Puan vermedi·336 syf.··
Beğendi
·
2026 23. kitabı
Ukrayna yazıçısı Andrey Kurkovun Grey Bees (Gri Arılar) romanı 2014-cü ildə başlayan Donbas müharibəsi dövrünə aiddir. Romanın hadisələri Ukraynanın şərqindəki Donbas bölgəsində, Ukrayna hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında gedən silahlı münaqişə fonunda cərəyan edir. Bu müharibə nəticəsində bəzi yaşayış məntəqələri cəbhə xətti arasında qalmış və "boz zona" adlandırılan ərazilərə çevrilib. Əsərin qəhrəmanı Sergeyiç də məhz belə bir kənddə yaşayır və müharibənin adi insanların həyatına təsirini öz gündəlik həyatı vasitəsilə göstərir. O, nə siyasi mübarizənin içindədir, nə də ideoloji tərəf tutur. Onun əsas qayğısı arılarını və öz həyatını qorumaqdır. Bu kənddə cəmi 2 sakin qalıb. Əsəri oxuyanda gürcü filmi “Mandarinlər” filmi yada düşür, amma burada filmdəki kimi iki düşməni bir evdə saxlamaq söhbətləri yoxdur. Əsərin qəhrəmanının fikri sadəcə öz arılarını qorumaqdır. Əsərdə arılar simvolik məna daşıyır. Arılar sərhəd, milliyyət və ya siyasi mövqe tanımırlar; onlar sadəcə yaşayır və öz işlərini görürlər. Bu baxımdan arılar insanlardan fərqli olaraq müharibənin yaratdığı nifrət və bölünmədən uzaqdırlar. Müəllif onların vasitəsilə təbiətin saflığını və həyatın davamlılığını vurğulayır. Əsərin əsas mesajlarından biri budur ki, müharibə insanı ucaltmır; sadəcə onun nəyə tutunduğunu üzə çıxarır. Sergeyiç üçün bu dayaq nöqtəsi arılarıdır. Onları qorumaq cəhdi əslində insanlığını, ümidini və yaşamaq istəyini qorumaq cəhdidir.
Gri ArılarAndrey Kurkov · Siren Yayınları · 202577 okunma
Travma Wulf Dorn təhlil
Puan vermedi·328 syf.··
2026 5. kitabı
·
23 günde okudu
·
Okunma: 12 Haziran 2026 01:31
Travma Məzmun: Travma, insan zehninin nə qədər mürəkkəb və qaranlıq ola biləcəyini göstərən psixoloji triller janrında yazılmış əsərdir. Hadisələr psixiatriya klinikasında çalışan bir həkimin qarşısına çıxan müəmmalı pasiyentlə başlayır. Pasiyentin söylədikləri əvvəlcə qarışıq və inandırıcı görünməsə də, zaman keçdikcə deyilənlərin arxasında gizlənən dəhşətli həqiqətlərin ola biləcəyi hiss edilir. Bundan sonra əsas qəhrəman keçmişlə bağlı sirrləri araşdırmağa başlayır və hadisələr getdikcə daha təhlükəli və qarışıq hala gəlir. Kitab boyunca oxucu davamlı olaraq şübhə içində qalır. Kim doğru danışır, kim yalan deyir, hansı xatirələr həqiqətdir, hansı qorxu və travmaların nəticəsidir – bunları ayırd etmək çətinləşir. Hekayə irəlilədikcə keçmişdə yaşanan hadisələrin insan psixologiyasına təsiri, travmaların illərlə insanı izləməsi və zehnin özünü qorumaq üçün qurduğu mexanizmlər ön plana çıxır. Təhlil: Wulf Dorn bu əsərdə sadəcə qorxu və gərginlik yaratmır, eyni zamanda travmanın insan həyatına təsirini göstərir. Kitabın ən güclü tərəfi odur ki, oxucuya hər şeyi açıq şəkildə təqdim etmir; əksinə, davamlı suallar yaradır və cavabları yavaş-yavaş ortaya çıxarır. Bu isə kitabı son səhifəyə qədər maraqlı saxlayır. Əsərdə travma anlayışı yalnız keçmişdə yaşanmış ağır hadisə kimi göstərilmir, həm də həmin hadisələrin insanın düşüncələrinə, qərarlarına və reallığı qəbul etməsinə necə təsir etdiyi göstərilir. Bəzən insan öz xatirələrinin içində itib qalır və gerçəklə qorxular arasındakı sərhəd itir. Kitab məhz bu mövzunu güclü şəkildə çatdırır. Məncə, Travma oxucunu qorxudan çox düşündürən kitabdır. Oxuduqca anlayırsan ki, insanın ən böyük qorxuları bəzən xaricdə deyil, öz zehninin dərinliklərində gizlənir. Psixoloji gərginlik sevənlər üçün təsirli və uzun müddət yadda
