Yucin bu qızın qəlbini öyrənmək istəyirdi. Doğrudanmı o bu qədər dərin düşünür, onun bu qədər incə duyğuları var? Doğurdanmı onda bu qədər şairanə ruh vardı ki, təbiət onun üçün bu qədər mənalı olmuşdur?
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
"...təsadüf etdiyi ağaclara, küləşli damlara, şumlanmış düzlərə, yolun dönüşlərində dəyişən təbiət mənzərələrinə baxırdı. Belə tamaşalar bəzən insanın qəlbini büsbütün məşğul edərək onu, demək olar ki, düşünmək zərurətindən azad edir. Minlərlə şeyi birinci və son dəfə görməkdən kədərli və eyni zamanda dərin mənalı bir hal ola bilərmi? Səyahət etmək – hər saniyədə doğulmaq və ölmək deməkdir."
İnsanlar amfibilər kimi ikili təbiətə malikdirlər — onlar yarı ruh, yarı heyvandırlar; Ruh olaraq onlar əbədiyyətə məxsusdurlar; heyvan olaraq isə zaman içində yaşayırlar.
Bu isə o deməkdir ki, onların ruhu əbədiyyətə yönələ bilər, amma bədənləri, ehtirasları və təxəyyülləri daim dəyişir. Çünki zaman içində mövcud olmaq elə “dəyişmək” deməkdir.
Nə qədər insan varsa, o qədər də dünya var. Hər fərdin öz dünyası.
Və bir də maddi dünya var imiş, sözün böyük mənasında Təbiət var imiş... Və insan da Təbiətin bir parçası, bu dünyanın bir zərrəsi imiş. İnsanı da ehtiva edən, amma ondan asılı olmayan, obyektiv, əbədi, sonsuz bir dünya... İnsanın insansız halda fərz etdiyi (deistlər üçün Təbiət), insansızlaşdırdığı, obyektivləşdirdiyi bir dünya.
Və bu dünyada səyahətə çıxmaq üçün Elm deyilən bir gəmi icad etmiş insan. Qaranlıqlardan keçən bir yol. Dünyanı öz əqlinin işığında görmək əzmi... Necə də əzmlidir İnsan!
Və bir də ideyalar dünyası var imiş və insan öz düşüncələri ilə, əqli ilə, yaşadığı dünyanın ayrı-ayrı parçalarından əxz etdiyi mənalarla, ideyalarla yüklənirmiş, zənginləşirmiş və öz içində qurduğu mənalar dəryasına baş vurub bu dəryanın lap o bașınadək üzmək və ideyalar dünyasına qovuşmaq istəyirmiş... Kəșf etdiyi mənalardan mütləq ideyalara, nisbi həqiqətlərdən mütləq Həqiqətə. Nə gözəl yoldur bu yol!
Və bir də iç dünyası var imiş... Və insan bu dünyanın da dərinliklərinə baş vurub özünü bilmək, anlamaq istəyirmiş - özünüdərk yolu.