Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?
Bəşər tarixi boyunca qadın varlığının ətrafında keçilməz divarlar kimi hörülən namus, ismət və qeyrət kimi anlayışlar heç vaxt təsadüfi bir mənəvi ehtiyacdan doğmadı. Bunlar minilliklər ərzində ən kiçik detalı belə unudulmadan, həssaslıqla inşa edilən nəhəng bir nəzarət sisteminin görünən, qanuniləşdirilmiş və müqəddəsləşdirilmiş üzləri idi. Bu sistem qadını yalnız fiziki zəncirlərlə küncə sıxışdırmaqla kifayətlənmədi. O, insan ruhunun ən ali qatlarına - düşüncəyə, dinə, mifologiyaya, sənətə, estetikaya və hətta sevginin özünə belə sızaraq qadını daxildən ram etməyə çalışdı. İnsanlığın bu məsələdəki ən qorxulu tərəfi qadına qarşı sadəcə qəddar olması deyil, həm də bu qəddarlığında ağlasığmaz dərəcədə yaradıcı olmasıdır. Onu məhdudlaşdırmaq üçün quru qanunlar yazmaqla yetinməyib, qanlı mifologiyalar uydurdu, dinləri patriarxal maraqlara uyğun yozdu, şeirlər qoşdu, heyranedici rəsmlər çəkdi və hətta bədəni deformasiya edən modalar icad etdi. Ən acınacaqlısı isə odur ki, bütün bu zəncirlər dünyaya gözəllik, fədakarlıq, əxlaq və müqəddəslik adı altında, olduqca cəlbedici və etirazı qeyri-mümkün edən bir qablaşdırmada təqdim olundu. Hər şey ibtidai dövrlərin sərt fiziki güc hökmranlığı ilə başladı. İnsanlığın şəfəqində həyatda qalmaq birbaşa ov, savaş və vəhşi təbiətdən müdafiə kimi fiziki üstünlük tələb edən amillərə sıx bağlı idi. Kişinin bu bioloji əzələ üstünlüyü, zaman keçdikcə sadəcə bir fiziki fərq olaraq qalmadı, sistemli bir sosial hakimiyyətə çevrildi. Qadının hamiləlik, doğum və övlad böyütmə dövrlərindəki təbii həssaslığı isə bu sistem tərəfindən bir bioloji imtiyaz və ya həyatın davamı üçün zərurət kimi deyil, bir zəiflik və asılılıq faktoru kimi istifadə edildi. Beləcə, ilk qanun ilk yumruğun kölgəsində, "güclü olan haqlıdır" prinsipi ilə şüurlara qazındı.
1000Kitap
Aşiq olmanın çarəsizliyi
İnsan nəyə əsasən aşiq olur? Bu sualın cavabını axtarmaqda məqsəd sevgini başa düşmək istəyidir. Amma görünən odur ki, sevgini başa düşmək bir kənara, aşiq olan insan özü başa düşülməz vəziyyətə gəlir. Əslində sevgini izah edə bilsəydik, o nə dərəcədə sevgi olardı ki?! O zaman sevgi hissi soyuq bir hiss olardı. İnsan həyatında çox şeyi seçir. O, dostlarını seçir, peşəsini seçir, hətta kim olacağını belə müəyyən edir. Amma bir nöqtədə bütün bu seçim etmək qabiliyyəti öz gücünü itirir. Çünki insanın daxilində elə bir sahə var ki, orada qərar vermək hüququ ona məxsus deyil. Bu, sevgi sahəsidir. Ağıl burada yalnız gecikmiş bir şahiddir. O, baş verənləri izah etməyə çalışır, səbəblər tapır, uyğunluqlar axtarır. Amma sevgi artıq baş verib. Sanki insanın daxilində başqa bir iradə var - daha qədim, daha dərin və daha qaranlıq. Elə bir iradə ki, bir gün qərar verir: "Sən, məhz bu insana bağlanacaqsan." Bəs nə üçün o insan? Sevgi sanki mistik bir hissdir. O, insanın reallığı qavrama formasını dəyişir. Aşiq olan insan dünyaya əvvəlki kimi baxmır. Eyni küçələr, eyni təbiət, eyni günəş, eyni musiqi, eyni səslər artıq fərqli görünür. Sanki dünya öz sərhədlərini genişləndirir və insanın daxilində əvvəllər mövcud olmayan bir məkan açılır. Bu məkan nə tam realdır, nə də tam xəyali. Görün necə də möcüzəvi bir duyğudur sevgi duyğusu. Platon sevgini insanın gözəlliyə və "ideallar aləminə" yüksəlişi kimi görürdü. Ona görə sevgi, insanın içindəki sonsuzluğa doğru bir hərəkətdir. Bu fikri başqa cür desək: İnsan aşiq olanda özündən daha böyük bir şeyi hiss edir. Sevginin bu qədər möcüzəsini görən insan qəribədir ki, bu hissi yaşamaqla yanaşı, həm də onun gətirdiyi ağrıdan qaçmaq istəyir. Sevginin verdiyi yüksəlişi qəbul etməklə bərabər, onun tələb etdiyi təslimiyyətdən də qorxuruq. Bir
