Döyülmüş, bədəni parça-parça olmuş qocanı kamerada qoyub bayıra çıxdılar, bir az keçəndən sonra qoca ağır əzablar içində canını tapşırdı. Can boğazından çıxmamış o, elə bil kimsəsiz olduğunu hiss etmək üçün özünə gəldi. Nə arvadı, nə qohum-qardaşı, nə tanış-bilişi, heç kəsi onun üçün ağlamayacaq, ölərək həmişəlik onları tərk edən, ürəklərinə dağ çəkən bu qoca üçün heç kəs, heç olmasa, işlək heyvanlarını itirdiyi qədər də təəssüf etməyəcəkdir.
Onun öz analoqu tədricən sönərək ağlın dərk edə bilməyəcəyi boz bir aləmdə - bu elə maddi aləmin özüydü ki, ölülər bir vaxtlar keçmişdə orda yaşamışdılar - kiçik zərrə kimi əriyib itdi.