Sevib-sevilmək üçün cəsarət tələb olunur, bəzi dəyərlərə hər şeyə üstün gələn xüsusi önəmi vermək və bu dəyərlərə hər şeydən keçmək cəsarəti.
İctimai rəy və yaxud gözlənilməyən səbəblərin təkzib etməsinə baxmayaraq, insan haqqında şəxsi mühakiməyə və fikrə, hamının qəbul etməsinə baxmayaraq, şəxsi qənaətə sadiq qalmaq inam və cəsarət tələb edir.
Həyatın çətinliklərini, uğursuzluqlarını, kədərini layiq olmadığımız ədalətsiz cəza kimi yox, insanı daha da mətinləşdirən sınaq olaraq qəbul etmək və onları dəf etmək bacarığı da inam və cəsarət tələb edir.
Və son olaraq;
Sevgi inamın təsdiqidir və zəif inananın sevgisi də zəif olur.
…hər kəs inanmağı öyrənə bilər - eynilə körpənin yeriməyi öyrəndiyi kimi.
Müasir olan ictimai quruluşda sevməyə qadir olan insanlara nadir hallarda rast gəlmək mümkündür, müasir Qərb cəmiyyətində isə sevgiyə, bir qayda olaraq, ən axrıncı yer ayrılır. Buna səbəb sevginin yaranmağına çoxsaylı müxtəlif işlərin mane olması yox, daha çox istehsal və istehlaka yönəlmiş cəmiyyətin ruhunun yalnız mübariz insanın müqavimət göstərə biləcəyi şəkildə olmasıdır.