Eh,Röyacan…
Bütün bu acılara dəyəcək eşq idimi bu?
Sahib olduqları məhəbbət aradan illər keçməsinə rəğmən hələ də ilk günki kimi olmağı o qədər təsirlidir ki. Bir-birini sevən iki 17 yaşlı yeni yetməyə qarşı həyat çox acımasız davranır. Həyat mı yoxsa xəstə ruh mu?)
Bəhməni ilk başlarda nə qədər qorxaq hesab eləsəm də, sonlarda artıq onun psixologiyası alt üst olmuş biri tərəfindən manipule edildiyini görmək, sevdiyinin ondan vazkeçdiyini düşündüyünü görmək onun bütün bu illər ərzində keçirdiyi hissləri təsəvvür etmək belə ağır gəldi. Amma təbii ki, Röyanın hissləri mənə daha yaxın oldu. Röyada sevdiyim xarakterlərdən biri o oldu ki, nə qədər romantik ruhlu olsa da, məntiqli davranır. Sevdiyi ondan imtina etdi deyə, o da özündən imtina etmir. Atasının onun üçün yaratdığı şansı əldən buraxmır. Yeni İngiltərədə həyata yenidən başlasa da, qəlbindəki dərd, beynindəki suallar da təbii ki, bir ömür onunla qalır. Volter.. əsərin ən safe place obrazı idi. Röyanı sevməsi, ona dəyər verməsi çox gözəl hiss etdirir.
Bir yandan da, düşünürəm ki, bu eşqin hər ikisinin ürəyində xal kimi qalmasının səbəbi “yersiz” ayrılmaları oldu. Zamanında üzləşsə idilər, ağıllarında bu qədər cavabsız sual qalmasaydı hər ikisinin də həyatı daha asan keçəcəkdi…
Yenə də dolanıb-gəlirik, alnımızda görünməz mürəkkəblə yazılan qismətə. Qismətdən artığını təəssüf ki, yeyə bilmirik :’)