Gözləmək və ümid etmək diləyiylə...
10/10
·1552 syf.··
Beğendi
·
2026 3. kitabı
·
66 günde okudu
·
Okunma: 23 Şubat 2026 23:18
Sizlərə iki aydı əlimdən düşməyən və ən azı kitab oxumağı mənə sevdirən "Səfillər"in illərdi özümə tək qəhrəman seçdiyim obrazı Jan Valjan qədər qəlbimdə yer tutacaq Edmond Dantes-imdən yazacam. Hər cür xəyanətlərə məruz qalaraq,bunlardan yoğrulmuş Edmonddan. Qısacası illərin dəyişdiyi yeni bir adla doğulan Monte Cristo Kontu'dan! Hansı ki, iki cildlik bu kitabın hər səhifəsində gözləriniz yalnız onu axtaracaq,eyniylə bu yazıq qəlbi qucaqlamaq,başına sığal çəkmək istəyəcəksiniz. Niyə desəniz,çünki ona bunları edəcək heç kim yox idi. Bir adam düşünün. Gəncliyinə yeni addım atmış,19 yaşında,karyerasına yüksəlişin tam astanasında,hə bir də sevdiyi qızla nişanlanır. Ondan xoşbəxti yoxdu hə? Səncə qəribə deyil?Həyat bu qədər yolunda gedə biləcək qədər bəsitmi?Yox əlbəttə. O bu qədər ədalətli deyil ki. Dayan,bunları da düşün,itib,batıb-getmiş on dörd ili,yarım qalmış gəncliyi,geriyə qalan kini,nifrəti və iyirmi dörd ili alan intiqamı... Həm də necə intiqamı,zərif-zərif,ilmək-ilmək toxunulmuş... İntiqam!Sən də olmasan o yazıq ürək necə təsəlli tapardı?! Zirvədəsən hə?Xoşbəxtsən hə? Üstəlik yuxuda da deyilsən. Nə gözəl.Dayan,yerə çırpılmağına az qalıb. Bəs sonra? Ya boyun əyəcək,ya qarşı çıxacaqsan,ya gözləyəcək ya da bütün bunlara son verəcəksən. Sən hansını istəyərdin? Gec olsa da,illər itirsən də,bir gənclik versən də sonda hesablaşmaq istəməzsən?Kim istəməz ki? Ən adi hadisələrin belə kinini qəlbində daşıyan insan beyni əlindən oğurlanan 14 ili necə unuda bilər?Əlindən alınan gəncliyi ya necə? Ya gənclik sevgisini? Edmond Dantes,həyatın sınağından hələ keçməmiş,xoşbəxt,19 yaşlı bir gənc idi. Dost bildiyi,güvəndiyi insanların xəyanətlərinə məruz qalmadan,günahsızkən,illərlə bilməyəcəyi səbəbdən həbsxanada 14 il qalmadan,on ildən sonra ortaya çıxıb Monte Cristo
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202037,1bin okunma
10/10
·256 syf.··
Beğendi
·
2026 5. kitabı
·
9 günde okudu
·
Okunma: 05 Şubat 2026 23:29
Hər kəsə salam Kitab postu ilə gəlmişəm. Kitabın son 50 səhifəsini nəqliyyatda oxuyub bitirdiyim üçün şəkilinide yaddaşda belə saxlayıram. Ayın ilk kitabını bitirdim. “Simasızlar” çox təsirli romandı. Müəllif öz yerli yazarımız @huseyn_nagili_ qeyd edim 3-cü kitabını oxuyurdum..... Adı insanı vahimələndirdiyi kimi əsərde rolunu təsdiqlədiAçığı, əvvəli bir az çətin başladı, elə düşünürdüm görəsən nə olacaq, hara gedir bu hadisələr. Amma sonra elə bir yerə gəlib çıxdı ki, özüm də şok oldum. Əvvəl Ceyhunun həyatı, uşaqlığı, çəkdiyi rəsmlər, ağrılı-acılı keçmişi göstərilir. Başına gələnlər adamın ürəyini sıxır. Sonra sərgidə bir Könül adlı xanımla tanış olur və aralarında sevgi yaranır. O hissələri oxuyanda çox xoş olurdu, düşünürdüm ki, nə yaxşı, bu həyatda hələ də sevgini yaşayan insanlar var. Sonra hadisələr Könülün həyatına keçir və orda daha da ağır olur. Atasının keçmişdə etdiyi səhvi Könül bilmədən cəzasını çəkir. Amma buna baxmayaraq, atasına olan sevgisi bitmir. Bu məni çox təsirləndirdi. Atanın günahı, amma əziyyəti çəkən övlad… Çox ağır mövzudur. Ceyhunla Könülün taleyinin birləşməsi də maraqlı idi.Burda deyirlere Bakı balaca şəhərdir, taleh onları