Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Həddən çox şey bilirik bu dünyada. Boş şeydi! Unudulacaq hamısı! Unutduqlarımız yenidən, yeni başdan sudan, torpaqdan, dağdan, daşdan çıxırmıştək görünəcək bizə hər dönədə, ən solğun çiçəklər ən işıqlı ulduzları sevəcək yenə də.
Vaqif Bayatlı Odər
Vaqif Bayatlı Odər
Nə cızmasan, nə qara.
Kədərə salam verib keçirəm sətirlərə, Hərdən gizlin gizlin yazıram sənə, Qoxunu tapmaq üçün baş çəkirəm parfumlərə, ətirlərə, Güldükcə daha da batıram qəhərə. Səhərə qədər şeirləşdiyimiz gecələrin bilmədik qədrini, Öz eşqimizlə tikdik eşqin qəbrini, Sınadım sənsizliyin səbrini, yıxdım ayrılığın səddini, Ama nə fayda? Oğurlaşmışdı biriləri qəlbini. Hərdən həvəssiz gəzirəm küçələri, Buralarda əqrəblər durğun, çiçəklər solğun, Gecələri sübh edib açıram səhərləri, Yorulduğumu bilməyəcək qədər yorğun ruhum. İnsan xəstəlikdən ölmür bəzən, İnsan ən çox darıxmaqdan ölür bəzən, Sən də bəzən gəl, Danışaq içək, boş küçələri doldurub gəzək, Bilirəm yoxsa gecələrdən bezənsən. Dedilər ölsə ölümünə gedərsən? Yoxsa sən də ölümünə sevərsən? Dedim ölsə nəfəslərimi göndərərəm Onu təkcə nəfəsimlə dirildə bilərsən.
Reklam
Ən çox sevdiklərimdən...
Sevgi sevgiylə, Dərd dərdlə unudulur... Unudulacaq bütün sevdalar, Unudulacaq bütün nəğmələr, Unudulacaq unudulmaz hər nə var, Ancaq təkcə mən səni yenidən sevməkçün hər bahar
“Solğun çiçəklər”- Cəfər Cabbarlı
Gül dövrəsini tikanlar bürüdüyü bir halda, bülbül ona yanaşa bilərmi?
"Suyu qaçmış hovuza Bənzəyir dəniz indi, Solğun yerlərdə qalır Saldığın hər iz indi, Toy günü yarı ölmüş Gəlinlərə bənzəyir Ağ paltarlı buludlar.... Sən gələndə Çiçəklər açılardı, Sən gələndə  Daşlar da gül açardı, Sən gələndə  kədər məndən qaçardı... Gündüzlərin səması Nədənsə indi bumbuz, Gecələr başım üstə Nə ay yanır , nə ulduz, Nədənsə bu xoş baharda Sarı yarpaqlar açır Söykəndiyim ağaclar..."
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu