10/10
·464 syf.·
2026 8. kitabı
Yəqin ki, gözümdə ən çox böyütdüyüm əsərlərdən biri ola bilər. Əsərdəki ailə ağacının genişliyi və adların çoxluğu göz qorxutsa da, oxuduqdan sonra obrazları üçün darıxdığım əsərlərdən biri oldu. Arcadio və Aureliano adlarından başqa ad yox imiş kimi ancaq bu iki adı nəsildən nəslə ötürməyə davam etdikləri üçün qarışıqlıq yarana bilir, amma əsərin içinə girəndə və obrazları yaxından tanıyıb xarakterlərinə bələd olduqda kimin kim olduğunu ayırd etmək mümkündür. Ursula – romanın nənəsi; ən çox bağ qurub darıxdığım obrazlardan biri oldu. Buendia soyadı bu qadının çiyinlərində yüksələn və illərlə kürəyindən ata bilmədiyi bir yükə çevrilir. Əsər magik realizm ünsürləriylə zəngin olsa da, obrazların qüsurları o qədər insani və real hiss etdirir ki, evin sakinlərindən birinə çevrilirsən. Ümumiyyətlə, Buendia ailəsində ailə anlayışı çox məhduddur. Hər bir obraz o qədər daxili dünyasına və öz tamahlarına qərq olur ki, ailədəki birliyi hiss edə bilmirsən, aralarında mütləq və aşılmaz sərhədlər var. Ailənin kişiləri bir qədər standart xəttlə gedir: Aureliano adını daşıyanlar introvert və sakit tipajı, Arcadiolar isə daha ekstrovert, impulsiv insan imicini təsvir edir. Qadınlar isə bir-birilərindən xeyli fərqlənirlər. Məsələn, Amaranta sırf Rebecca ilə ədavətindən bəslənərək özünü ömürlük tənhalığa məhkum etməklə kifayətlənməyib hələ onu qardaşı nəvəsinə də ötürmək istəyir. Nifrəti yaşamaqdan usanmayıb hələ gələcək nəsillərə ötürmək istəyən bu qadın, sanki kin və ədavətin insanı necə içdən çürüdüb məhv etdiyinin nümunəsi olaraq yazılıb. Digər obrazlar da öz yerində obsessiya, acgözlülük, sədaqətsizlik, radikallıq kimi insana xas, lakin zərərli xarakteristik özəlliklərin simvolu rolunda çıxış edirlər. Əsasən, hər birini uçuruma aparan şey bir-birilərinə hədsiz laqeyd
Yüzyıllık YalnızlıkGabriel Garcia Marquez · Can Yayınları · 202546,5bin okunma
4/10
·144 syf.··
2026 5. kitabı
Sabina Nasifin- Səmada görüş kitabını oxuyub bitirdim. Əsər müəllifin ilk əsəridir. Fəlsəfi -poetik dildə yazılmış roman insanın daxilinə səyahət hekayəsidir. Əsərin baş qəhrəmanı Səda təyyarə uçuşu zamanı öz ruhunun dərinliklərinə doğru yola çıxır. Əsərin kulminasiya nöqtəsi qəhrəman Sədanın Riyad şəhərində yaşadığı daxili aydınlanma ilə baş verir. Bu, “Ağın qaraya eşqi” metaforası vasitəsilə göstərilir. Həqiqi hüzur və harmoniya yalnız ziddiyyətlərin birliyi ilə mümkündür. İnsan öz içindəki qaranlığı səmimi şəkildə qəbul etmədən, gerçək işığa çata bilmir. Şəhərdə qadınların qara, kişilərin isə ağ rəngli geyimləri ilk baxışda Sədaya sərt bir ənənənin təzahürü kimi görünür. Lakin bu rənglərin qarşıdurması onu yavaş-yavaş dərin düşüncələrə aparır. Səda bu mənzərədə qadın və kişi, ağıl və ruh, qaranlıq və işıq kimi əks qütblər arasında gizlənmiş vəhdəti kəşf edir. Sədanın Yaradanla qurduğu daxili dialoqlar, ona verdiyi suallar oxucunu çox düşündürür. Kitabda QR kodlar vasitəsilə müəllifin öz səsi ilə səsləndirdiyi esse və şeirlərə keçidlər təqdim olunub. Əsər oxucunu sanki bir musiqili meditasiya səyahətinə çıxarır. Düşündürücü dialoqlar, monoloqlar çoxdur.Əsərin süjeti həm var həm yoxdur.Daha çox baş qəhrəmanın özü ilə söhbəti formasında qələmə alınıb. İnsanların çoxu səbəbini anlamadığı kədəri unutmaq üçün hər şeydən uzaqlaşır, sərhədlər aşır, amma nəticədə heç yerdə hüzur tapa bilmirlər. Vətənin içində də, çölündə də qürbət həyatı yaşayırlar. Halbuki qəribçiliyə səbəb uzaq sərhədlər deyil, daxildəki uşaqla araya çəkilən sərt sərhədlərdir. Xoş mütaliələr.Kitabla qalın
Səmada GörüşSabina Nasif · Qanun Nəşriyyatı · 20257 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
5/10
·392 syf.··
2026 9. kitabı
·
65 günde okudu
·
Okunma: 02 Mart 2026 02:26
Doğan Cüceloğlu bu kitabında “savaşçı” anlayışını zorakılıqla deyil, özünü tanımaq, məsuliyyət almaq və şüurlu yaşamaq kimi izah edir. Savaşçı – həyatdan qaçmayan, qorxularını inkar etməyən, amma onlara təslim də olmayan insandır. Kitab oxucuya daim bir sual ünvanlayır: “Həyatımı mən idarə edirəm, yoxsa öyrəndiyim qorxular?” Müəllif ailə, cəmiyyət və keçmiş travmaların insanın qərarlarına necə təsir etdiyini sadə, lakin dərin nümunələrlə göstərir. Ən güclü tərəfi isə oxucunu suçlamaq əvəzinə oyandırmasıdır. Savaşçı şəxsi inkişaf kitabı olmaqla yanaşı, daxili dialoq qurmağa kömək edən bir bələdçidir. Özünü dərk etmək, sərhədlər qoymaq və daha şüurlu yaşamaq istəyənlər üçün təsirli və düşündürücü bir əsərdir.
2026 Okuma Raporları
SavaşçıDoğan Cüceloğlu · Remzi Kitabevi · 202112,8bin okunma
Good vibes good life
Puan vermedi
“Pozitiv düşün, pozitiv yaşa” – Vex King Bu kitab özünüdərk, emosional sağlamlıq və pozitiv yaşam fəlsəfəsini sadə, anlaşılan və real həyat nümunələri ilə izah edən motivasiya yönümlü bir əsərdir. Vex King oxucuya yalnız "pozitiv ol" demir — pozitivliyin psixoloji əsaslarını, zərərli düşüncə nümunələrini tanıma yollarını və özünə dəyər yaratmaq üçün tətbiq oluna bilən praktik metodları təqdim edir. Kitabın əsas mesajı: daxili enerji dəyişmədən, xarici həyat dəyişmir. Müəllif öz təcrübələrindən yola çıxaraq göstərir ki, özünə sevgi, sağlam sərhədlər və gündəlik kiçik yaxşılıq vərdişləri böyük transformasiyaya səbəb olur. Niyə oxumağa dəyər? 1. Özünə güvəni artırır 2. Mənfi düşüncələri idarə etməyə kömək edir 3. Həyata baxış bucağını daha sakit və sağlam edir 4. Sadə dil, praktik məsləhətlər və motivasiyaedici sitatlar çoxdur Bu kitab həm psixoloji rahatlıq, həm də şəxsi inkişaf üçün ideal yoldaşdır. Oxuyarkən insan həm özünü kəşf edir, həm də daha müsbət həyat ritmi formalaşdırır. #lyaman_blog #leman_blog #instagram #vexking #vexkingbook #pozitivdüşünpozitivyaşa #bookstagram #booklover #vexkingbook #vexking
1000Kitap
Pozitiv Düşün Pozitiv YaşaVex King · Ali ve Nino Yayınevi · 0379 okunma
İtirdiklərinə bir qədəh qaldır
6/10
·372 syf.·
2025 50. kitabı
İlk olaraq, kitabı 2 günə bitirdiyim üçün deməyə sözüm çoxdur, hazır ağlımdaykən (gecə saat 2:02, telefonda) yazım dedim. Kitabı oxuyandan “lost on you” trekini dəfələrlə dinlədim, sevdiyim treki yenidən xatırlatdığı üçün yazıçıya təşəkkürümü bildirirəm burdan :) Yazıçı səhv eləmirəmsə, İsmayıl Şıxlının nəvəsidir. Babasının əsərlərini çox sevdiyim üçün ayrı həvəslə oxudum. Əsərdəki hadisələrin iki nəfərin perspektivindən təkrarlanması maraqlı idi, romanlarda bu cür fərqlilikləri sevirəm. Ən çox da araya sərpişdirilmiş və açıqlaması irəliləyən hissələrdə tapan detalları çox bəyəndim: əzilmiş