Mammadova Fatima

Mammadova Fatima
@themmdva1_
Mənimlə danışan kitab - KVAN
10/10
·241 syf.··
Beğendi
·
2026 1. kitabı
·
75 günde okudu
·
Okunma: 30 Ocak 2026 19:02
Çox qürurluyam, bir azərbaycanlı olaraq.. KVAN – mənim kənardan gələn səsləri, səssizə almağıma kömək edən kitab.. Bu gün, öz daxili səsimi eşitməyim üçün, məni qaranlıq quyulardan çıxardan kitabdan bəhs etmək istəyirəm. Əllərim əsərək bu sətirləri yazıram, qorxuram birdən kitabın məndə buraxdığı bu möhtəşəm hissi sizə ötürə bilmərəm deyə. Amma nə edirdik? Qorxularımıza yaxınlaşırdıq.. Əsər - mənə əslimi xatırlatdı, kim olduğumu, missiyamın nə olduğunu göstərdi. O qədər bilmədən başqalarının səsi ilə öz daxili səsim qarışıb ki, yolumu itirmişəm.. bilmədən, eşitmədən və görmədən. Bilməmişəm, məsələn öz səsimin yadların səsi olduğunu. Bilməmişəm, xəyallarımın tamam başqa olduğunu, mən doğurdan nə istədiyimi bilməmişəm.. Bilirsiniz, dostlar, KVAN-ı oxuyanda mən ilk dəfə xəyallarımı yazdım. Xəyallarımı yazana qədər kimsə soruşsa idi, xəyallarını bilirsən? Özümdən əmin şəkildə, bəli!! deyərdim. Kitabda Coşqun müəllim, “Hansı xəyalların var?” sualını verəndə, birinci yazmaqdan imtina etdim, axı bilirəm xəyallarımı onsuz dedim. Sonra qələmi aldım əlimə, başlığı yazdım. Və dayandım.. dəqiqələrcə dayandım, susdum. Bəlkə 1 saat keçdi, bilmirəm.. Mən xəyallarımı yaza bilmirdim, çünki doğurdan nə istədiyimi bilmirdim, içimdəki səsləri ayırd etməyə çalışdığım anlardan sonra əlimdə uzun bir list vardı və listə baxanda təəccüb içərisində idim, bunlar imiş, Fatimə? sualını verdim özümə, heç özümün xəbəri olmadan içimdəki arzuları ilk dəfə idi ki, görürdüm.. Hə, mən arzularımla tanış olmuşdum. Mənə xəyallarımı hədiyyə etdiyiniz üçün təşəkkür edirəm, Coşqun müəllim.. Coşqun Kərimov Kitabın dili çox anlaşıqlı, sadə və axıcıdır, hətta çoxu tanışım bir neçə günə bitirib. İnsanı maraqda buraxır, yazıçı öz həyatından nümunələr gətirdikcə, sizi maraqda qalırsınız ki, sonu hara gedir?) ““Kaş
KvanCoşqun Kərimov · Mayak Yayınları · 2016189 okunma
Reklam
Mən istərdim ki, bu yol uzansın, uzansın.
10/10
·224 syf.··
Beğendi
·
2025 13. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Temmuz 2025 00:00
Sözə necə başlayım, haradan başlayım bilmirəm. Dahi İlyas bəyə çox sözüm var, çox.. Hər dəfə şərhlərimin təxmini beynimdə bir ardıcıllığı olur, bu dəfə spontan gəlmişəm, izin verin başlayım. Əsərlə aramda elə bir bağ yaranmışdı ki, oxuduğum müddət ərzində yuxularımda görürdüm. Hətta yuxumda əsərin dəyişmiş formasını təsvir edirdim. Sanki ruhum əsərin reallıqlarından qaçır, özünə yuxuda təskinlik verirdi. Mən əsərə, bəzi obrazlara, hətta yazıçıya bir az küskünəm.. Siz buna uşaqlıq deyin, bəlkə də dəlilik. Mən bu qədər fədakarlığa qarşıyam, axı niyə? Əsər Nuriyyə adlı gənc qızın dilindən biz oxuculara çatdırılır. Nuriyyədə digər bütün obrazlarda görmədiyim ən bariz özəllik sevgi dolu olmasıydı. Axı bir insan necə bu qədər qəlbən səmimi, daim hüsnü zənn içində, fədakar, kinsiz, yalansız ola bilər? Ki zatən ola bilməz, bu sadəcə bir obrazdır. Oyanaq, zəhmət olmasa. Nuriyyə aktrisadır və təyini ilə Bakıdan Güney Qışlağa gəlir. Onun gəlişiylə rayonun abu-havası dəyişir. Nuriyyə həmin ərazilərə mədəniyyət gətirir, insanlara yeni biliklər öyrədir, onları kitab