Sailə

Sailə
22 okur puanı
Ocak 2022 tarihinde katıldı
10/10
·224 syf.··
Beğendi
·
2023 2. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ocak 2023 19:21
İlyas Əfəndiyevdən oxuduğum ilk kitab idi və çox şadam oxuduğum üçün. Kitab sadə dildə yazılıb,axıcıdı,dialoqların səmimiyyəti insanda gözəl hisslər oyadır. Əsərdən Azərbaycan qoxusu gəlir desəm yalan olmaz. Kənd həyatı,insanların bir-birinə səmimi münasibəti,hörmət,sevgi çox gözəl əks olunub. Və baş obraz Nuriyyə.. əsər onun dilindən söylənilir. Teatr institunu bitirəndən sonra artist olmaq xəyalı ilə yaşayan gənc qız, Güney qışlaq kəndinə göndərilir və xəyallarına "əlvida" deyərək gedir, orada keçmiş məhəbbəti ilə qarşılaşır. Çox başqa qalacaq yaddaşımda bu obraz,qəlbimdə xüsusi yer açdı özünə. Nuriyyə insanların hisslərinə,düşüncələrinə özündən çox dəyər verən,onları xoşbəxt etməyə çalışan, öz dərdini öz içində yaşayan, sevdiyi xoşbəxt olsun deyə əlindən gələni edən, ona olan sevgisini özünə ən böyük səadət hesab edən fədakar bir qadın obrazıdır. O hər zaman taleyi ilə barışdı, buna görə içində çox savaşlar yaşadı. Uğradığı haqsızlıqlara da öz gücü ilə,qəlbi ilə qalib gəldi. Kitabın çox hissəsi özü ilə olan monoloqlarıdır: "Sən uşaqlıqdan qəm-qüssənin ağır yükünü daşımağa öyrənmisən, həyatının ağır günlərində taleyindən şikayət eləməmisən. Sən dözümlüsən. Bu qaydadır: həyat özü həmişə dözümlülərin yükünü artırır." "Qaldı ki mən... Mənə bundan artıq bir şey lazım deyil. Məgər sənin səadətin mənimki demək deyilmi? Mən ölsəm də, xoşbəxtəm, qalsam da!" Ümid edirəm, sən xoşbəxtsən, Nuriyyə.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
Reklam
9/10
·424 syf.··
Beğendi
·
2022 28. kitabı
·
12 günde okudu
·
Okunma: 01 Mart 2022 21:25
Kitab iki insanın həyat hekayələrinin relslərlə bağlılığı və sonda orada intihar edərkən yollarının kəsişməsidir. Həmçinin müharibələrin insan həyatında qoyduğu izlər,çətinliklər bütün dərinlikləri ilə təsvir olunub. Buna baxmayaraq, yaşamağa çalışan,sevdikləri üçün həyata tutunan qadının gücündən bəhs edilir. "Sevdikləri üçün canından keçmək asandır,lakin sevdikləri üçün yaşamağa-uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir."
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,802 okunma
10/10
·376 syf.··
Beğendi
·
2022 25. kitabı
·
4 günde okudu
·
Okunma: 08 Şubat 2022 22:04
Kitab haqqında düşüncələrim o qədər çoxdur ki,harda başlayıb bitirəcəyimi bilmirəm. Rövşən Abdullaoğlunun oxuduğum ikinci kitabı idi və ilkində olduğu kimi çox bəyəndim. Kitabda insan münasibətləri,sevginin bütün mənaları çox gözəl bir şəkildə təsvir olunub. Bir tərəfdə sevgisizliklə böyüyən insan və bunun törətdiyi fəsadlar,digər tərəfdə nə qədər çətinlik görsə də həyatı sevməyə,ona inanmağa davam edən "mələk". Nəticədə o "mələk" həyatdan ümidini üzmüş insanı yenidən həyata qaytarır. Kitab insanları təkcə sevməyi deyil, eyni zamanda onu göstərməyi öyrədir. Göstərilməyən sevgi hiss edilmir,insanın gələcək həyatına təsir edir və böyük səhvlərə,deyilməmiş sözlərə,yarımçıq həyatlara, ən əsası peşmançılıqlara səbəb olur... Və həqiqətən yaşam boyu bir insanın belə həyatına toxuna biliriksə,onu yaxşı yöndə dəyişdirə,üzünü güldürməyə səbəb ola biliriksə bu əsl sərvətdir. -Villi,xoşbəxt olmaq üçün on saniyə yetər. -Necə? Həmişəki kimi gülümsəyib: -Mənim kimiləri düşünərək,-deyə cavab verdi.
İnsan ve Duygular
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma