Gile-yi Âşık(Aşığın Yakınması)
6/10
·184 syf.··
2026 7. kitabı
Muhammet Hüseyin Şehriyar’ın Farsça Divanı’ndan seçme şiirlerin bulunduğu kitapta , aşk , nefis ile cihat, bazen bekarlığın getirdiği ateş ve aşk , bazen de dünyanın geçiciliğini gözler önüne seren satırlar arasında gezmekteyiz.Her şiirin baştan sona bir hikayesi bulunmakta olup ; hikaye şiir satırlarının arasında saklanmaktadır.Bu sebeple her sayfa arka arkaya dizilmiş keder ile ümidin birbirini kamçılaması olarak aslında Şehriyâr’ın gönlünde çektiği elem ve ızdırabın kalemden kağıdı sızmasına şahit olmaktayız. Bir beyit; [Fâilâtun Feilâtun Feilâtun Feilün] Baht gelini bir gece sabaha kadar yatmadı kimseyle Dünyada düğün bir efsaneydi; yas tutanlara sor Güneş her sabah ansızın çıkarır başını bir vadiden Günlerin atını muradında gördünse, binicilere sor Felek bükülmüş beliyle kulağımıza ne der,bilir misin? Delikanlı! Yazgını zamanenin bıraktıklarına sor.
Şiir
Farsça Divandan SeçmelerMəhəmməd Hüseyn Şəhriyar · Bilge Yayıncılık · 012 okunma
Puan vermedi
Əsərlərində xalq nağıllarının ruhunu, Azərbaycan dilinin sehrini qoruyub saxlamış, bu dilə, bu ədəbiyyata ömrünün son gününə qədər namusla xidmət etmiş Yusif Vəzir Çəmənzəminli Azərbaycan ictimai fikrinə təkcə zəngin bədii yaradıcılığı ilə daxil olmamışdır. Onun milli folklora, ədəbiyyat tarixinə dair dərin tədqiqləri bu gün də əhəmiyyətini saxlayır. "Əsərləri"nin oxuculara təqdim olunan bu son cildində yazıçının ədəbitənqidi və publisist yazıları, oçerk və xatirələri ilə yanaşı, "Bir cavanın dəftəri", "Həzrəti-Şəhriyar", "Altunsaç" kimi bədii nəsr, dram və ssenariləri, "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" və s. əsərləri toplanmışdır. Cildə salınmış müxtəlif məzmunlu və rəngarəng yazıları Yusif Vəzirin hekayələri, felyetonları ilə sıx əlaqəlidir, onlardakı fikirlərin publisist tərzdə ifadəsidir. Dilimizi, ədəbiyyatımızı, zehnimizi dünyanın mədəni sərvətləriylə zənginləşdirmək istəyindən yaranmış həmin məqalələr ədibin romanlarını da tamamlayır, onların ideya və bədii dəyərinin daha yaxşı işıqlandırılmasına kömək edir.
Əsərləri III.CildYusuf Vezir Çemenzeminli · Avrasiya Press Nəşriyyatı · 20053 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi·250 syf.··
2025 31. kitabı
Vasif Zahidov – ‘Keçid’ Sehrli keçid, lənətli bunker, yeriyən ağ otaqlar, kitabın əsas obrazlarından biri Şəhriyar, digəri isə onun sevgilisi Aydan. Günlərin bir günü Şəhriyar əvvəl dostları ilə birlikdə tapdığı yerin altında gizli bir keçidi - yeraltı bunker tipli qəribə bir yeri Aydana göstərmək istəyir. İçəri girəndə isə başlarına elə müəmmalı hadisələr gəlir ki, nə baş verdiyini birbaşa dərk eləmək çətin olur. Elə bir məqam gəlir ki, bir qapıdan keçmək məcburiyyətində qalırlar və bu keçiddən sonra bir-birilərini itirirlər. Şəhriyar sərhəd adlanan bu keçiddən keçdikdən sonra birdən-birə zamanda səyahət edir – düz 2112-ci ilə, Heylan adlanan qəribə bir şəhərə düşür. Burdan sonra hekayə başlayır: Şəhriyarın həyatda qalmaq üçün mübarizəsi, nələr baş verdiyini anlamağa çalışması və bir yandan da Aydanı tapmaq ümidi. Çətin, əzablı yollar, qəribə səhnələr, sirli hadisələr və müəmmalı sual - görəsən, Şəhriyar Aydanı tapa biləcəkmi? Yazıçının ilk, mənim də yazıçıdan oxuduğum ikinci əsəridir. Kitabın ilk hissələri mənə görə çox qarışıq, çox yorucu və bir az da sıxıcı idi. Çünki nə baş verdiyini anlamırdım. Amma sonralar yavaş-yavaş anlamağa başlayanda, kitab maksimal sürət yığdı və səhifələr keçdikcə həmin o axıcılıq deyilən şey özünü göstərməyə başladı. Fantastik janrda olsa da belə, adamı düşündürür, oxuduqca daha tez bilmək istəyirsən: “Bu Şəhriyarın başına nə gəlib axı? Necə olub ki, birdən-birə başqa bir zamana düşüb? Bu nə keçiddir belə? Bu vəziyyətdən necə çıxacaq? Üstəlik, bir də Aydan məsələsi var, onu tapa biləcəkmi? Onlar necə gəliblər bu yerə?” – kitab səni özünə bağlayır və bu tip suallarla səni bütün dünyadan təcrid edir. Hə, bir də bunu mütləq deməliyəm: Bu kitabın yenidən nəşr olunmasını çox istərdim. Daha keyfiyyətli kağızda, daha gözəl üzlükdə və bu
1000Kitap
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202113 okunma
ilkhamashadov
Puan vermedi
Ad,Soyad Ilkham Asadov Yaş 10 Mart 1999 (25 Yaş ) Doğulduğu yer Zaqatala Vəzifə Repçi, Yazıçı Yenilənmə tarixi 27-03-2023 İlham Əsədov 10 mart 1999-cu ildə Zaqatala şəhəri, Qaqarin məhəlləsində anadan olmuşdur. 2017-cüi ildə Gimnaziya liseyini bitirmiş, sonra isə İstanbul'da Mərmərə Universitetinin Ədəbiyyat fakültəsinə daxil olumuşdur. İlham, rep musiqisiylə 12 yaşında, həm yerlisi olan Aslixan Abuşov sayəsində maraqlanmağa başlamışdır. İlk dinlədiyi mahnısı isə ( Çoci Xəyallar Adası ) adlı track olmuşdur. Eyni zamanda Türkiyə repindən Sagopa Kajmer, Ceza eləcə də yerli repdən H.O.S.T Oldrap və Rap Out Clan həmin illərdə onun maraq dairəsində olub. Deyilənlərə əsas gətirsək, azdığı şeir'lər bir xəyalın məhsuludur. Sevdiyi şair isə, Qərbi Azərbaycan'lı olan Məhəmməd Hüseyn Şəhriyar olub.
Edebiyat
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20122,006 okunma
Puan vermedi·250 syf.··
2022 4. kitabı
Şəhriyar dostları ilə kəşf etdiyi bunkeri sevgilisi Aydana göstərmək istəyir. Bunkerdə rastlaşdıqları qəribə, vahiməli yerdə Aydan qeybə çəkilir. Şəhriyar Aydanı tapmaq üçün keçid vasitəsilə "sərhədi" keçərək təsadüfən mövcudluğundan xəbər tutduğu macəra dolu Həylan dövlətinə düşür. Labirint kimi azıb qaldığı eyni adlı bu şəhərdə Şəhriyarı gördüyü hadisələrdən yaranan suallar onu ildırım kimi vurmağa başlayır. Bu şəhərin Aydanla nə əlaqəsi var idi? Çətin, əzablı yollardan keçən Şəhriyar görəsən Aydanı HƏQİQƏTƏN tapa biləcəkmi? Əsəri ilk başda oxuyanda macəra, fantastik əsər olduğu zənn etmişdim. Həylan dövləti, Sərhəd - bunların nə olduğunu anlaya bilmirdim. Lakin əsər məni şoka salmağı bacardı. Sonluğunu tamamilə gözlənilməz oldu. Hətta, oxuduqdan sonra bir müddət donmuş halda qaldım desəm yeridir Rənglərin mənası nə idi, Keçid, sərhəd nə demək idi, sarı məxluq niyə Şəhriyara bu qədər təsir etmişdi, Şəhriyar Aydanı tapıb oradan qurtula bildimi? Bütün bu sualların cavabını əsəri oxuyanda tapacaqsınız. Məncə, bu əsərə mütləq şans verin İndi isə əsərin mənə öyrətdiklərindən danışacam: Əziz dostlar, narkomaniya bizim düşündüyümüzdən də çox təhlükəlidi və dəhşət dərəcədə çox yayılıb. Biz bununla mütləq mübarizə aparmalıyıq. Onun zərərlərini gənclərə çatdırmalıyıq. Əsər haqqında çox danışmaq, müzakirələr etmək mümkündü. Bu da əsəri mənə daha çox sevdirdi
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202113 okunma
8/10
·285 syf.··
2023 68. kitabı
·
6 günde okudu
·
Okunma: 21 Mayıs 2023 21:30
Üçcildlik “Azərbaycan sevgi poeziyası” kitabları arasında menim en çox beyendiyim kitab bu ikinci cilddir. Kitabı bir neçe defe oxumağıma baxmayaraq her defe ilk defeki kimi xoş təəsürat yaradır. Bu cilddə Ənvər Əlibəyli, Əli Kərim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Şəhriyar və başqa şairlərimizin ən gözəl lirik şeirləri toplanıb. Digər iki cildlə müqaisədə burada qəzəl janrina aid çox az nümunə nümunə verilib və şeirlərin əksəriyyətinin dili asan və yaddaqalandır.
Şiir
Azərbaycan Sevgi Poeziyası 2.CildHamlet İsahanlı · Bakı, Xəzər Universitəsi Nəşriyyatı · 200914 okunma