Onun çox qəribə görünən sarsılmaz soyuqqanlılığının, adamlara yovuşmamasının, onlardan uzaq qaçmasının səbəbini indi çox yaxşı başa düşürdüm. Mühitini yaxşı tanıyan, qarşı-qarşıya gəldiyi şəxsin daxili aləmini bütün çılpaqlığı, qabarıqlığı ilə görən bir adamın həyəcanlanmasına və ya başqasına əsəbiləşməsinə, əlbəttə, heç bir ehtiyac yoxdur. Belə adam bütün alçaqlığı ilə yüksəlmək istəyən bir nəfərin önündə daş kimi lal-dinməz dayanmaqdan başqa nə etməlidir ki? Biz başımıza gələn hadisələrin anlamadığımız, gözləmədiyimiz cəhətlərinə görə əsəbiləşir, inciyir, təəccüblənirik. Lakin əgər bir adam hər şeyə dözməyə hazırdırsa, kimdən nə gözləmək lazım olduğunu qabaqcadan bilirsə, onu sarsıtmaq, hövsələdən çıxarmaq olarmı?
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
İnsanların münasibətlərini tənzim edən amillər nə qədər gülünc, nə qədər zahiri, nə qədər boş, mənasız olurmuş! Bunların əsl insanlıqla nə qədər də az əlaqəsi vardı!
Oxuduğum kitablar düşüncələrimi, dünyagörüşümü, həyata baxışımı dəyişəcək. Necə ki, mən indi 1 il əvvəlki Səbinə deyiləm, eləcə də 1 il sonra dəyişib inkişaf edib, başqa bir Səbinə olacağam. Bu, kitab oxuyan hər kəsin yaşadığı, qəribə olduğu qədər, həm də gözəl bir dəyişimdir.
Dünyanın acıları yalnız isti çörəyin ağız yandırmasından və kicitkənin adamı dalamasından ibarət deyildi; dünyanın acıları yalnız uzaqdan-uzağa cavan xanəndənin səsindəki qüssəni duymaq və durub saray məclisini yarımçıq tərk etməkdən də ibarət deyildi. Belə bir dünyada bağçadan, çöllərdən, çəmənlərdən gül-çiçək dərməsi indi Mahmuda gülünc görünürdü və Mahmud özü özündən xəcalət çəkirdi. Saray kitabxanasında məskən salıb gecə-gündüz kitablar oxumaq və bu dünyada yox, kitabların söylədiyi aləmdə yaşamaq bütün ömrün boyu yumurtanı deşib çıxmamaq imiş, bütün ömrü boyu bomboş, şirəsi tamam çəkilib qupquru qurumuş yumurtanın içində yaşamaq imiş.