Siara Samadova

Siara Samadova
İg: siasdiaryyy
46 bənövşə | Salam Qədirzadə
10/10
·160 syf.··
2025 11. kitabı
·
26 saatte okudu
·
Okunma: 11 Haziran 2025 08:48
Salam Qədirzadənin kitabları o qədər doğmadır ki, sanki hər bir səhifəsində sən də həmin obrazlarla birlikdə o anları yaşayırsan. Əslində günümüzə də yad olmayan mövzulardan yazsa da, xüsusi bir hiss var ki insan kitabın sehrinə qapılıb real dünyadan qopur. Düzünü desəm, bu günə qədər oxuduğum, çox az olsa da, müxtəlif ölkələrdən olan yazarların kitablarında bu hissə qapılmamışam. Bəlkə də doğmalıqdan irəli gəlir bütün duyduğum hislər, Azərbaycan ədəbiyyatına olan sevgimdən. Kitab iki povestdən ibarətdir: “Ülkər-Aytəkin” və “46 bənövşə”. İki əsəri də birləşdirən maraqlı nüanslardan biri odur ki, hər iki əsərin baş qəhrəmanı demək olar sevgidə eyni uğursuzluqla rastlaşır. “46 bənövşə”yə gəldikdə povest bir növ Könülün keçdiyi həyat sınağını əhatə edir. Könül universitet tələbəsidir, kitablara çox düşkündür və o, hər bir nağılın xoşbəxt sonluqla bitəcəyinə inanan biridir. Lakin həyat nağıl deyil, reallıq tamamilə başqa cür ola bilər. Bir dəftəri var: bənövşəli dəftər, həyatında baş verən istər sevincli, istər kədərli, istər uğurlu, istər uğursuz, hər bir hadisəni qeyd edib, xatirəsini yazır. Könülü mənə doğmalaşdıran, məndə xüsusi yeri olmasını təmin edən də elə bu idi: mənim də onun kimi bir dəftərim var, hər zaman olmasa da, zaman-zaman müəyyən qeydlər edirəm o dəftərə. Povesti oxuyarkən bəzi dərslər də ala bilər gənclər. Müəllifin digər kitabları kimi, “46 bənövşə”ni də mən çox sevdim.
Edebiyat
46 BənövşəSalam Qadirzade · Xan Nəşriyyatı · 2024704 okunma
Reklam

Siara Samadova

, bir kitap okudu
10/10
·160 syf.··
26 saatte okudu
·
Okunma: 11 Haziran 2025 08:48
·
2025 11. kitabı
Salam Qadirzade
8.4/10 · 704 okunma
Çağrı | Elçin Əzimli
Hər şeyin öz vaxtı, öz vədəsi var. Nə günəş səhərlər daha tez çıxmağa tələsir, nə də ay səhərə yaxın tez batmağa. Nə meyvələr vaxtından əvvəl yetişir, nə də ki balalar vaxtından əvvəl doğulur.
Sayfa 137 - Teas Press, Çağrı·Kitabı okudu
Çağrı | Elçin Əzimli
“Həyatda heç nəyə, hətta yaşamağa da tələsmə. Öz axarında yaşa, təbii yaşa, yavaş-yavaş yaşa, içində olduğun anı hiss edə-edə, fərqinə vara-vara yaşa - günəş kimi, bulaq kimi, arı kimi, meh kimi…”
Sayfa 136 - Teas Press, Ağca·Kitabı okudu
Çağrı | Elçin Əzimli
Demə, gözlərin uzaqdan pıçıldaşdığı sözlər daha güclü, daha təsirli imiş…
Sayfa 85 - Teas Press·Kitabı okudu
Reklam