Puan vermedi·232 syf.··
2024 23. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Mart 2024 22:13
İnsanlar mənə qarşı onlara təsirli gələn kitabları heç bir hiss olmadan bitirdiyimə görə laqeyd,soyuqqanlı və s bu kimi sözlər işlədirlər. Mən də bunu özümdə hiss edirdim. Amma bu kitab mənim ilk ağladığın kitab idi. Bu kitabı bitirəndən sonra Erkül Puaronu nə qədər sevdiyimi bir daha anladım. Şiddətlə tövsiyə edirəm. "Excellent"!
Pərdə: Puaronun Son İşiAgatha Christie · Qanun Nəşriyyatı · 20222,301 okunma
5/10
·132 syf.··
Beğendi
·
2023 35. kitabı
·
29 saatte okudu
·
Okunma: 30 Aralık 2023 12:24
2023-ün son günlərindən hər kəsə salam. Bu gün çoxlarımızın Qaraqan kimi tanıdığı Elxan Zeynallının "Mələk" əsərindən bəhs etmək istəyirəm. Kitab çox mübahisələrə səbəb olmuş və onu oxuyanları iki hissəyə bölmüşdür. Bunun səbəbi isə əsərin şizofreni olub-olmaması ilə bağlıdır. Əsər kifayət qədər maraqlı idi. Sadəcə sujet xətti çox yavaş irəliləyirdi. Amma sona doğru maraq artmağa başladı. Kitabda rüşvətxorluqdan, insanların necə bu qədər daşürək olub özlərindən başqa heç kimi düşünməməsindən, pulun, var-dövlətin gözlərinin önünə pərdə çəkməsindən, yüksək təbəqənin övladlarının pulla hər şeyi əldə edə biləcəklərini zənn etməsindən bəhs edilir. Xoş mütaliələr. 5/10
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20122,008 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·100 syf.··
2023 16. kitabı
Tolstoyun arayışa doğru addımladığı növbəti kitablardan biri olan "İvan İliçin ölümü" kitabı, ölüm anını iliklərinizə kimi hiss etdirəcək bir kitabdır. Ölüm mövzusu insanlığın yaradılışından bu günə kimi və bundan sonra da öz gerçəkliyini qoruyub saxlaya bilən, istisnasız hər kəsi əhatə edən yeganə mövzudur. Üzərinə kitablar yazılacaq qədər geniş olan bu mövzuya bəlkə başqa bir incələməmdə daha ətraflı yer verərəm. Ancaq bunu deməliyəm ki, gerçəklikdən qaçmağımızın bizə bir faydası olmadığı kimi zərəri də çoxdur. Ölümə sadəcə qorxulu bir son, bir heçlik kimi baxdığımız müddətcə isə o elə belə də qalacaqdır. Bir sözlə, qorxunun əcələ faydası yoxdur deyərəkdən keçək incələməmizə. İvan İliç 3 uşaqlı ailənin ortancıl uşağı olaraq dünyaya göz açmış və daima ailənin qürur mənbəyi olaraq bilinmişdir. Xoşbəxtliklərlə dolu uşaqlıq həyatının ardından gənclik həyatına atılaraq istedadlı, ləyaqətli, dürüst bir hüquqşünas olmuşdur. Xüsusiyyətinə zidd olan yaltaqlıqdan söz etməyərəkdən onun daima yüksək cəmiyyətə can atdığını deyə bilərik. Hər zaman vəzifəli şəxslərə, onların həyatlarına qibtə edər, onlarla dostluq əlaqələri yaratmağa çalışardı. Şöhrəti, vəzifəni daima çox sevən İliç digərləri kimi başına gələcək ölümdən xəbərsiz halda vəzifəsini daha da yüksəltməyə can atırdı. İliçin dəfələrlə iş və ailə həyatında yaşadığı uğurlu və ya uğursuz hər şeyi keçərək bir gün hər kəsin başına gələcək olan ölümün İliçdən də yan keçmədiyi dönəmə gələk. İliç bir gün yeni almış olduğu evinə həvəslə pərdə taxarkən kiçik bir qəza keçirər, nərdivandan yıxılaraq böyrəyini pəncərəyə vurar. Biraz ağrısı olsa da bu İliç üçün sadəcə gülərək danışdığı kiçik bir qəza olaraq da qalar. Ancaq bu ağrı bir gün dayanılmaz bir hal alar və İliçi ölümə doğru sürükləyər. İş həyatına olduqca bağlı olan İliç
