Aysel Shamoyeva

Aysel Shamoyeva
@shamoays
trust the timing of your life
Baku, 23 Ağustos 1999
16 okur puanı
Aralık 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Qısa hekayədə dərin mövzular əks olunub.
Puan vermedi·96 syf.··
2024 4. kitabı
·
2 saatte okudu
·
Okunma: 13 Ocak 2024 12:59
"Ölülər" yaşayan ölüləri az da olsa diriltmək üçün yazılmış bir əsərdir mənim gözümdə. Əsərin 1909-cu ildə yazılasına baxmayaraq, xarakterlərə məxsus zeyniyyətdə insan sayısı elə həmin dövrdəki insanlara bərabərdir. Bu da öz növbəsində, oxuyanın çox olmasına baxmayaraq, dərk edənin, ya da dərk etmək istəyənin azlığından xəbər verir. Çünki, "niyə?" sualı 5hərfdən ibarət olsa belə, çox insan baş verənlərin səbəbini öyrənmək üçün bu sualı özünə və ətrafına verməkdən imtina edir. Arzu edirəm ki, bir çox həqiqi oxucunun əlinə keçər kitab və müxtəlif həyatlara toxunaraq, möcüzələr yaradar. Xoş mütaliələr!
Edebiyat
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,270 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Hər kəsi oxumalı olduğu o kitab.
10/10
·264 syf.··
2023 13. kitabı
SağlamSağlam həyat tərzi, daha uğurlu, şüurlu, xoşbəxt bir həhat üçün mütləqdir. Bu həyat tərzi, müəyyən bir müddət arıqlamaq, sağlamlıq problemləri və.s üçün məcbur olduğumu qidalanma tərzi olmamalıdır. Bu bizim bütün yaşam boyu ayaqlaşmalı olduğumuz, bizimlə bütün təşkil edən yaşam tərzimiz olmalıdır. Çünki, bədənini nə ilə doldursan, o bir müddət sonra həyatına axar, yoluna işıq ya da qaranlıq salar. Sağlam yaşam tərzi ilə bağlı ən güvəndiyim şərhləri və qeydləri uşaq vaxtından Canan Karataydan duymuşam. Buna görə də bacardığım bütün kitablarını oxuyur, videolarını izləyirəm. Qeyd etdiyi məqamları analiz etsək necə doğru məlumatlar verdiyinin şahidi olarıq. Bu məlumatları böyük sevgi ilə oxuyub həyatıma tətbiq etməyə çalışıram. Arzu edirəm ki, hər kəs bir gün sağlam həyat tərzini sevərək seçəcək və sağlam bədən, beyinlə birlikdə ömrünü sürəcək. Xoş mütaliələr! həyat tərzi, daha uğurlu, şüurlu, xoşbəxt bir həhat üçün mütləqdir. Bu həyat tərzi, müəyyən bir müddət arıqlamaq, sağlamlıq problemləri və.s üçün məcbur olduğumu qidalanma tərzi olmamalıdır. Bu biz
Karatay Diyetiyle Yaşam Boyu SağlıkCanan Karatay · Hayy Kitap · 2011646 okunma
Bir müddət kitabın təsirindən çıxa bilməyəcəksiniz.
9/10
·448 syf.··
2024 2. kitabı
·
4 günde okudu
·
Okunma: 08 Ocak 2024 15:10
Kitabda bir çox sətiraltı mənalar olsa da mənə ötürdüyü əsas hiss, "normal insanların, sadəcə, kifayət qədər yaxından tanımadığımız insanlar olması" fikridir. Belə ki, hər kəsin həyatında özünü günahkar hiss etdiyi, kifayət qədər məsum olmadığını anladığı hadisələr, fikirlər və davranışlar mütləq ki var. Kitab, ailənin, ailə mühitinin, münasibətlərinin insanın bütün həyatını necə yönləndirməsindən bəhs edir. Hekayə sizi başdan sona qədər özünə cəlb edəcək və kitabı əlinizdən yerə qoymaq isməyəcəksiniz. Eyni zamanda, hər səhifədə daha çox təsirində qalacaqsınız. Kitabı oxuyarkən də oxuyandan sonrakı bir neçə gün ərzində də beyin avtomatik hadisələri analiz edir. Xülasə, xarakterinizə, baxış tərzinizə müsbət yöndən bir çox təsirləri olacaq, möhtəşəm bir kitabdır. Xoş mütaliələr!
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,2bin okunma
Dili sadə, bir o qədər təsirlidir.
10/10
·224 syf.··
2024 1. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Ocak 2024 12:18
Söyüdlü arx, İlyas Əfəndiyevin tanış olduğum ilk kitabıdır, lakin o qədər fərqli hissləri özündə əks etdirən və birnəfəsə oxunula bilən kitabdır ki, əminəm ki, bu yazıçının digər kitablarını da həvəslə alıb, oxuyacam. Kitab, sevgi, mərhəmət, hörmət və.s kimi bir çox insani və öncül hisslərin və keyfiyyətlərin bir insanla bərabər bütöv bir kəndin həyatını necə çiçəkləndirə biləcəyindən bəhs edir. Oxuyarkən, insanda yaxşılığa, yaxşıya, gələcəyə ümid yaranır. Yaşamaq üçün yaratmağın mütləqliyini gözlər önünə sərir. Azərbaycan klassiklərinə nəzər yetirdikdə, mütləq oxumalı olduğunuz romanlardandır deyə bilərəm. Dilinin sadə, bir o qədər anlaşılan və təsirli olması, istənilən insana xitab etməsinə şərait yaradır. Xülasə, mən çox bəyəndim və hər kəsin oxumasını şiddətlə tövsiyə edirəm. Xoş mütaliələr!
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma