Röya Tarverdiyeva

Röya Tarverdiyeva
@tarverd1evaa
18 Nisan 2003
10 okur puanı
Eylül 2022 tarihinde katıldı
Reklam
Bir günümüz çox yaxşı keçər və deyərik həyat gözəldi, bir günümüz isə çox pis keçər və deyərik həyat sıxıcıdı. Bir günə həyatın necə bir yer olduğunu bilə bilmərik. Bu həyat bizə armağan edilib. Hisslərimiz də həyatımızın tələbidir. Hər hissimizi doya-doya yaşamalıyıq. Enerjimizi doğru şəkildə tükətməliyik. Məsələn, sabah nə olacağını düşünmək mənə həyəcan verir. Hər günə həyəcan və enerjiylə başlayıram, günün sonunda tükənsəm belə yeni günə eyni enerji və həyəcanla başlamağa çalışıram və çalışacam.
Kədərli olduğum anlarda, saatlarda, günlərdə plus kədərli musiqi dinləyirəm. Bəzən göz yaşı tökürəm. Amma bu məni rahatsız etmir. Osho’nun dediyi kimi “Özünüzü kədərli hiss edirsiniz? Eləysə kədərlə dostlaşın” və əlavə edir “ Kədər sizə dərinlik verir. Gülüş dayazdır, xoşbəxtlik səthidir. Kədərlə bir yerdə qalın, o sizi özünüzün dərin qatınıza aparacaq, bu vaxt siz öz varlığınız haqda bu vaxta qədər bilmədiyiniz bəzi şeylər öyrənəcəksiniz. Bunlar elə şeylərdir ki, yalnız kədərli olanda aşkar olur”.