Sovet dövrünün əfsanəvi qəhrəmanı..
Fransada isə Akmed Mişel adı, Xarqo ləqəbi ilə ad çıxarmış azərbaycanlı Əhmədiyyə Cəbrayılov. Haqqında çox şayiələr gəzirmiş, Şarl de Qolla çiyin-çiyinə vuruşub, almanlar başına pul qoyub, Moris Torezlə şəxsən tanış imiş kimi daha neçə-neçə mülahizələr. Bəs bunlar həqiqət idi?
Kitabda bu kimi suallara cavab tapırıq, hətta düşünürəm daha artığını. Əhmədiyyənin ailəsi, özünün körpəliyi, yeniyetməliyi, gəncliyi barədə, həmçinin digər tarixi hadisələr- Şəkidə sovet hakimiyyətinin yerləşməsi, İkinci dünya müharibəsinin başlanması, gedişatı, bitməsi, almanların əsirlərlə necə davranması kimi hadisələr barədə də dolğun məlumat verilib.
Bir tərəfdən Əhmədiyyənin müharibdən əvvəlki sadə aqronom həyatı, digər tərəfdə isə müharibənin acımasız üzünü görən, müharibədən qayıtdıqdan sonra isə “vətən xaini, satqın”, daha sonra da Qəhrəman Əhmədiyyənin həyatı.
Kitab Əhmədiyyə Cəbrayılovun bioqrafiyasını təşkil etsə də, bundan əlavə kitabda dostluq, sevgi kimi məsələlər də öz əksini tapıb.
Vətənə qayıtmaq vaxtı çatanda hansı yolla olur olsun, Əhmədiyyəni Fransada saxlamağa çalışan partizan dostları, Şarl Eduar Laurenin evində qalması, ona Fransada qalması üçün əlindən gələn köməyi əsirgəməməsi, ailəsinin bir üzvü olması. Məni dərindən kədərləndirən məqamlardan biri idi onların vidalaşmağı və bir daha görüşə bilməməkləri.
Öldümü, qaldımı bilinməyən bir dövrdə, yaşamasına bir an belə tərəddüd etmədən, səbrlə müharibədən qayıtmasını gözləyən Sürəyya.. Həmən dövrdə Əhmədiyyə vətən xaini hesab edildiyindən, yaxşı bir işi olmaması səbəbindən Sürəyyanın atası poçtalyon İsmayıl kişi razı olmur ki, qızı Əhmədiyyə ilə ailə qursun. Bununla belə Sürəyya atasına qarşı çıxaraq, əgər razı olmasa,
Əhmədiyyə ilə qaçacağını açıq-aydın dilə gətirdikdən sonra, atası