Sailə

Sailə
22 okur puanı
Ocak 2022 tarihinde katıldı
Dünyanın işi əzəldən belədir. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Sevib-sevilmək üçün cəsarət tələb olunur, bəzi dəyərlərə hər şeyə üstün gələn xüsusi önəmi vermək və bu dəyərlərə hər şeydən keçmək cəsarəti. İctimai rəy və yaxud gözlənilməyən səbəblərin təkzib etməsinə baxmayaraq, insan haqqında şəxsi mühakiməyə və fikrə, hamının qəbul etməsinə baxmayaraq, şəxsi qənaətə sadiq qalmaq inam və cəsarət tələb edir. Həyatın çətinliklərini, uğursuzluqlarını, kədərini layiq olmadığımız ədalətsiz cəza kimi yox, insanı daha da mətinləşdirən sınaq olaraq qəbul etmək və onları dəf etmək bacarığı da inam və cəsarət tələb edir. Və son olaraq; Sevgi inamın təsdiqidir və zəif inananın sevgisi də zəif olur. …hər kəs inanmağı öyrənə bilər - eynilə körpənin yeriməyi öyrəndiyi kimi.
Müasir olan ictimai quruluşda sevməyə qadir olan insanlara nadir hallarda rast gəlmək mümkündür, müasir Qərb cəmiyyətində isə sevgiyə, bir qayda olaraq, ən axrıncı yer ayrılır. Buna səbəb sevginin yaranmağına çoxsaylı müxtəlif işlərin mane olması yox, daha çox istehsal və istehlaka yönəlmiş cəmiyyətin ruhunun yalnız mübariz insanın müqavimət göstərə biləcəyi şəkildə olmasıdır.
Hörmət yalnız azadlıq əsasında mövcuddur: eynilə bir fransız mahnısında deyildiyi kimi- “məhəbbət azadlığın övladıdır”; hökmranlığın yox, azadlığın övladı!
Əgər mən həqiqətən bir insanı sevirəmsə, bu, o deməkdir ki, mən bütün insanları, bütün dünyanı - mən həyatı sevirəm. Bir insana “Səni sevirəm” deməyi bacarıramsa, bununla mən “Səninlə mən hər kəsi sevirəm; səni sevməklə mən bütün dünyanı sevirəm, səninlə mən özüm özümü də sevirəm” deməyi də bacarıram.