Təbii ki, bu zaman hər hansı müştərək həyatdan söhbət belə getmirdi. Kişilər üçün evdə bir qadın olmalı, qadınlar isə "münasib qismət"i qaçırmamalı idilər. Bu izdivac mikrobu evləndikdən sonra fəaliyyətə başlayırdı. Əvvəllər bir xeyli əməlləri olan yüksəlmək, özünü göstərmək, yaratmaq, imkanı olan kişilərdə bir qələndərlik, laqeydlik yaranırdı. Evdə sözün demək əsla imkanı olmayan səviyyəsi, əxlaq anlayışı, dünya görüşü və vədişləri tamamilə sərgi bir məxluqla daimi bərabarlik isə insanı evdən kənar, həyatından da bədbinləşdirir və insanlara inamını azaldır.
Sayfa 22
Məni yaman tutub şeir havası...
Məni yaman tutub şeir havası, Göyləri qanımla silməyim gəlir. Davam gül davası, çiçək davası Düşüb bir çəmənə ölməyim gəlir. Açıq gül yaxası arı ərkimi, Qönçə gül canında nə sirr gizləyir?! Gülün gül üzünü şeh yuyan kimi Qarı da qar yuyur, qar təmizləyir. Bir az əzgin düşüb əzgil kolu da, İsinməz boş yuva quş adlarından. Talanın sonuncu qırqovulu da Soyunur Günəşi qanadlarından... Gözəllik baharın gəlişi deyil, Bahar bir rəssamın sərgi işidi. Bu gül təbiətin əl işi deyil Məhəbbət işidi, sevgi işidi... Gözümdən çən öpür, dizimdən yoxuş, Ovunan görmədim boş bələkləri. Sağsağan səsindən süzülür yağış Nəmlənir payızın son lələkləri... Qayalar kişnəyər şimşək çaxanda, Ötər ağır ağır çən dərələrdən. Qopub dağdan-dağa daşlar yağanda Zirvə göydən baxar, mən dərələrdən.
Edebiyat
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Ağıllı şah aşpazın bişirdiyi dadlı xörəyi yeyib, vəzirlərinin məsləhətinə qulaq asır, ovçusu ilə ova gedir, sərkərdəsinin qılıncına güvənir, həkimin dərmanlarını qəbul edib sarayındakı şairin şeirini oxuyur, rəssamın əsərlərinə baxıb sonra musiqiçilərinin gözəl musiqilərini dinləyir. Axmaq şah isə hərkəsin qarşısında gücünü göstərməyə çalışır, rəssamlardan qat-qat zəif rəsmlər çəkib sərgi qurur, şairlərdən qat-qat zəif şeirlər yazıb şair olur, daha sonra mahnı oxumağa başlayır və vəzirlərinə məsləhət verir. Sizin içiniz böyük bir dünya böyük bir məmləkətdir və ancaq sizin özünüzdən asılıdır hansı şah sizi idarə edəcək. Axmaq şah yoxsa ədalətli şah.
Sayfa 25
Alıntı
- Mən sizi başa düşürəm, hörmətli yoldaş nazir, ancaq siz də başa düşün: mənim oğlum üstü rənglənib, təzədən çəkilməsi mümkün olan divar naxışı, freska deyildir. - Necə dediniz? -İnsan yalnız üzdən baxılan divar naxışı deyildir. İnsan daha yaxşı, daha gözəl qavranılan nöqtədən müşahidə edilməli olan heykəldir. - Siz haqlısınız, hörmətli Anna, lakin nə restoranda baş vermiş ölüm incəsənətdir, nə də həbsxana sərgi salonu. - Ağıllı cavabdır, ancaq yanlışdır. Əgər insan tərbiyəsi incəsənətdirsə, onda insana incəsənət əsəri kimi baxmaq lazımdır. -Axı siz niyə elə fikirləşirsiniz ki, sizin oğlunuz incəsənət əsəridir, mən, mənim əməkdaşlarım və şahidlər isə sərgi salonunun eksponatlarına key-key baxan naşılar yığını? - Sizi nəzərdə tutmurdum. Ancaq sizin müstəntiq Qaqua doğrudan da incəsənətdən heç nə başa düşməyən naşı rolunda ola bilər.... - Nə üçün? -Çünki onda məhz mənim oğlumun ehtiyacı olduğu şey çatışmır. -Yəni? -İnsansevərlik, diqqət və səbr. - Onda, sizcə, Qaqua öz işini nə təhər qurur? -Bircə Cinayət Məcəlləsi ilə. -Məgər bu azdır? -Azdır! İnsaniyyət va xeyirxahlıq yoxdur, çox azdır!
Sayfa 55·Kitabı okudu
- Orta əsrlərdə Avropada insanlar hündürdaban ayaqqabıları əsasən palçıqlı küçələrdə geyinirdilər ki, şalvarları çirklənməsin. Yəni hündürdaban ayaqqabı dəb-filan deyilmiş, palçıqlı yollara görə geyinirmişlər. Zaman keçdikcə bu cür ayaqqabılar əsilzadəlik göstəricisi hesab olunmağa başladı. Sonralar əsasən yüksək zümrədən olanlar hündürdaban geyinirdi. Belə deyək, müəyyən müddətdən sonra hündürdaban ayaqqabıların mahiyyəti dəyişib. - Hər şeydə olduğu kimi... - Hə... - Mehran bir qədər fikirləşib davam elədi, – Ümumiyyətlə, paltarın da mahiyyəti dəyişib. Məsələn, ilk insanlar paltarı üşüməmək üçün geyiniblər. Müəyyən bir dövrdən sonra insanlarda məhrəm yerləri gizlətmək instinkti formalaşıb: həmin vaxtdan paltar həm də örtünmək vasitəsi olub. Orta əsrlərdən müasir dövrümüzə qədər isə paltar əsasən nümayiş vasitəsidir. - Dünya sərgi dünyasıdır yəni, - Ofeliya eyhamla dedi. - Eynilə...
Edebiyat