ODUN İSRAFI
1/10
·379 syf.··
2026 23. kitabı
·
1 saatte okudu
·
Okunma: 17 Şubat 2026 00:00
Normalda oxuduğum bütün kitablarla bağlı fikirlərimi ayrı-ayrılıqda yazmağa çalışıram. Əgər tamamlanmış bir kitab serisidirsə, hər kitab haqqında ayrıca düşüncələrimi bölüşürəm. Amma bu seri məni o qədər yordu ki, nə hər kitabı ayrıca dəyərləndirmək istədim, nə də ümumiyyətlə sonuna qədər həvəslə oxuya bildim. Sözün əsl mənasında bu kitab mənim üçün tam bir kağız israfı idi. Hətta daha açıq desəm, sadəcə kağız yox, bildiyin odun israfı. İndiyə qədər bəyənmədiyim çox kitab olub. Amma heç biri məndə bu qədər güclü mənfi təəssürat yaratmamışdı. Bu kitabı oxuyarkən tez-tez öz-özümə “Mən niyə bunu oxuyuram?” sualını verdim. Ən böyük məyusluğum isə kitabın “askeri kurgu” adı altında təqdim olunması oldu. Mən askeri kurgu janrını həddindən artıq sevirəm. Bu janrda oxuduğum kitablar insana intizamı, komandaya bağlılığı, fədakarlığı və uniformanın arxasında duran ağır həyatı hiss etdirir. Askeri kurgu sadəcə personajların əsgər formasında olması demək deyil. Əsl askeri kurgu oxucuya o nizam-intizamı, əmrləri, məsuliyyəti, vətən sevgisini, savaşın ağırlığını və bu həyatın yaratdığı emosional yükü yaşatmalıdır. Oxucu kitabı oxuyarkən o atmosferin içinə düşməli, personajlarla birlikdə həmin hissləri yaşamalıdır. Amma bu kitabın askeri kurgu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Kitabda nə hərbi disiplin hiss olunur, nə də bu janra xas olan atmosfer var. Personajların davranışları, dialoqları və hadisələrin inkişafı askeri kurgu ruhunu qətiyyən əks etdirmir. Sadəcə obrazların hərbçi olması bir əsəri askeri kurgu etmir. Əgər oxucu o gərginliyi, o intizamı və o xüsusi hissi yaşamırsa, deməli ortada bu janrın ruhu yoxdur. Təəssüf ki, bu kitab mənə həmin hisslərin heç birini yaşatmadı. Nə uniformanın ağırlığını hiss etdim, nə personajların daşıdığı məsuliyyəti, nə də bu
UmutMelek Kaş · Efsus Yayınları · 2022195 okunma
10/10
·352 syf.··
Beğendi
·
2026 61. kitabı
·
5 saatte okudu
·
Okunma: 04 Mayıs 2026 00:41
Bu kitabı 5 saata bitirdim. Və bu incelememdə ocudukca nə hisslər keçormişəm tək tək yazdım. Dəyişmədən hər hadisədə hiss etdiklərim…. Tipik Wattpad kitabı oxuduğumu düşünürdüm, ta ki Sancak dava edib gedənə kimi... 7 bölüm “tipik wattpad kitabı” deyə-deyə gəldim, bölüm sonu ağzım açıq qaldı. Mən Sancak Gülcenin qardaşı ilə dava edib sanarkən, adamın atası ilə dalaşıb çıxıb getməsi... Üstəlik, "gözləyəcəm" dediyi halda özünün o görüşə getməməsi... Yəni, ən azından düşünürdüm ki, Alperen ilə dalaşdı, qızı sevə-sevə çıxıb əsgərə getdi, amma qayıdıb gəlib olğun bir şəkildə sevgisini etiraf edər. Bizimki atası ilə necə böyük qırğın edib ki, görüşü belə unutdu... Çaşdīm qaldım. Bu iş tipik Wattpad “abinin arkadaşı” kurgusundan çıxdı deyəsən. Ha, yox, yanılmamışam, dava etmişdilər... Deyirəm axı, niyə təkcə atası ilə dalaşdığı üçün getsin ki? Nə dərəcədə böyük dava edə bilər ki, o görüşü unuda bilsin... Uzun zaman sonra "bu bölümü də oxuyum yataram" deyə-deyə az qalıb kitabı bitirim. Yazı dili o qədər gözəldir ki... Əsl “Asker kurgusu”dur. O duyğunu elə gözəl hiss etdirdi ki... Kitaba başlayarkən digər "trope"lara fokuslanıb "Asker kurgusu" olduğunu unutmaq istədim ki, sonra ordan zəif qalar, bal kəsərəm. Amma bu kitab gözləmədiyim şəkildə çox gözəl oldu. Fatihi heç sevməmişdim ilk bölümlərdən, yanılmadım da... Oha! Fatih olayında tam başqa klişe səbəb gözləyirdim, bunu düşünməmişdim. Dedim, amma yanıldım. Mövzu tam da düşündüyüm klişe mövzulardan idi, amma yazar bunu elə yazıb ki... Sona doğru hər şey ortaya çıxanda Alperenin reaksiyası çox klişe oldu. Adam zatən başdan deyib də sənə. Atasını bəhanə etməsi anlaşılan idi, amma illərdir danışmadığı köhnə dostuna da “o mənim dostumdur, bunu niyə etdiniz?” deməsi gərəksiz idi. “Kardeşim olarak gördüğüm biri kardeşime
