"Bəzi ailələr var kənardan baxanda hər şey qaydasında görünür: gülümsəyən üzlər, bir süfrə ətrafında toplaşan insanlar... Sanki bir yumruq kimi birləşiblər. Amma içəri girdikcə anlayırsan ki, bu ailə, əslində, iki ayrı respublika kimidir. Eyni damın altında görünməyən, lakin keçilməsi mümkün olmayan sərhədlər var".
Ya rəbbim, arabir düş yanımıza,
Arabir ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
İmammız yox,
İmana gəlməyə gümanımız yox;
Gəlsən tufanla gəl, Tufanla qayıt,
Bu yeri, bu yurdu səhmanla, qayıt...
Ya rəbbim, bu dünya sən quran deyil.
Qudurğan sən görən qudurğan deyil,
İndi quduranın altında yatır...
İndi qudurğanlar uzun ömürlü,
Meymunlar yenə də ağacda yatır,
Fağırlar yenə də quzu Ömürlü...
Ya rəbbim, sərhədlər sən görən deyil!
Bu sədlər, bu dünya sən hörən deyil.
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Ya rəbbim, bu dünya sən quran deyil,
Fəzada yerini dəyiş dünyanın...
Sayfa 126 - “Ya rəbbim, bu dünya sən quran deyil”·Kitabı okudu
Min rəhmət biz quşlara ki, dava zamanı uzağı bir-birimizin kəkilindən bir dişlək alırıq və heç vaxt bir-birimizin qanını tökmürük. O ki qaldı torpaq üstə dalaşaq, o torpaq ki, dəfələrlə ölçülüb-biçilib, sərhədlər çəkilib və insanlar istəyirlər yenə də yeni bir xətt – yeni sərhəd çəksinlər. Doğrudan ha, bu insanlar xətt çəkməyi, sərhəd təyin etməyi niyə belə çox
sevirlər?