Ürəyimdə son dərəcə bir yüngüllük, bir genişlik duyuram. Bəlkə, əslində, sevmək elə budur? Çünki mən indiyədək sevməyin nə olduğunu bilmirəm. Sakitləşsəm, necə hərəkət etməliyəm? Çünki həmişə iradəmə arxalanmaq istədikdə özümdə böyük bir cəsarətsizlik duymuşam... Bəlkə hadisələri özbaşına buraxmaq lazımdır?...
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
“Sevgi müəllimdir, qardaşlar, ancaq onu qazanmağı bacarmaq lazımdır, çünki o, çətin əldə olunur, ağır zəhmət bahansına, uzun müddətə və baha qiymətə başa gəlir, bir anlıq və təsadüfən deyil, həmişəlik sevmək lazımdır”.
– Madam ki ananıza etdiklərinə görə atanıza nifrət edirsiniz, o zaman niyə onun kimi olmaq istəyirsiniz?
– Çünki anamın əzablarını görən zaman anladım ki, kişilər üçün sevmək – bir qadının gözəlliyini gül kimi dərmək, onu əlində saxlamaqla qadına əmin əllərdə olduğunu hiss etdirmək, əzizləmək deməkdir. Və bütün bunlar onun gözəlliyi solana qədərdir. Bu gözəllik solduqdan sonra kişilər yeni təravətli gül dərmək üçün başqa “bağçalar”a üz tuturlar. Bir gün and içdim ki, əgər günün birində bir qadına vurulsam, onu həqiqi sevsəm, o gülü qoruyub saxlayacağam, onun saralıb-solmasına imkan verməyəcəyəm.
“Bilirdim ki, sevən göz kor, qulaq kar, dil lal olur. Əllər və ayaqlar da taqətdən düşür. Sevgi insanı özündən alan bir varlıqdır. Sevgi xəstəlikdir, real dünyadan təcrid olmaqdır.
Amma bütün bunlara baxmayaraq, sevmək və sevilmək isə dünyanın ən böyük xoşbəxtliyidir.”