Psikoloji
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,842 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
6/10
·107 syf.··
2026 119. kitabı
"Mari Rocerin sirri" dedikdə, əksər insan "Morq küçəsindəki qətl"in davamı kimi düşünür, amma mənim üçün bu, tamam fərqli bir təcrübədir. Əvvəla, Po bu hekayədə detektivi kreslosundan qaldırmır. Bəli, Düpen otağında oturub qəzet qırıntılarını oxuyur, hadisə yerinə getmir, dəlilləri öz gözü ilə görmür. İlk baxışda bu, zəiflik kimidir. Amma məhz burada Po mənə ən maraqlı sualı verir: həqiqəti tapmaq üçün fiziki olaraq orada olmaq şərtdirmi? Düpenin dediyi kimi, "Parisin mərkəzində oturub dünyanın işlərini həll etmək olar". İkinci məqam: bu hekayə əslində real bir cinayət üzərində qurulub – Meri Sesiliya Rocersin Nyu-Yorkda öldürülməsi. Po hadisələri Parisə köçürüb, adları dəyişib, amma mahiyyəti saxlayıb. Mən bunu oxuyanda bir az narahat oldum, çünki Po real qadının ölümünü bir növ "laborator işi"nə çevirir. Bəli, ədəbiyyat belə işləyir, amma yenə də... burada etik bir sərhəd var. O dövrdə heç kim buna fikir vermirdi, amma mən verirəm. Düpenin soyuqqanlı təhlilləri ilə real faciə arasında gərginlik hiss edirəm. Üçüncüsü, ən vurucu tərəf: Po bu hekayədə qəzetləri ifşa edir. Düpen deyir ki, mətbuat həqiqəti axtarmır, sensasiya yaradır. Hər kəs öz nəzəriyyəsini qurur, faktlar isə əyilir. Bu gün də eyni şey baş verir – sosial şəbəkələrdən tutmuş "investigativ" kanallara qədər. Po 1842-ci ildə bunu yazıb, amma sanki dünən yazılıb. Məhz buna görə "Mari Rocerin sirri" mənim üçün adi bir detektiv hekayədən daha çox, fəlsəfi bir manifestdir. Amma real deyim: bəzi yerlərdə kitab çox uzun çəkir. Düpenin qəzet məqalələrini sətrivər sətir təhlili bəzən yorur. Həm də sonu... redaktor qeydi ilə bitir: "Düpen haqlı imiş, polis qatili tutub". Bu, bir az asançılıqdır. Sanki Po özü də hekayəni necə bitirəcəyini bilmir. Bəlkə də ona görə ki, real hadisənin qatili heç vaxt tapılmamışdı –
The Mystery Of Maire RogetEdgar Allan Poe · Altın Bilek Yayınları · 200732 okunma
Puan vermedi·720 syf.··
2026 2. kitabı
Bu kitabın hissiyatı doğrudan da bambaşkadır. Oxucuya sadə bir hekayə yox, ağır bir ruh halı təqdim edir. “Sokak Nöbetçileri” oxunan yox, yaşanan bir əsərdir. Hər səhifəsində insanın iç dünyasına toxunur. Kitab küçələrin səsini daşıyır. O səs bəzən qışqırıq olur. Bəzən isə dərin bir susqunluq. Əsərdəki personajlar adi insanlar deyil. Onlar cəmiyyətin görməzlikdən gəldiyi insanlardır. Hər biri həyatın kənarında qalmış kimidir. Amma əslində həyatın tam ortasındadırlar. Müəllif oxucunu rahat buraxmır. Oxuyarkən insan özünü sorğu-suala çəkir. Doğru ilə yanlış arasındakı sərhəd bulanıqdır. Əsər yaxşı və pisi qəti şəkildə ayırmır. Hər şey boz tonlardadır. Bu da kitabı daha real edir. Çünki həyat da elə belədir. Küçələr burada sadəcə məkan deyil. Küçələr bir ruh halıdır. Hər küçə bir hekayə danışır. Nöbet anlayışı fiziki deyil. Bu, vicdan nöbetidir. İnsan öz içində ayıq qalmağa çalışır. Amma çox vaxt bacarmır. Personajların daxili monoloqları ağırdır. Onların düşüncələri insanı sıxır. Bu sıxıntı məqsədlidir.
