Səmra Həsən

Səmra Həsən
@semrabella
"Florebo quocumque ferar”
Tərcüməçi, rəssam, fotoqraf
BSU
Bakı
Bakı, Azərbaycan, 13 Aralık 1999
68 okur puanı
Ağustos 2018 tarihinde katıldı

Səmra Həsən

, bir kitap okudu
10/10
·184 syf.·
Beğendi
·
11 günde okudu
·
2021 7. kitabı
Hermann Hesse
8.3/10 · 6,5bin okunma
Reklam
-Birlik, - Demian sözünə davam elədi, – gözəl şey dir. Amma indi gur şəkildə çiçəklənən heç də birlik deyil. O, yenidən doğur, ayrı-ayrı adamların bir-biri haqda bildiklərindən meydana gəlir və dünya hansısa müddətə dəyişir. İndi birlik sürü psixologiyasına tay olub. İnsanlar bir-birindən qorxduqları üçün bir-birinə qaçırlar - varlılar varlılara, fəhlələr fəhlələrə, alimlər alimlərə! Bəs onlar niyə qorxurlar? Yalnız o kəs qorxur ki, özüylə dil tapa bilmir. Belələri heç vaxt özlərini qəbul edə bilmədikləri üçün qorxurlar. Bu birlik yalnız və yalnız özündən qorxanlardan ibarətdir! Onlar həyat qanunlarının köhnəldiyini, çürüdüyünü, çoxdan zibilliyə tullanası vəziyyətdə yaşadıqlarını, nə dinlərinin, nə də əxlaq kodekslərinin dövrə uyğun olmadığını çox gözəl bilirlər. Avropanın işi-gücü yüz ildən artıqdır elm öyrənmək və fabrik tikməkdir! Onlar insanı öldürmək üçün neçə qram barit lazım olduğunu dəqiq bilirlər, amma onlar Allaha necə dua etməyi bilmirlər, hətta bir saat necə düzgün əylənməyi belə bacarmırlar.
Felsefe
Yalquzaq
Tənhalığı dişimə çox çəkmişdim. Amma indi daha dərin tənhalıqla üzbəüz qaldım və onun zəruriyyətini daha çox dərk elədim.
Düşünce
Qorxudan yaranan qulluq!
Heç kəsdən qorxmaq lazım deyil. Əgər nə vaxtsa kimdənsə qorxursansa, deməli, həmin kimsənin sənə hakim kəsilməsinə şərait yaratmısan. Məsələn, sən nəsə pis bir iş görmüsən, başqasınınsa bundan xəbəri var - bax elə onda səni qul vəziyyətinə salmaq üçün əla şərait yaranır.
Gerçəklik
Məhz dəyər verdiyimiz hər kəsin bizi tərk etdiyi zaman bütün vücudumuzla tənhalığı və boşluğun ölümcül soyuğunu hiss edirik. Və çoxları ömürlük bu qayadan sallanaraq həyatları boyu geri qaytarılmayacaq keçmişin, itirilmiş cənnət xülyasının və dünyada ən bərbad, ən ölümcül arzunun yaxasından yapışır.
İnsan
Reklam