birləșdirir təsadüflər, amma əslində keçmişin təsiri onların həyatını alt-üst edir. İnsan düşünür ki, bəzən insan heç öz günahının yox, başqasının keçmişinin qurbanı olur. Bacardığım qədər spoiler vermədim. Bəzi yerlər açıq qaldı, ona görə bir az nigaran qaldım, amma obrazları yaşayaraq oxudum. Bu kitabdan çıxardığım fikir budur: keçmişdə kim nə edib, onun cəzasını yeni nəsil çəkməməlidir. Heç kimin günahı övladların həyatını məhv etməməlidir. Kitab məni çox təsirləndirdi. Oxuyan varsa, fikirlərini yazsın
SimasızlarHüseyn Nağılı · XAN Nəşriyyatı · 202310 okunma
Reklam
Puan vermedi·152 syf.··
2026 1. kitabı
Keçən il oxuduğum hər kitaba alıntı yazmırdım, lakin bu ildən, hər oxuduğum kitabı bura əlavə etdikdən sonra, inceleme yazmağa çalışacam. Emil Cioran'ı daha əvvəldən tanıyırdım, lakin daha çox müsahibələrini və haqqında videoları izləmişdim, ədəbi yaradıcılığı ilə ilk dəfədir tanış oluram. Düzünü desəm, Cioran'ı dinləmək, oxumaqdan daha rahatdır. Kitabın irəlləyişi olduqca ağır idi. Bəlkə də bunun səbəbi fəlsəfi əsər olmasıdır. Amma mən kifayət qədər, axıcı fəlsəfi əsərlər də oxumuşam. Kitabın çatdırmaq istədiyi fikirlər maraqlı idi. Bu fikirlər arasında daha çox insan, taleh, zaman və Tanrı anlayışları yer tuturdu. Mən kitabın daha çox son fəsillərini bəyəndim, məncə bunun əsas səbəbi, orada kitabın adı ilə bağlı hissələrin daha çox olması idi. Ümumi götürsək, fəlsəfi əsər kimi oxumağa dəyər əsərdir. İçində yaxşı fikirlər var, sadəcə oxuyarkən, biraz səbrlə davranmaq lazımdır. Sonda bəhrəsini görəcəksiz.
Zamana DüşüşEmil Michel Cioran · Metis Yayınları · 2020751 okunma
2/10
'Milliyətçi bir rəssamın Führer'ə, yəni diktatora çevrilməsinin gerçək tarixçəsi' Herhangi bir cismin düşüş derinliği daima son durumu ile, düşmeden önce bulunduğu durumu arasındaki mesafe ile ölçülür (157. səh). Adolf Hitler ● Açıqlama: 1. 'Parazit' deyə xitab etməm o demək deyil ki, insanların seksual həyatı məni maraqlandırır, yox, sadəcə olaraq ümumi alqılara görə fikrimi izah etməyə çalışıram. 2. Açılımı: Qida Təhlükəsizliyi Agentliyi. 3. VVerner Maser'in 'Adolf Hitler' adlı biografik əsərində haqqında yazdığım mövzuya geniş yer verilir, baxa bilərsiniz. 4. Chuck Palahniuk özünün 'Ölüm Pornosu' kitabında bu barədə yazıb. 5. Hakan Günday'ın ilk əsəri olan 'Kinyas ve Kayra'nın baş qəhrəmanlarından biri. 6. Replika 'Ezel' serialına aiddir. 7. 125. səhifəyə aid olan alıntıdan kəsinti. Tam fikir belə idi: 'Propaganda daima ve sadece kitlelere hitap etmelidir. Aydınlar için yahut aydın denen kimseler için propaganda değil, ilmi izahat yapılmalıdır'. 8. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. 9. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. İsadan sonrakı təqvim 2016-cı ilin avqust ayının 18-ini göstərirdi və mən Stalin'in cəza olaraq insanları sürgün etdiyi torpaqlardan könülsüz olaraq ayrılmışdım. Yanımda iki çantam vardı və paltarlarım olandan daha da böyük olan digərinin içərisi - əsuslar olsun ki - nə spirtli içki ilə, nə də uşaq ikən dayımdan tez-tez istədiyim sarışın Nataşalarla dolmuş idi, yalnız - çoxlu - kitablar vardı. Klassik və underground əsərlər.. Bir də əlçatmazlıqdan pdfini - müdürdən xəbərsiz - vərəqə çap etdiyim vərəq-kitablarım. İçlərində ən gözdəm olan 'Mein Kampf' əsəri idi və onun da yanına zorla bir şüşə "pay olaraq filankəsə verərsən" deyilib içərisinə dürtüşdürülən vodka qoyulmuşdu. Azərbaycana çatdım, stüardessalar məni
