Kitab oxuyan insan dünyadan çıxan kosmonavt və ya savaşa gedən əsgər kimidir. Geri qayıtdığı zaman heçnəyi əvvəlki halı ilə görə bilməz. Və ən dəhşətlisi odur ki, qatıldığın bu qəribə savaşda sənin cibindəki mərmilər əlində tutduğun silaha uyğun gəlməyəcək…
Həyat bir kislata kimi bütün paxırları açır, hər kəsi öz rəngində göstərir. İndi mən kiməm, sən kimsən? Mən yeni yaşayış yolunda çarpışan fədakar bir əsgər, bir soldat. Sən isə dargözlü, dar düşüncəli bir meşşan.
Mən indi dərk edirəm ki, mən niyə bu bitkin, zəif qadının gözündə digər əsgərlərdən fərqlənirəm: Mən onun övladıyam.
Mən əsgər olaraq da onun üçün həmişə bu cür qalmışam. O, müharibədə yalnız təhdid altındakını övladının canına qıymağa niyyətli bir cani yığını görürdü. Amma ağlına gəlmirdi ki, bu təhdid altındakı övladı digər anaların uşaqları üçün eyni dərəcədə onları öldürməyə niyyətli canilərdən biridir.
Baxışlarımı onun əllərindən öz əllərimə ötürürəm. Bu əllərlə 1917-nin mayında bir fransızı bıçaqla qətlə yetirmişəm…