konfet, tikiş izi və s. Diqqətli oxuyucu üçün belə şeylər “wow” effekti yaradır, həmçinin maraqda saxlayır ki, bu yara izi nə məsələdir, görəsən? Ən əsası da, axıcı, yormayan, hətta dincəldən tərzdə yazılıb. Mövzumuz sevgi üçbucağı, hətta dördbucağıdır. Bu, xoşuma gəlməyən məqamlardan birisidir. Əks cinsin dostluğu, onsuz da cəmiyyətimizdə tam qəbul olunan və ya yaxşı yanaşılan bir şey deyil. Bunun əsas səbəbi də tərəflərdən birinin hisslərə qapılması, situasiyadan istifadə etməsi və s. olur. Mən dostluqda cinsiyyət olduğunu düşünməsəm də, müəyyən sərhədlər olmalıdır deyə düşünürəm. Yəni, Mələk konkret kor idi. Ezelin anası kör Meliha belə başa düşərdi ki, Murad qızın dərdindən ölür. Bunlarınkı dostluqdursa, münasibətdəki insanlar neyniyir? Mələk də az “pick-me” (mən gen-z nəsliyəm, döyməyin) deyil ha. Qara qız, cılız qız deyə deyə hansı erkək cinsinə salam versə bir könüldən min könülə aşiq edir, maşallah. Hətta yaxın və tək qız dostunun daha çirkin təsvir edilməsi, qısqanclıq edib on beş illik dostunu atması, bacısı Nurayın ayağını qırmaqdan başqa bir işə yaramaması və ümumiyyətlə, Mələkdən başqa bütün qadın obrazların arxa plana atılması, əsərin Mələk və digər kişilər
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0409 okunma
Mən dözməsəm də, qanadlarım dözər
8/10
·112 syf.·
2025 45. kitabı
Bu kitabı çox uzun müddətdir ki, oxumaq istəyirdim və gözləntilərim məni yanıltmadı. Əsərin obrazlarının "qağayı" olması, təbiətlərinə zidd şəkildə uçmağa cəhd etməsi kimi məqamlar təsadüfi deyil. Quşlar, səma və uçmaq hər zaman azadlıq hissiylə assosiasiya edilir. İndi kitabı bəhanə edərək öz düşüncələrimə keçmək istəyirəm. İnsanın qanadları yoxdur, aydın məsələdir. Lakin bu onun səmaya, kosmosa çıxmasının qarşısını ala bilməyib, bilməyəcək də. Məsələ də budur, özünə, öz gücünə inanmaq. Hər birimiz içimizdəki "alınmayacaq", "bacarmayacaqsan", "sən kimsən ki" kimi bizi dayanmadan, yorulmadan qınaq obyektinə çevirən səsi eşidirik. Eşitmək normaldır, dinləməyi isə biz özümüz seçirik. Bəlkə kimlərəsə həsəd aparmaq, ayağının altını qazımaq əvəzində, onların uçuşlarına baxıb ilham almaq lazımdır? Bəlkə onların bunu bacarması, mənim də bacara biləcəyimin bir sübutudur? Hamının qarşısına onu aşağı çəkən, əməyini alçaldan adamlar çıxır. Mən bu tərəfdən özümü çox şanslı hesab edirəm, çünki hər addımımda məni dəstəkləyən insanlarla əhatələnmişəm. Lakin içinizdəki qınayan səsi dinlədiyiniz müddət ərzində, çöldəkilər istəyir qulağınızın dibində meqafonla qışqırsın, xeyri yoxdur. Kitabdakı məsələlərdən birisi də, insanların nəyisə bacarmış insanın izindən getmək, ondan öyrənmək əvəzində onu "ilahiləşdirməsi", "bütləşdirməsi" məsələləri idi. Qağayılar simvolik olduğu üçün onları insanlarla əvəz edərək danışıram, çünki yazılanlar məhz elə cəmiyyəti əks edir. Guya peyğəmbərin adını çəkən kimi salavat gətirənlər, xaçları boynunda daşıyıb öpənlər - o dini gətirən peyğəmbərin əməllərini örnək alır, sözlərinə əməl edir? Mən dini aspektdən yanaşdım, çünki ilahiləşdirmək deyəndə ağlıma peyğəmbər gəldi. Bu hansısa məşhur müğənni, prezident, diktator və s. ola bilər. Beləcə, ideyalogiyalar
Qağayı Conatan LivinqstonRichard Bach · Parlaq İmzalar-Simurq Nəşriyyatı · 201980,2bin okunma