İnceleme
KavgamAdolf Hitler · Anonim Yayıncılık · 202112,8bin okunma
Puan vermedi·52 syf.··
Beğendi
·
2024 14. kitabı
Salamlar Zweigden hər dəfə bir kitab oxuduğumda bu sualla qarşı qarşıya qalıram. “Qadın duyğularının dərinliklərinə bu qədər necə enə bilir? Yoxsa duyğular oxşardır biz mi onları cinsiyyətlə ayırırıq?” və s. Türklərin Yasak aşk dedikləri mövzuyla qələmə alınmışdır. Bir birinə vurulmamalı iki insanın gizlincə sevgi yaşamasını oxuyuruq. Qovuşmaq ümidiylə anlar, həftələr, aylar bir birini qovalayır. Anlıq da olsa baxışların toqquşması, səslərini eşitmələri onların bu eşqini alovlandırır. Ancaq onlar müvəqqəti ayrılığa baş əyməli olurlar. Araya girən zaman, məsafə bəs etmirmiş kimi I dünya müharibəsi başlayır. Məktublar kəsilir, ümidlər üzülür, oğlan o qadının sağ olmasına belə şübhə ilə yanaşsa da illər sonra aşiqləri taleh yeni görüşdürür. Bu fiziki qovuşmaqla o isti münasibəti qaytatmaqla mı bitir yoxsa hər şey keçmişdə qalır oxuyaraq öyrənərsiniz. Ancaq xoşbəxt anlar nə qədər keçmişdə olsa da insan hər zaman o keşmişə doğru yola çıxıb xatirələri yaşadığı günə gətirərərk yenidən yaşamağa çalışır.
1000Kitap
Geçmişe YolculukStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202533,6bin okunma
KARMA haqqında bildiyinizi unudun
Puan vermedi·280 syf.·
2024 5. kitabı
Karma, insan, düşüncə, duyğu, həqiqət, taleh... Yuxarıda sadalananlar maraq doğurursa oxunulacaq kitabdır. Karma haqqında yalnış bilinən tərifləri təkzib edib nə olduğunu geniş şəkildə izah edir. Karmadan necə xilas olacağımızın metodlarını öyrədir. Əslində yeni öyrənə biləcəyimiz çox şey də vəd etmir. Təcrübəyə və qədim bilgiyə əsaslanan praktikalar, düşünmə, yaşama metodları. Sadəcə xatırlamaq lazımdır(Sokrat). Və bir nöqtəni qeyd edərdim - mənəvi yolu təqdim edən (dini və ya fəlsəfi olsun fərq etməz) bütün inanc və düşüncə yollarının əslində heç də ayrı olmadığını bir daha yəqin etdim. Hamısı bir həqiqəti anlamağa, fərqli şəkildə izah etməyə çalışır. Bir çox ortaq nöqtələr gördüm və digər yollarda aydın olmayan izahların burada izahını tapdım.(İddia edildiyi kimi olduğunu hesab etsək) Kitabda mövzusu etibarilə bir çox terminlərdən istifadə edilib. Tərcümə ümumilikdə pis deyildi, mövzu dilimizə maksimum dərəcədə başa düşüləcək şəkildə tərcümə edilib. Ancaq bəzi yerlərdə çox sadə tərcümə səhvləri ilə rastlaşdım ki, bu da məni çox təəccübləndirdi. Çünki bu cür mətni, mövzunu tərcümə edəsən, ancaq çox sadə bir yerdə səhv tərcümə edəsən. Kitabın üz qabığındakı tərcümə də doğru kimi gəlmədi mənə. Kitabda səhv tərcümə olunanlardan bir cümlə belə idi: "Məhəllədə "ağır-metal" oynayan gənclər varsa, siz ekstaza düşə bilərsiniz, babanız isə əsəbiləşə bilər!" Nəyin isə düz olmadığı o dəqiqə aydın oldu. Tərcüməçinin bəyəm rokdan xəbəri yoxdur? Yoxsa playing ifadəsinin işlənmə yerinə görə başqa cür də ifadə olunacağını bilmir? İngiliscə mətni internetdən tapdım: "If there are some young people next door playing heavy-metal music, you may go into ecstasy, but your grandfather may have a nervous breakdown!" Təəssüf, yanılmamışam.
1000Kitap
KarmaSadhguru Jaggi Vasudev · 010 okunma
Reklam
Reklam