Ramiz Rövşən"Vətən"
Səni sevmək çətindir, Vətən Nə gündəsən ki, Təpədən dırnağacan ... günah içindəsən ki. Bilirsən səni sevmək bu saat nəyə bənzər? Zorlanmış bir qızı sevməyə bənzər. O sevgidən için-için gizlicə yanar adam. Amma açıb deməyə qorxar, utanar adam. Bu nə haldır düşmüsən, bu necə gündür, Vətən? Adam səni sevməyə indi utanır, Vətən. Üstündə neft ləkəsi kim yuyacaq bu ləkəni, Milyonçular ölkəsi, dilənçilər vətəni. Neftlə getdi bərəkətin, bərəkət qaçdı səndən. Neftlə getdi bəkarətin, borular keçdi səndən. Qarış-qarış qazılsanda sevin hələki sağsan Qara neftin qurtaranda ağ günə çıxacaqsan. Ramiz Rövşən
PREDESTİNATİON
Biz öz həyatımızın, taleyimizin müstəqil memarıyıq, yoxsa hər addımı əvvəlcədən ən xırda detalına qədər yazılmış bir ssenarinin icraçıları? Çox vaxt elə hesab edirik ki, həyatda verdiyimiz hər bir anlıq qərar gələcəyimizi formalaşdıran azad iradəmizin məhsuludur. Amma elə ekran əsərləri olur ki, insanın bu köklü inancını dərindən sarsıdır və onu öz varlığı ilə amansız bir toqquşmaya məhkum edir. Elmi-fantastika janrının ən pik nöqtələrindən biri olan bu möhtəşəm ekran əsəri, Robert Haynlaynın "Hamınız zombisiniz" (All You Zombies) adlı məşhur qısa hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu şah əsər bizə zamanın sadəcə keçib gedən bir məfhum olmadığını, onun əslində içindən çıxılması qeyri-mümkün olan bir həbsxana olduğunu göstərir. İlk baxışda bu mənzərə Stephen King'in məşhur "11/22/63" romanındakı zamanın keçmişi dəyişdirməyə çalışan insana qarşı göstərdiyi o amansız müqaviməti - "keçmiş inadkardır, dəyişmək istəmir" prinsipini xatırladır. Lakin bu film bəhs edilən ideyanı daha dağıdıcı bir nöqtəyə daşıyır. "11/22/63"-də keçmişi dəyişmək üçün göstərilən hər cəhd dünyanı fərqli bir apokalipsisə və xaosa sürükləyirsə, burada keçmişi dəyişmək üçün atılan hər bir addım elə dəyişdirilmək istənilən keçmişin özünü, o qaçılmaz taleyi doğurur. Hekayə zamanda səyahət edən, zaman çarxları arasında sıxılıb qalmış insan ruhundan, şəxsiyyət bütövlüyündən və tənhalıqdan bəhs edir. Əgər siz də hər addımı təxmin edilən bəsit süjetlərdən yorulmusunuzsa, bu dumanlı və qaranlıq labirintin pərdəarxasına keçib hər detala gizlədilmiş dərin mənaları kəşf etmək sizə tamamilə fərqli bir həyəcan bəxş edəcək. Rejissor bizi ilk saniyələrdən etibarən dumanlı bir barın küncünə, keçmişin kimsəsiz yetimxanalarının soyuq dəhlizlərinə və gələcəyin boz, hissiz bürokratik mərkəzlərinə aparır, lakin bu
Film
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Vəfa...
