Hacıbala Əlizadənin trilogiyasından sonra "Təyyarə kölgəsi" əsərinin ikinci hissəsini də bitirdim. Yazıçının qələmi o qədər güclüdür ki əsərlərinə doymaq olmur. Biz həmişə əsərin 1 yada 2 qəhrəmanı olmasına o qədər alışmışıq ki bu əsərdəki baş obrazların çoxluğuna ilk dəfə rastlaşsaqda heç də onları qəribsəmirik. Çünki Əlibala müəllim hərkəsin həyatına əsərdə elə toxunur ki hamı birdən doğmalaşır və sanki əzəldən onları tanıyır və gündəlik həyatımızda qarşılaşırdıq. İnsan kitab oxuyanda üfqü açılır dedikləri kitab elə bu kitabdır. 8-10 fərqli obraz, fərqli xarakter, fərqli düşüncə tərzi və fərqli əməl. Bunların harmoniyasını elə qurubki yazıçı adama əsəri oxuduqca ləzzət edir. Mən istərdim ki Azərbaycan ədəbiyyatının bu dəyərli incisini hərkəs oxuyub qoy onlar da özlərinin bir dəfə Gülmirənin, bir dəfə Nadirənin, bir dəfə Salmanın və digər obrazların yerinə qoysun.