İnsan ve Duygular
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
"Arpanı islatmaq vaxtıdır" Dünən doğum günüm idi. Fevral ayında havaların bu cür günəşli və isti keçməsi qəribədir. Heç xeyrə əlamət deyil. Elə bil təqvim fevralın üstündən atlayıb mart ayına keçib. Hər şeyin öz vaxtı olduğunu bilsələr də səbrini basa bilməyən insanlar kimi erkəndən yaz gəlib təbiətə. Dünən doğum günüm idi. Hə onu deyirdim, alça ağacları da artıq çiçək açıb, nərgizlər də. Nərgiz gülü onsuz da iki gün günəş görsə, dərhal çiçəkləyir. İki xoş münasibət görüb aldanan qadınlar kimi. Amma yenə də ən sevdiyim çiçək olaraq qalır. Dəyişməz olaraq qalan hər şey kimi... Balaca cücələr də toyuğun arxasınca düşüb yem axtarır, arada xırda dimdiklərini uzadıb nərgizlərin ləçəklərini yolaraq yerə səpələyirlər. Hə, dünən doğum günüm idi axı. Quşlar necə də gözəl oxuyur. Bir azdan axşam çağları cırcıramalar da, çaydakı qurbağalar da onlara qoşulacaq. Səs-səsə verib ilıq yaz axşamlarına xüsusi abu hava qatacaqlar. Çəmənlər yaşıllaşacaq, dağlarda bənövşələr açacaq. Bənövşə demişkən, səməni cücərtməyi də unutmuşam bayrama az qalır. Məğribin qızaran yanaqları gecənin yenə küləkli olacağından xəbər verir. Hə, dünən doğum günüm idi axı, nəysə, bu elə də vacib deyil. Durum, arpanı isladım.
Rəsul Rza - Vəfa
Mən yollar ayrıcında səni gözləyən zaman, Bəlkə indi qan gedir sənin təzə yarandan. Həsrətinlə axırkən gözlərimin gümüşü, Bəlkə dodağındadır gəncliyimin gülüşü. Bəlkə ala gözünə toxunmasınlar deyə Bürümüşdür təbiət səni bir ağ pərdəyə. Baş ucunda ağlayır küləklər həzin-həzin, Matəmini tutaraq hicranlı eşqimizin. Bəlkə buz əridirkən şinelinin buxarı, Düşmənə qan uddurur qılıncının ovxarı... Mən yollar ayrıcında səni soraqlayanda, Könlümün otağında həsrətim ağlayanda, Gündüzümün-gecəmin fərağını yığaraq, Qəfəsdə qumru kimi səni gözləyəndə, bax, Bu sinəmin içində yeyin-yeyin döyünən, Pərişan gözlərinin baxışıyla öyünən Qəlbim deyir: - Bir sabah gələcək o günəşlə, Üzündə təbəssümlə, dodağında atəşlə! Üç il əvvəlki kimi oturacaq yanında. Onun başından keçən yaralı dastanında, Dinləyəcəksən uzun əsrlərin dərdini, Görəcəksən bəşərin mərdini, namərdini. Gözündə canlanacaq onun dolğun həyatı, Sadə insan ömrünün ölməyən nəqəratı. Mən hər ikindi çağı üfüqlərə baxanda Canlanırsan gözümdə, bir bənövşə yaxanda. Hər şey gəlir, xəyala indicə olmuş kimi. Sinədə qəlb çırpınır yaralı bir quş kimi. Suya salxım sallamış o söyüdlər, iydələr,
Şiir
Payız kimi zərurisən
Sən, ey məhəbbət ayəsi üzündə nəqş olan gözəl, Mən acizanə bir sətir sən aşiqanə bir qəzəl. Gözündə incə tellərin yağışdan islanan xəzəl, Gözəlliyin təbiətə zəruridir payız kimi. Qələmdi sanki qaşların üzün də ağ kağız kimi, Pünhan Azim.
Şiir
Geceye bir şarkı bıraktım
Yatmış hamı, bir Allah oyaqdır, dəxi bir mən Məndən aşağı heç kimsə yox, ondanda yuxarı Eşqin ki, qərarında vəfa olmayacaqmış Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
Müzik