Siara Samadova

Ülviyyə Tahir - Şükriyyə Taleyim
10/10
·264 syf.··
2023 13. kitabı
·
7 günde okudu
·
Okunma: 03 Ekim 2023 19:07
Mənim üçün tarixin, ədəbiyyatın ən kədərli dövrü 1937-ci il- repressiya dövrüdür. Bildiyimiz kimi repressiyaya qurban gedən şairlərimizdən biri də Əhməd Cavaddır. Roman Əhməd Cavadın fəaliyyətlərindən, onun vəfalı ömür - gün yoldaşı Şükriyyə ilə necə tanış olması, hansı çətinliklərlə üzləşməsi və həmən çətinliklərlə necə mübarizə aparması, şeirlərinə görə hansı ittihamlara məruz qalması, həbsi, ən başlıcası isə Şükriyyənin həbs edildiyi gündən azadlığa çıxdığı günə qədər və azadlıqdan sonra ki zamandan bəhs edir. Şükriyyənin qürurunu aclıq-səfalət, çəkdirdiləri əzab-əziyyətlər belə sındıra bilmir. Əhməd Cavad və Şükriyyənin həbsindən sonrakı hər bir hissəni ürək ağrısı ilə oxudum. Sonrakı bölümlərdə isə bir hissəni oxudum, kitabı bağladım, sonra dözə bilməyib yenə bir hissə oxudum, bəzən heç o hissəni belə sona çatdıra bilmədim və bu dəfələrlə təkrar oldu...
Edebiyat
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021216 okunma
Reklam
Ülviyyə Tahir - Şükriyyə Taleyim
- Siz bilirsiniz ailə, sevgi nə deməkdir? - Ailə bütün birliklərdən fərqli olaraq, mənəvi bağlarla birləşir. Ailənin bir üzvü boğularkən onu orda qoyub getmək yerinə, hamı o kəsi xilas etmək üçün çabalayır. Nə baş verirsə versin, ailə birlikdə olmalıdı.
Sayfa 194 - Parlaq İmzalar, Şükriyyə·Kitabı okudu
Edebiyat

Siara Samadova

, bir kitap okudu
10/10
·264 syf.··
7 günde okudu
·
2023 13. kitabı
Ülviyyə Tahir
9.2/10 · 216 okunma
Ülviyyə Tahir - Şükriyyə Taleyim
Bilmirdim ki, bəzən dəyərlər yerlərini dəyişə bilir. Xəbərim yox idi ki, bəzən insan olmaq vətənpərvər olmaqdan, vətənpərvər olmaq isə bütün qalan şeylərdən önə keçir.
Sayfa 125 - Parlaq İmzalar, Şükriyyə·Kitabı okudu
Edebiyat
Ülviyyə Tahir - Şükriyyə Taleyim
Bəzən elin bir qadını Bildiyin yoxkən adını Gülümsər, yandan keçər!
Sayfa 88 - Parlaq İmzalar, Gəncəli Cavad·Kitabı okudu
Edebiyat
Reklam