başqa həkimləri də çağırmanın heç bir faydası olmayacaq. Dostum, mexanizm köhnəlib. İnsan nəysəki yeni bir motor taxaraq, bir maşın kimi çalışmağa davam edə bilmir….
Mən ancaq bu zavallı xalqı tanıyır, ona müraciət edirəm. Ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin: kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud Alman dahisi böyük Şiller özümü?