Sokak NöbetçileriAslı Arslan · İndigo Kitap · 202116bin okunma
Puan vermedi·250 syf.··
2026 3. kitabı
·
34 saatte okudu
·
Okunma: 08 Ocak 2026 22:51
Ülviyyə xanımın qələmindən çıxan və oxuduğum daha bir maraqlı roman. Əsərdə ard-arda baş verən cinayətlərin araşdırılması üçün müharibədə iştirak etmiş prokuror Camalov sərhəd rayonlarından birinə təyinat alır. Bu cinayətlər niyə törədilmişdi? Səbəblər nə idi? Oxucu bütün roman boyu bu suallara cavab axtarır. Ailə münasibətləri, qohum-əqrəba arasındakı qısqanclıqlar, varlı-kasıb mövzusu və müharibənin buraxdığı yaralar kitabda geniş şəkildə əksini tapır. Mövzusu maraqlıdır, lakin hadisələrdə keçmişə aid fləşbəklərin çoxluğu bəzən oxucunu bir qədər yora bilər. Detektiv sevənlər üçün maraqlı seçimdir.
127 QəbirÜlviyyə Tahir · Səbat Nəşriyyat · 202511 okunma
Puan vermedi·358 syf.··
2025 39. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Aralık 2025 08:51
Ağ lələklər, Qara cinayətlər. Jean Christophe Grange "Leyləklərin uçuşu " Grange, romanda nəfis coğrafi bilgilərdən istifadə edib. Coğrafiya qismətdir deyə bir ifadə var idi. Adətən bunu çətinlik, kasıblıq çəkən ölkələrə aid etsələr də, məncə elə bu hər ölkəyə məxsusdur. Çünki hər yaşamın özünə uyğun çətinlikləri var. Grange, Oxucunu Bolqarıstanın qaraçı məhəllələrindən Afrikanın balta dəyməyən meşələrinə, oradan da Hindistanın mürəkkəb küçələrinə qədər uzanan nəfəs kəsici bir macəraya aparır. Fərqli qitələr, mədəniyyətlər və coğrafiyalar arasında keçən bu roman, macəranı daha da zənginləşdirir. Əslində mədəniyyət, coğrafiya sadəcə örtükdür. Bir növ maskalanma, gizləniş şəklidir. İnsanın içindəki vəhşilik üçün sərhəd yoxdur. Qitələr dəyişir, dillər dəyişir, amma insan zəiflikləri eyni qalır. Ağ Leyləklərin izi ilə, qara cinayətlərin tük ürpərdici detalları, qan dondurur. Romanın ən sevdiyim xüsusiyyəti isə davamlı zehnimiz məşğul etməsi, tam hadisələrin gedişatına aşina oldum deyərkən, yeni bir sirr ilə baş-başa qalmağım oldu. Artur Conan Doyle'un Sherlock Holmes'ini də bir növ xatırlatdı. Xüsusilə finalı daha gözlənilməz oldu mənim üçün. Hər zaman dediyim kimi, kitab və filmlər real olana güzgü tutur. Kitabdakı qəhrəmanların etdikləri seçimlər düşündürür. Niyə insan bu nöqtəyə gəlib çatır...?! Grange, insan psixologiyasının ən qaranlıq yönlərini yazılara töküb. İnsanoğlunun qəddarlığı, əxlaqsızlığı, maddi varlıqlara düşkünlüyü, qısaca ən zəif nöqtələrini göstərir bizə... Bizə isə sadəcə oxuyub, zövq almaq qalır.
Leyleklerin UçuşuJean-Christophe Grangé · Doğan Kitap · 200212,4bin okunma