Naz Shkhalizade

Naz Shkhalizade

, bir kitap okudu
1/10
·400 syf.·
73 günde okudu
·
2022 16. kitabı
Theodore Dreiser
8.2/10 · 560 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
“ Mənim əzizim, həyat mübarizədir. Bir şey əldə etmək istəyirsənsə, onun yolunda döyüşməlisən.”
Sayfa 110 - qanun nəşriyyatı
Hayat
8/10
Kitabı bir il öncə oxumağa başlayanda həmin dövr Avropa mədəniyyətindən çox xəbərdar olmadığım üçün bəzi düşüncə tərzlərini tam anlamıyla duya bilmirdim. Kitaba fasilə verdim (kitabla bağlı olmayan səbəblərdən dolayı) sonra davam etmək istədikdə isə adları unutmuşdum. Buradan anlayacağınız üzrə kitabda adlar biraz çoxdu və bir çoxu oxşardı.Bu səbəblə kitabı oxumağı gecikdirirdim. Bu bir il müddətində Avropanın həmin dövr düşüncə tərzi ilə serial vasitəsi ilə tanış oldum və oxumağa başladım. Kitabın sadə, axıcı dili insanı özünə bağlaya bilir və çox qısa müddətdə bitəcək bir əsərdi. 3 hissədən ibarətdir və 1ci hissə ümumi tanışlıq xarakteri daşıyır, növbəti hissələr isə özünə daha çox bağlayır. İngilis ədəbiyyatı ilə tanışmaq istəyirdim və Jane Austen yaxşı bir seçim oldu. Əsərin adını isə düzgün tərcümə edə bilmirlər. Orginal adında “Aşk” sözü yoxdu. Amma doğru hissəsi burasındadır ki, romanda həm sevgi, həm önyarğı, həm də qürur var. Əgər axıcı, xoşbəxt sonluqla bitən sevgi romanı və eyni zamanda İngilis ədəbiyyatı, həmin dövr ingilis yaşayışı sizə maraqlıdırsa, mütləq oxuyun <3
Aşk ve GururJane Austen · Engin Yayıncılık · 200698bin okunma
8/10
·188 syf.··
2022 15. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Temmuz 2022 00:00
Önəmli bir əsər olaraq həm ədəbiyyat, həm bəşər tarixinə təsirini göstərməyi bacarıb. Daxili monoloqa bənzəyən özünəməxsus yazı tipi ilə ədəbiyyatda bir ilkə imza atdı və öz mövzusu, təsir gücü ilə insanlıq üçün önəmli dəyişikliyə səbəb oldu. Bu haqda ətraflı danışmaq istəyirəm. Öncəliklə, adından başa düşəcəyiniz üzrə edam hökmü ilə bağlı, edama məhkum olunanın keçirdiyi hislər və son anları ilə bağlı bir əsərdir. Victor Hugo bir edam səhnəsindən təsirlənir və 27 yaşında olarkən bu əsəri yazır. Həqiqətən, böyük yazıçı olduğu necə bəllidi.. İnsanların önəm verməyib, barəsində heç düşünmədiyi , hisləri yoxmuş kimi davranılan məhbusların əslində nələr yaşadığı, çarəsizlikləri vəs. necə möhtəşəm təsvir edilib. Oxuyarkən bir məhkumun son məktublarını oxuyuruq təsiri bağışlayır. Və bu həqiqətən çox təsirlidir. Heyrətlisi odur ki, o zamanlar insanlar bu qədər dərin düşünə bilmirdi.. Və Hügo bu qaranlıq düşüncələrə işıq tutmağa cəhd edir. Əsəri yazmaqla əsas məqsədi edam hökmünün ləğv olunması idi. Doğurdan da, zaman keçdikcə insanlarda empati qurmaq bacarığı yüksəlir və zamanla bu hökm ləğv edilməyə başlayır. Əlbəttə ki, harda ki bu hökm ləğv olunub, orada bu əsərin və Hügonun payı var. Qaldıki edam qərarının ləğv olunması yaxşı yoxsa pis bir şey idi? bu çox mübahisəli bir mövzudu. Sadəcə onu bilirik ki, bu qərar olduğu müddətcə özünü isbatlaya bilməyən məsum insanlar da qurban olmuşdu və olacaqdı da. Əgər sizə bu mövzular maraqlı gəlirsə, oxumağa dəyər əsərdir.
İnsan ve Toplum
Edama Məhkumun Son GünüVictor Hugo · Parlaq imzalar · 0152,7bin okunma

Naz Shkhalizade

, bir kitap okudu
8/10
·188 syf.··
3 günde okudu
·
Okunma: 31 Temmuz 2022 00:00
·
2022 15. kitabı
Victor Hugo
8/10 · 152,7bin okunma