Bu gün adət etdiyimdən daha tez oyandım. İşlərimi qaydasına saldıqdan sonra populyar və çoxlarının sevimli sosyal şəbəkəsi olan Youtube platformasına daxil oldum. Olmaz olaydım😅 "Shorts" bölməsində müəyyən kanallardan və ölkələrdən canlı yayımlar paylaşılırdı. "Saat 7də niyə canlı yayım açılsın ki?"- deyə düşündüm. Bu yayınların əksəriyyəti hindistanlı vətəndaşlar tərəfindən idi. Şərhlərin çoxu elə hind əlifbası ilə yazıldığından başa düşmürdüm. Bəzi şərhlər ingilis dilində yazılmışdı. Təxmin edə biləcəyiniz kimi hər biri çılpaqlıq, seksuallıq və yaxud söyüş və təhdid etina edirdi. Onsuz da hər kanalda bir "gözügötürməyən" olur. Bu başqa məsələ, amma, sən kanalına baxdığın "fenomendən" soyunmağını istəməklə, və yaxud onu alçaldıb təhqir etməklə nə qazanırsan?..
•İnsan düşüncəsi çox qəlizdir.
•Elə insan özü də çətin məfhumdur...