Uzanır danışıqlar, imzalanır sənədlər. Xəritədə aləmə göstərilir sərhədlər…. Səsimizə səs verir dünya başbilənləri; Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Dəyirmi masalarda izi var dirsəklərin… Ağla sığan söhbəti, sözü var dəstəklərin, Yardım bağlamasında özü var dəstəklərin Lap ləl-cavahir olsun hər yardımın dəyəri… Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Diplomat cənabların hər biri hörmətlidir. Bu məqamda ölkəmə təşrifi qiymətlidir. Rəyi təqdirə layiq, rəyi ədalətlidir. Gözdən-nəzərdən salan kimdir ki, bu işləri? Ümid sənədir ancaq, Azərbaycan əsgəri! İşğal altında qalır torpağımız-daşımız, Nələr görmür gözümüz, nələr çəkmir başımız. Qarışıb bir-birinə baharımız-qışımız. Çadır göstərmək olub hər çatana peşəmiz… Sərgi olmasın deyə bu Mil-Muğan düzləri Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Ali qonaqlar gəlir dünyanın hər yerindən. Ürək yanır, göz dolur şəhid qəbirlərindən… Düşünüb daşınıram özlüyümdə dərindən: İntiqam ala bilməz, qana qan ola bilməz Məzarları bəzəyən ehtiram çiçəkləri… Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Söhbətlər çözələnir, bir şey görünmür hələ, Heyətlər təzələnir, bir şey görünmür hələ. Müddətlər təzələnir, bir şey görünmür hələ. Açılmır ki, açılmır düyünü bu torpağın.
2-8 Oktyabr möhtəşəm sərgi günləri
Sabah o möhtəşəm sərgidə Wulf Dorn Rövşen Abdullaoğlu Elhan Elatlı Və möhtəşəm kitablarla görüşməyin həyəcanı ilə bu gecə gözümə yuxu getməyəcək 🙈
Etkinlik
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Ən güclü antibiotik
Dünən çox yorğun bir gün keçirmişdim. Evdən səhər saat səkkizdə çıxıb, yenidən axşam saat onda qayıtmışam. Səhər imtahan sonra startap sərgi və Bakını yaxşı tanımadığımız üçün 2 saat metroya giriş qapısı axtarmışıq və s. Gün bütün boş xatirələri ilə həqiqətən yorğun idi. Sumqayıta qayıdanda başım fırlanırdı. Kursun vaxtına bir saat qalmışdı və mən o bir saatı evə getmədən necəsə dəyərləndirməli idim. Qarşıma Libraff kitab mağazası çıxdı və qurtuldum dedim. Mağazaya daxil olarkən başım dəhşət pis ağrıyırdı, amma bu sıralarda dolaşarkən sanki mənə ən güclü antibiotiki verdilər kimi hiss elədim. Bu gördüyünüz kitab sırasında barmaqlarımı kitabların üzərində rəqs etdirərək elə bil həyatın ahənginə qapılırdım. Bir an oyandım ki, kursa 10 dəqiqə qalıb və kursa 10 dəqiqə gecikdim 🫠
İlk sərgi...
"Qarmaqarışıq" Lənkəran şəhəri Heydər Əliyev mərkəzində keçirilən kitab sərgisində...
Bir rəssam olur. Bu rəssamın gözünün qarşısında ən yaxın dostunu öldürürlər. Rəssam dostunun ölümüylə barışa bilmir. Ağlayaraq bir əsər çəkməyə başlayır. Əsəri dostuna həsr edir. İstəyir ki, bu əsəri hamı görsün. Əsəri sərgiyə çıxarır. Varlı bir şəxs əsərə sahib olmaq istəyir. Rəssama küllü miqdarda pul təklif edir. Amma rəssam onunla razı olmur. Çəkdiyi əsərin qiymətinin olmadığını bildirir. Sərgi bitir. Rəssam sevgilisinə zəng edir. Öyrənir ki, sevgilisi sərgiyə gələndə onu maşın vurub. Tez xəstəxanaya gedir. Həkimdən qızın səhhətinin necə olduğunu soruşur. Həkim də deyir ki, bu qızı ancaq bir yaşlı professor əməliyyat edib, sağalda bilər, amma əməliyyat heç cürə pulsuz edilmir. Buna isə nə rəssamın, nə də ki qızın ailəsinin imkanı çatır. Rəssam düşünür ki, dostuna həsr etdiyi əsəri sata bilməz. O əsərdən çəkmək üçün gərək ölüm və qan görsün. Rəssam xəstəxanadan çıxır, yolda bir yaşlı kişi görür və həmin kişini əsərinin qurbanı təyin edir. Yaşlı kişini öldürür və əsəri çəkir. Əsəri sərgiyə aparır və həmin varlı şəxsə satır. Pulu alıb xəstəxanaya qayıdır. Həkimə pulu verib, sevgilisinin əməliyyat olmasını istəyir. Ancaq həkim deyir ki, professor bir neçə saat bundan əvvəl bura gələrkən öldürülüb. Rəssam dizlərini yerə qoyaraq ucadan qışqırır. Rəssamın öldürdüyü həmin kişi professor idi. Qız ölür. Rəssam səhəri gün otağında asılı vəziyyətdə olur və əlindəki kağız parçasında 3 söz yazılır. İncəsənət, Ölüm və Sevgi....
İnsan ve Duygular
Mənə bir sərgi salonu verin! Nə geniş olsun dünya qədər, nə elə hündür olsun ki, ətəyində qala uzun kölgələr. Mənə bir sərgi salonu verin! Orda bir insan şəkli asacağam - adi bir insan. Nə elə kiçik ki, məhəl qoyan olmaya, nə elə böyük ki, baxanda qorxasan. Orda bir insan şəkli asacam, görünsün dünyanın hər yerindən; zamanın keçmişindən, dövranın indisindən, əsrin gələcəyindən Bir insan şəkli asacam; bir yanında Nəsimi - dabanından soyulandan sonra, Bir yanında məşəl təki yanmış Azəri qızı - tunc heykəli qoyulandan sonra. Bir yanda Cordano Brunonun külü. Bir yanında Məmmədhəsən kişi - ömrü, günü yollara tökülü. Yuxarıda kosmopolit göy Aşağıda sərhədlə kilidlənmiş ölkələr Bir yanda Osvensim - minlərlə insan, beli bükülü. Bir yanda yolları insanla döşənmiş - Kalıma. Bir yanda Xirosima - ölü.