Ay Işığı ve YakamozÜmran Tan · Pukka Yayınları · 2026122 okunma
Reklam
7/10
·208 syf.··
Beğendi
·
2026 3. kitabı
"Kəndimizdə Bir Gözəl Var" təkcə bir qızın (Leyla) doğum sirri ətrafında deyil, həm də müharibədən qayıdan kor əsgər Əkrəmin, onu aldatdığı üçün peşman olmayan Yeganənin, əsl məhəbbətini tapan Fəridənin və taleyin qurbanı olmuş başqa qəhrəmanların faciəsidir. Qədirzadə məhəbbət, namus, xəyanət, ana övlad sevgisi və insanın daxili ziddiyyətlərini çox canlı və dramatik şəkildə təsvir edir. Xüsusilə Yeganənin əxlaqi süqutu, öz övladına qarşı belə amansızlaşması oxucuda dərin təəssürat və nifrət hissi oyadır. Əsərin sonunda bütün düyünlərin açılması, taleyin qəribə bir tərsinə çevrilməsi (Fikrət və Günəşin əsl övladlarını tapması) maraqlı və təsirlidir.
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015321 okunma
10/10
·176 syf.··
Beğendi
·
2024 84. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Ağustos 2024 00:00
"Yüzbaşının Kızı" müasir rus ədəbiyyatının qurucularından olan Aleksandr Puşkinin Yevgeni Onegindən sonra gələn ən önəmli əsərlərindən biridir. Romandankı hadisələr 18-ci əsr Rusiyasında cərəyan edir. Əsərin baş qəhrəmanı atası istefaya çıxmış əsgər olan rus əsilzadəsi Pyotr Andreyiç Grinyovdur. O, atasının təkidi ilə hərbi xidmət üçün Rusiyanın Yaik(Ural) çayı ətrafında yerləşən Orenburq əyalətinə yola düşür. Orduya qatılan gənc əsilzadə əyalətdə xidmət göstərən Kapitan Mironovun qızı Maşaya aşiq olur. Müəllif bu, iki qəhrəman vasitəsilə saf sevgini təsvir edir. Əsər boyu qəhrəmanların üzləşdikləri çətinliklər oxucunu intizarda saxlayır. Müəllif eyni zamanda arxa fonda həmin dövrə damğasını vurmuş Puqaçov üsyanındanda bəhs edir. Puşkin bütün bunları tarixi faktlarla birlikdə çox gözəl bədii dillə oxucuya təqdim edir. Kitabı çox böyük maraqla oxudum, məndə Puşkinə qarşı heyranlıq yaratdı. Əsər bədii ədəbiyyat nümunəsi olmaqla yanaşı, 1773-1775-ci illər və ondan sonrakı qısa dövr haqqında məlumatları özündə əks etdirən mükəmməl tarixi romandır.
Yüzbaşının KızıAleksandr Puşkin · Kızıl Panda Yayınları · 036,9bin okunma
Tatar Çölü
Puan vermedi
Əlvida Qala , mənasız itehkamlarin dözümlü əsgərlərin ilə,hər səhər öz baxış borusu ilə şimal çölünə baxan polkovnikin ilə. Əbəs yerə ! o yerdə o heç vaxt heçnə görməyəcək. Əlvida, Anqustinanin qəbri ! Deyəsən bir tək onun bəxti gətirdi, əsl əsgər kimi həlak oldu,bu xestana çarpayısında ölməkdən daha şərəflidir.Sonuncu əlvida da qəlbdə heç bir illüziya yaratmayan şimal çölünə...
Tatar ÇölüDino Buzzati · İletişim Yayınevi · 201819,8bin okunma
Puan vermedi·98 syf.·
2026 1. kitabı
Hadisələr müharibə dövründə bir kənddə baş verir. Hekayəni danışan şəxs yeniyetmə Seyiddir. O, qardaşının həyat yoldaşı Cəmilə ilə yaralı əsgər Daniyarın yaxınlaşmasını müşahidə edir. Əvvəlcə hər şey adi görünür, amma zaman keçdikcə aralarında yaranan hisslərin sadə dostluq olmadığını anlayırıq. Cəmilə evlidir, amma əri müharibədədir və onların münasibətində sevgi yoxdur. Daniyar isə sakit, həssas və dərin ruhlu biridir. Onların bir-birinə yaxınlaşması kəndin qaydalarına və cəmiyyətin gözləntilərinə ziddir. Buna baxmayaraq, Cəmilə ürəyinin səsini dinləməyi seçir.
CəmiləCengiz Aytmatov · Altun Kitab · 202344,6bin okunma
Reklam
Reklam