1000k
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,1bin okunma
Aqata Kristi-Ve Perde İndi
9/10
·232 syf.··
Beğendi
·
2023 28. kitabı
·
5 günde okudu
·
Okunma: 25 Nisan 2023 15:42
Bu kitab Aqata Kristi'nin oxuduğum ilk kitabı idi. Yazarın düşüncələri və düşüncələrini bu qədər səlis, axıcı bir şəkildə biz oxucuyulara ötürməsi çox xoş idi. Öncəliklə əgər oxumaq fikriniz varsa qətiyyən Azərbaycanca oxumayın. Oxuduğum kitabları çalışıram ki hər zaman öz dilimizdə oxuyum. Bu kitabında Azərbaycan dilinə tərcümə olunmuş formasını oxumaq fikrim var idi ta ki, Nəimi nin bu kitqb haqqında incələməsini oxuyana qədər. Doğurdan da tərcümələr arasında dağlar qədər fərq var. Bu kitabı türkcə oxuyub bitirdikdən sonra öz dilimdə tərcüməsinə "ötəri göz gəzdirdikdən sonra bu qərara gəldim. Təbii ki belə "tərcümə"lərin olması üzücü bir haldır. Kitab haqqında fikirlərimə gəldikdə isə, kitab doğurdan da çox gözəl qələmə alınıb. Mənim kimi dedektiv sevənlər mütləq oxusun. "Ve perde indi" həmçinin Hercule Poirot qəhramanı öldüyü üçün onun son kitabıdır.(( Poirot'un olduğu son kitab olduğunu biləndə çox üzüldüm, amma mütləq ki, Aqata Kristi kitablarını oxuyacam. Hətta Aqata Kristi haqqında da qəribə məlumatlar var)) Araşdırsanız məncə sizdə də maraq doğuracaq. İncələməmi burada sonlandırıram. Kitabı hələ də israrla Azərbaycan dilində oxumaq istəyirsinizsə Nəimi nin kitab haqqında ki incələməsinə mütləq gözatın :))
Pərdə: Puaronun Son İşiAgatha Christie · Qanun Nəşriyyatı · 20222,301 okunma
Tərcüməni düzgün edin!
7/10
·232 syf.··
2023 7. kitabı
·
10 günde okudu
·
Okunma: 19 Nisan 2023 00:00
İlk dəfə idi bir kitabı bu qədər gec oxudum. Səbəbi hekayənin sıxıcılığı deyildi. Tərcümə problemi idi. Tərcümə edən şəxsin əzyətinə hörmətim sonsuzdu amma tərcüməsini çox qınadım. Hətta bəzi yerləri o dərəcə yola verdi çevrilibki anlamaqda çətinlik çəkirdim. Sonda Türkçə PDF tapdım və müqayisə etdim. Ciddən bu qədər mi fərq edər. Adicə "Hademe" sözünü "Tibb bacısı" kimi çeviriblər. Və bəzi yerlərdə hətta cinayətin açılmasıyla bağlı məsələləri səhv çeviriblər. Bu ilk növbədə əsərin yazarına, sonra da oxuyucuya böyük hörmətsizlikdi. Ona görə kitabı Türkcə oxumağa davam etdim və bitirdim. Alıntılarımı da özüm dilimizə çevirib paylaşdım. Belə olmaz artıq bu neçənci tərcümədi oxuyarkən sanki çin işgəncəsi çəkirəm. Bədii gözəllik itir, hekayənin gedişatı pozulur. Bir işi edirsənsə sonuna qədər et. Türklərin tərcümələri necə dı mükəmməl və bədii cəhətdən gpzəldi. Türkcə oxumaq tərəfdarı idim zatən və bu fikrimin doğru olduğu qənaətinə gəldim. Bəziləri deyir dilimizdə oxu, söz bazanda inkişaf etsin, natiqliyində. Mən bu cür səviyyəsiz tərcümələrlə necə edim bunu? Kitaba gəldikdə ilk dəfədi Agatha Christiedən oxudum. Bəxtimdən Puaronun son işində tanış oldum onunla. Hekayə mükəmməl olmasa da yaxşıydı. Dedektiv sevərlər vaxtını xoş keçirk üçün oxuya bilər. Əmin olun cinayəkarı kitab açıqlamadan siz tapa bilməyəcəksiniz.
