Ayan Murad

Ayan Murad
@singularikth

Ayan Murad

, bir kitap okudu
Puan vermedi·314 syf.·
2026 1. kitabı
J. K. Rowling
9/10 · 49bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Bu günə qədər sizi ən çox ağladan kitab hansıdır? Mənim üçün bu Çizgili Pijamalı ÇocukŞeker Portakalı kitablardır. İkisininde bir neçə dəfə oxumağıma baxmayaraq hər dəfəsində sanki kitabı ilk dəfədir ki, oxuyuram hissinə qapılıram və hər dəfəsində məni daha çox ağladır.
9/10
·500 syf.··
2023 11. kitabı
·
4 saatte okudu
·
Okunma: 24 Ağustos 2023 21:26
Uzun vaxtdır oxumağı gözlədiyim bir manga idi. Oxuyanda mənə daha çox zövq versin deyə kitabın nə haqqında olduğuma belə baxmamışdım. Belə baxıram ki, buna dəydi. Düşündüyümdən daha gözəl bir mövzusu var idi ve içindəki rəsmlərə söz ola bilməz. Kitabdakı hər şey mükəmməldir. Əslində kitabı oxuyanda baş qəhramanların sevgi hekayəsinin daha çox ön planda olacağını düşünürdüm. Hətta kitabın sadəcə bu sevgi hekayəsindən ibarət olub hadisələrin bu sevginin ətrafında baş verdiyini, lakin gecə də belə olmadı. Sevgi hekayəsi o qədər də ön planda deyildi, amma buna baxmayaraq obrazlar arasındakı çəkimi və aralarındakı sevgini rahatlıqla hiss edə bilərsiniz. ✿⁠ Bundan sonrası spoilerli ola bilər. Əgər spoiler sevmirsinizsə oxumağınızı tövsiyə etmirəm. ✿⁠ Sonda adlarını unutduqları hissədə tam bir şok keçirdiyimi etiraf etməliyəm. Bir anlıq bir daha heç vaxt birlikdə ola bilməyəcəklərini düşünmüşdüm. Sanki hər şey başlamadan artıq bitmişdi. Sonda nə qədər bir-birlərini tapdalarda. Final səhnəsini artıq birlikdə olub keçirdikləri vaxtlardan biri ilə bitməsini üstün tuturam. Yenədə gözəl bir manga idi. Tövsiyə edirəm
Manga
Senin AdınMakoto Shinkai · Gerekli Şeyler Yayıncılık · 20202,303 okunma
Tadımlık bir kitab
9/10
·296 syf.··
2023 12. kitabı
·
8 saatte okudu
·
Okunma: 25 Ağustos 2023 15:10
Sonunda məndə bu kitabı oxudum. Bu kitab mənim oxuduğum ilk romantik tərzdə olan kitab idi. Özümün Koreya mədəniyyətinə onların musiqisinə marağım olduğu üçün kitab çox axıcı irəlilədi. Lakin, gözlədiyim kimi bir kitab olmadı. Mən daha çox təsvir vasitələrindən istifadə olunmasını və daha geniş yazıla biləcək hadisələrin kitabda yer almasını istərdim. Amma, unutmamaq lazımdır ki, bu bir "gençlik romanı" kateqoriyasına aid bir kitabdır və bu kateqoriyada olan kitablar daha çox sırf zövq üçün oxumağa görə yazılıb. Birdə sonu daha fərqli yazıla bilərdi. Belə olanda özümü bir az yarımçıq hiss edirəm. Nəticədə mənə zövq verdimi? Verdi. Kitabı sevdim mi? Sevdim. Sizə tövsiyəm əgər ilk dəfə beləsi bir kitab oxuyursanızsa hadisələrdə bir məna, bir məntiq axtarmayın. Daha çox kitabdan zövq almağa çalışın.
Edebiyat
XoxoAxie Oh · Artemis Yayınları · 20221,306 okunma