlına, səbrinə, soyuqqanlılığına və bütün yaşadıqlarına baxmayaraq içində qoruyub saxladığı mərhəmətə heyran qalmamaq mümkün deyil.
Ən çox zindan hissələri məni sarsıtdı. O səhifələrdə sadəcə Edmundun yox, sanki mənim də nəfəsim daralırdı. Sonra başa düşdüm ki, böyük kitabları fərqləndirən də məhz budur: sən onları oxumursan, onları yaşayırsan.
1500 səhifədir. Mən isə bu kitabı bir ildə iki dəfə oxudum. Bir dəfə də olsun "tez bitsin" demədim. Əksinə, hər dəfə düşündüm: kaş daha əvvəl oxusaydım.
Bu günə qədər oxuduğum kitablar arasında mənim üçün zirvədə yalnız bir əsər var: Qraf Monte-Kristo.
"Bütün insan hikməti iki kəlmədə gizlidir: Gözlə və ümid et."
Monte Cristo KontuAlexandre Dumas · İthaki Yayınları · 201037,3bin okunma