Əsərdəki ağırlıq məni o qədər boğurdu ki, hətta bir-iki günə bitirmək istədim (həmişəki kimi alınmadı).
Bu ağırlıq əsərin maraqsızlığı olaydı kaş...
Əzablarla dolu bir ömür, həyatdakı bütün bədbəxtliklərin sanki onun üçün hesablandığı gerçəyi, oxuduqca dünyanın hansısa bucağında belə dəhşətlərlə dolu talelərin var olduğunun (əlbəttə də ki, real həyatda da mövcuddur) fərqindəliyi insanı, onsuz da, çətin olan bu həyatı bir daha sorğulamağa sövq edir. Hər halda, əsər boyu sözünə, əməllərinə, dəli-doluluğuna, səbirsizliyinə, çılğınlığına öyrəşdiyimiz Paskual üçün geriyə yol yoxdur. O öz həyat yolunu seçdi və qatildən daha artığı oldu.