Vincentin həyatını oxuduqdan sonra məhv oldum. Özünü bir neçə iş yoxladıqdan sonra özünü heç birinə aid hiss edə bilməyib, rəssam olmağa qərar verməsi. Yaşadığı illər ərzində, nə sevdiyi qadınlardan, nə də işindən dəyər görə bildi.
Heç kim onun yanında olmazkən, qardaşı Theo yanında oldu. Daima onu dəstəklədi, onu maddi və mənəvi cəhətdən təmin etdi. Bilirdi ki, bir gün qardaşı bacaracaq, məşhur rəssam olacağına bir tək o inanırdı. Qardaşının ölümünə dözməyib, qısa zaman sonra özünün də ölməsi... Ahh Theo, sən necə möhtəşəm qardaşsan. Amma yerində rahat yat, qardaşın dünyanın ən məşhur rəssamlarından biridir və rəsmləri ən məşhur muzeylərdə sərgi olunub.
Vincent həyatı boyu əsərləri ilə fərq yaratmağa çalışdı. Amma o yalnız öldükdən sonra dəyər gördü təəssüf ki..