Bəzmi-Ələstdə verdiyin o sözə hələ də vəfakarmısan? Yoxsa dünya səsinin gurultusunda ruhunun verdiyi sözü unutdun?.. Ey vəfasız sevgili… Ruhuma açdığın yaranı zamanmı sağaldar, yoxsa yalnız Yaradanmı? İndi qorxuram… Bir gün bu can əmanətini sahibinə qaytararkən məndən soruşulmazmı: “Ey bəndəm, sənə saf verdiyim bu qəlbi kim bu hala saldı?” Mən nə deyim onda?.. Sənin adınımı çəkim, yoxsa “özüm yandım” deyim?.. Bilirsənmi, bəzi ayrılıqlar ölüm kimi deyil… ölüm bir dəfə gəlir, amma həsrət hər gecə insanın ruhuna yenidən enir. Sən getdin… amma məndə qalan sənin yoxluğun oldu. İndi hər dua arasında bir inciklik, hər səcdənin içində səssiz bir ah var. Kaş sevmək yalnız qovuşmaq olaydı… Bəzən insan ən çox “Allaha əmanət” dediyi yerdə sınırmış…
Through my window.
Birini sevmək bazen vazgeçmeyi de gerektirir.
Alıntı
İnsan ən sonunda arzu etdiyi şeyi yox arzusunu sevər. Bəzən bir şeyin reallaşmasını o qədər hədsiz istəyirik ki, elə bilirik o baş versə, bütün boşluqlarımız dolacaq. Amma bəzən o arzu həyata keçmir. Maraqlısı budur ki, həyata keçməsə belə, o arzu bizdən bir parça olmağa, içimizdə yaşamağa davam edir. Hətta bəzən reallıqdan daha doğma gəlir bizə. Bunu bir insanı sevmək nümunəsində daha aydın görmək olar. Bəzən birini sevirik, bəlkə də heç qarşılıq almırıq, amma vazkeçə də bilmirik. Niyə? Çünki bir nöqtədən sonra artıq o insanı yox, ona qarşı bəslədiyimiz duyğuları sevməyə başlayırıq. O hissləri bəsləmək, o həyəcanı daxilimizdə yaşatmaq bizə o insanın özündən daha çox şey ifadə edir. Bəlkə də bu, özümüzü könüllü bir xəyala məhkum etməkdir. Amma daxili dünyamızda bu, bir sığınacaq rolunu oynayır. Niyə bu vəziyyətdən çıxa bilmirik? Cavab sadədir: Öyrəşdiyimiz o tanış boşluqdan ayrılmaq istəmirik. Bu hal bizə güvən verir. Artıq o duyğuya, o həsrətə və ya o yarımçıq qalmış arzuya o qədər alışmışıq ki, sanki ruhumuza qədər sinib. Naməlum bir xoşbəxtlikdən tərəddüd edib, tanıdığımız və bizə doğma gələn o kədərli sakitliyə sığınırıq. “Kaş ki"lər və "bəlkə"lərdən uzaq, daha gözəl günlər diləyirəm. Sevgilərimlə.. özünüzə diqqət edin.
Bəxtiyar Vahabzadənin dediyi kimi: “Neyləyirəm o ürəyi, bacarmırsa o sevməyi…” Bəzən elə bilirik ki, ən böyük ehtiyacımız sevilməkdir. Amma əslində ən böyük yoxsulluğumuz sevməyi bacarmamaqdır. Biz çox vaxt sevgini sözlərdə axtarırıq, halbuki sevgi ən səssiz davranışdır. O, bəzən sadəcə birini başa düşmək cəhdidir bir başqasının susqunluğunu dinləmək, görünməyən yorğunluğunu öz qabırğanın altında hiss etməkdir. Sevmək çətin deyil, sadəcə öz "mən"inin hüdudlarını aşa biləcək qədər cəsarət istəyir. Və biz bu cəsarəti itirdikcə, ürəklərimiz vitrin kimi dolu görünür, amma içində yaşanan heç nə qalmır. İnsan nəyi sevirsə, bir az da odur. Əgər sevməyi bacarmırıqsa, problem ürəyimizin yoxluğunda deyil, onu sevgisizliyə məhkum edib paslandırmağımızdadır. Çünki sevmək insan qalmağın yeganə yoludur. Həqiqətən sevib-sevilməyiniz diləyi ilə. Özünüzə yaxşı baxın. (28 aprel 2026)