Allah bu dünyada çəkdiyimiz əzablarla, ağrılarla, üzləşdiyimiz çıxılmaz vəziyyətlərin çətinliyi ilə bizə cəhənnəmin, bəzi xoş duyğularla isə (analıq hissi və s.), öz körpənin qığıltısı, qoxusu ilə cənnətin varlığını bizə xatırladır və ya hərəsindən çox cüzi bir hissə göstərməyə çalışır. Yaşadığımız hər əzab, hər çətinlik cəhənnəmin bu dünyada bir parçası, xoşbəxtlik, huzur isə cənnətin bir parçasıdır. Sadəcə şüurumuz bunu dərk etmək istəmir, alın yazısı, taleh deyib fərqinə varmırıq və ibrət götürmürük.