Siara Samadova

Siara Samadova
İg: siasdiaryyy
Çağrı | Elçin Əzimli
10/10
·388 syf.··
2025 10. kitabı
·
7 günde okudu
·
Okunma: 26 Mayıs 2025 08:23
Mən hər bir kitabın, filmin, məqalənin, bilgi əldə edəcəyim istənilən mənbə ilə tanış olmağın bir zamanı olduğuna inanan biriyəm. İstər film olsun, istərsə də kitab, tam ehtiyacım olduğu anda qarşıma çıxar və həmən ankı ruh halıma uyğun ya mənə yol göstərər, ya da ki hər hansı mövzuda gözümü açar və həyatıma toxunuşu əvəzsiz olar, bununla da həyatımda unudulmaz xatirəyə çevrilər. Eynilə Çağrı kimi. Əvvəla onu deyim ki, yazı çox sevən biri olaraq, hər dəfəsində çölləri, ağacları izləyərkən diqqət etdiyim detalları kitabda oxumaq xüsusi zövq verir. Haqqında danışmağa isə o qədər söz var ki, insan bilmir hansından başlasın. Hüzuru tam anlamı ilə hiss etmək istədiyim bir zamanda hər bir sətirdə gözlərimi açan cümlələri oxumaq bir başqa dünyaya aparır insanı. Oxuduqca Çağrının yaşadığı həyatı onunla birlikdə sevinci-kədəri, ağrısı-acısı ilə birlikdə yaşayırsan. Vaxtsız itkilər Çağrını çox tez böyüdür, həyatında baş verən acı hadisələr, özünün dediyi kimi etdiyi səhvlərdən nəticə çıxarmaq onu daha da müdrikləşdirir. Uzun bir yola çıxır Çağrı, müşahidə edir gördüklərini, bu yolda özünə bələdçi seçdiyi insanlarla rastlaşır, ruhunu ibrətamiz söhbətlərlə yoğurur və ən sonda heç gözləmədiyi bir hədiyyə ilə mükafatlandırılır. O qədər cümlənin altından xətt çəkmişəm ki, zaman-zaman açıb yenidən vərəqləyəcəm və hər dəfəsində də o cümlələrin mənə yol göstərəcəyinə inanıram.
Edebiyat
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma
Reklam

Siara Samadova

, bir kitap okudu
10/10
·388 syf.··
7 günde okudu
·
2025 10. kitabı
Elçin Əzimli
8.9/10 · 107 okunma
Kəndimizdə bir gözəl var | Salam Qədirzadə
“…Həyatın qəribəliyi, ədalətsizliyi çoxdur. Bəzən nəciblər, xeyirxah niyyətlərlə yaşayanlar vaxtından tez ölür, xəbislər, bədxahlar isə elə hey ömür sürürlər.”
Sayfa 112 - Xan nəşriyyatı, Əkrəm·Kitabı okudu
Edebiyat
Kəndimizdə bir gözəl var | Salam Qədirzadə
10/10
·208 syf.··
2025 9. kitabı
·
32 saatte okudu
·
Okunma: 16 Mayıs 2025 23:12
Salam Qədirzadə mənim üçün xüsusi bir yeri olan yazardır. Səbəbi isə budur ki, mən hər zaman ədəbiyyatı, xüsusilə, Azərbaycan ədəbiyyatını sevmişəm, lakin Azərbaycan ədəbiyyatı ilə mənim aramda daha
Edebiyat
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015318 okunma
Reklam