Dedektiflik ve Gizem
Pərdə: Puaronun Son İşiAgatha Christie · Qanun Nəşriyyatı · 20222,301 okunma
Siçanlara ithaf
10/10
·128 syf.··
Beğendi
·
2023 1. kitabı
·
8 saatte okudu
·
Okunma: 08 Ocak 2023 21:53
"Elə-belə siçandır, Corc" Spoiler 30-cu illər. Böyük böhran. Aclıq və səfalət. Bir də siçanlar. John Steinbeck 1937-ci ildə dünyanı daha bir əsər ilə tanış etdi. Amma bu dəfə məsələ daha qəlizdir. Con və Lenni Qərbi Amerikada pul qazanmaq ümidi ilə yola çıxmış muzdlu işçilərdir. Külək onları hər dəfə başqa istiqamətlərə tullayırdı. Con zəkalı və hiyləgər bir insandır. Lenni isə əksinə, ağıldan kəmdir və həmişə bir "dayə"yə ehtiyac duyur. Bir-birinə zidd bu iki insan talenin onlara çəkəcəyi yolu gözləyirdilər. Onların bir-birindən başqa heç kimləri yoxdur. Con hərdən Lennini danlasa da, ona dəyər verən tək insanın da Lenni olduğunu anlayırdı. Lenni də öz yumşaq ürəyi ilə Conun könlünü almağı bacarırdı. Bu iki kiçik insan sizə bir parça çörək axtarışına düşmüş səyyahları, pulun izi ilə gedən ləpirçiləri və ya amansızca işlədilən kölələri xatırlada bilər. Amma bu iki vətənsiz insanı bütün digər rəncbərlərdən ayıran iki şey vardı: sevgi və xəyal! "Çünki... çünki mənimçün sən varsan, səninçün də mən" Onlar pul yığaraq özlərinə bir ev almağı arzu edirdilər. Heç kimdən asılı olmayaraq tərəvəz yetişdirmək və dovşan saxlamaq xəyalı ilə işə qoyulmuşdular. Kiçik toxuma bənzəyən bu dünyanın bərkimiş divarlarını qıraraq kənara çıxmaq istəyirdilər. Lenni və Con yeni bir iş tapırlar. Burada elə də çox insan yox idi: ranço sahibi, onun ərköyün oğlu və arvadı, əldən düşmüş qoca, adam yerinə qoyulmayan bir zənci və əsas söz sahibi mehtərlə köməkçisi. Burada hər şey normal görünürdü. Amma Conu nə isə narahat edirdi. Qıvırcığın Lenniyə olan nifrəti onları burada çox saxlaya bilməzdi. Lenninin dinc dayanmayacağını bilən Con da ona bir iş tutduğu zaman gecələdikləri çay kənarına gəlməsini tapşırdı. Hər şeyi yenidən başlayardılar, axı ayağa durmağı bacaran insanın yıxılmaqdan qorxusu olmur.
Edebiyat
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,7bin okunma