Fromm insanı bir mexanizm kimi yox, insan kimi ələ alıb analiz edən, araşdıran psixoanalitik və yazıçıdır. Həcmi kiçik olmasına baxmayaraq, məşhur kitabını iki həftəyə yayıb oxudum. Kitabla bağlı çoxlu qeydlər götürmüşəm, onlardan bəziləri (p.s. türk dilində oxumuşam deyə tərcüməsini yazacam):
"Birini sevmək sadəcə güclü bir duyğu deyil; bir düşüncə, bir mühakimə, verilmiş bir sözdür. Əgər sevgi sadəcə bir duyğu olsaydı, qarşılıqlı verilən əbədi sevmək sözlərinin heç bir əsası qalmazdı." (səh. 76)
Bu alıntı reallıqdır – heç bir bəzək-düzək olmadan yaş əski kimi çırpılır üzümüzə. Bəzən qarşına verdiyi sözü tuta bilməyən biri çıxır və ya əksinə, sən o sözü tuta bilmirsən. Duyğularını fikirləş: nə qədər əsəbi qala bilirsən? Bəs sevinc daimidir? Heç vaxt bunlarla tay tuta bilməzsən sevgini, o əbədi deyil, amma anlıq bir duyğu da ola bilməz.
"Eqoistlik özünü sevməkdir, yoxsa özünə olan sevgisizliyin bir nəticəsidir?" (səh. 78)
Bunu oxuyanda həm təəccüb elədim, həm də düşündürdü. Necə yəni, eqoist dediyimiz adam özünü sevmir? Sözə bir baxın, eqoist, içində eqo – yəni "mən" sözü var. Məsələn, sosial medianın, bloggerlərin, psixoloqların və s. hamıya aşıladığı bir düşüncə var, hamısı bu cümləni bayraq eliyib: "Özünü sev." Mən elə bu "sev" hissəsinin problemli olduğunu düşünürəm. Fromm'un da qeyd etdiyi kimi, sevmək digər sənət sahələri kimi öyrənilməli bir bacarıqdır, sən sadəcə "özümə baxıram, fitness zaldan çıxmıram, özümə bahalı paltarlar alıram, self-care day xoxo" deyərək özünü sevmiş olmursan. Sevmək yox, qəbul etmək lazımdır, yəni ki "Özünü qəbul et."
Bu o demək deyil ki, obezsənsə basıb yeməyə davam eləməlisən, belə də əlasan. Bu arada obezlik iradəsizlik yox, bir xəstəlikdir, o cür yanaşıb sağalmaq üçün addımlar atmaq lazımdır. Necə ki, qrip olanda griphotları,