oxumağa alışdırır. Ələlxüsus həmin dövrdə rayon yerlərində aktyorluğun pis bir sahə olmadığını xalqa gözəlliklə göstərir. Bu günlərdə yeni bir cümləni təfəkkür etməyə çalışıram, sizlərlə də bölüşüm; “Gözəl davranışı gözəl şəkildə etmək”. Bax, Nuriyyənin etdiyi də budur, insanlara mədəniyyəti gətirərkən bunu gözəlliklə edir. Əlbət çoxlu davranış vardır ki, həmin davranışlar gözəldir, bunları bəs gözəl şəkildə edirikmi? İlyas Efendiyev ikili dialoqlarla obrazların daxili aləmlərini gözəl şəkildə üzə çıxarır, əsərdə polifonizmdən də istifadə olunub. Yazıçı heç kimi “doğru” ya da “səhv” kimi təqdim etmir – hər kəsin öz haqlı olduğu bir tərəf var. Bu isə oxucuya “öz doğrusunu” axtarmağa imkan verir. Digər məqam isə hadisələr
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
“Ölüm burada çox sürətli idi”
8/10
·256 syf.··
2025 11. kitabı
·
38 günde okudu
·
Okunma: 20 Haziran 2025 20:49
Bu yazı sadəcə kitaba şərh olmayacaq, bir az da kitabla əlaqəli öz hisslərimdən və fikirlərimdən bəhs edəcəm. Kitab rəflərini gəzərkən əsərin adı gözümə ilişdi, əlimə alıb, barmaqlarımı gəzdirdim. Sanki kitabla ilk anlarda aramızda bağ yaranmışdı. Və mövzusuna baxmadan almaq istədim. Daha sonra az da olsa mövzusuna baxdıqda, təəccübləndim.. Kitabın mövzusu - qəhrəmanımız jurnalist olaraq Suriyaya gedir və Suriya muharibəsini daxildən bizə göstərməyə çalışır. Mövzusunu anladıqda cəlb olunmuşdum, çünki daha əvvəl Suriya müharibəsi ilə əlaqəli bir şey oxumamışdım. Sahəm siyasətlə çox bağlıdır deyə, bu haqqda yazılar oxumuş və müəllimlərdən eşitmişdim. Kitab oxumaq isə.. Məsələ o idi ki, kitab bir həqiqətə arxasını vermişdi. Gözümüzü yumub, qulaqlarımızı bağlayıb həqiqətləri şillə kimi əsərin qəhrəmanına və bizə vurmağıydı, məsələ. Kitabı oxuduqca anladığım şey o idi ki, necə də kor-koranə həyatıma davam edirəm. Dünyada nələr baş verir, insanlar, uşaqlar ölür. Və mən sadəcə gündəlik həyatıma davam edir, hətta utanmadan bəzən “böyük” zənn etdiyim problemlərimi həll etmək üçün savaş verirəm. İnsanlar orda canlar üçün, aclıqları üçün, yaşamları üçün öləsiyə mübarizə apararkən, mən burdayam. Kitabda bəzi hadisələr baş verərkən, bir ölüm, bir eşq, bir dostluq və daha nələr. Bu zaman ümidlə sonunun müsbətliyini gözləyirsən. Axı əlində tutduğun vərəqlər toplusu olan kitabdır, bir insan tərəfindən yazılıb. Hamımız xoşbəxt sonluqları həsrətlə gözləmərikmi? Fəqət bu kitabda bu olmur. Sonluq yoxdur heç. Mənə təsir edən tərəflərdən idi bu, ümidlə gözlədiyim şey bir kitab sonluğu ola bilərdi. Amma mənim əlimdə tutduğum həyati reallıqların əks olunduğu canlar idi. Həyat bu idi.. həmişə qazanmayacaqdıq ki, həmişə axtarılan tapılmaycaqdı ki və ya hər ayrılıq, gözəlliyə bağlanmayacaqdı
Сümə Günü Uçmayan QuşSamet Doğan · Mimta Yayınları · 2017568 okunma
10/10
·1526 syf.··
Beğendi
·
2025 8. kitabı
·
29 günde okudu
·
Okunma: 12 Nisan 2025 22:39
Haradan necə başlayım, nə deyim bilmirəm. Ürəyim çox doludu, üzərinə saatlarca danışa bilərəm. Bəlkə də günlərcə.. İlk əvvəl hisslərimdən danışmaq istəyirəm. Kitab boyu yazıçıya heyranlıq hissi keçirdim. Axı sən nə etdin belə Alexandre Dumas ? Bu necə gözəl düzənlənmiş əsərdir, heçmi bir qüsur olmaz? Yazıçı o qədər gözəl hadisələri bir-birinə bağlayır ki. O qədər səhnələr oldu ki, bu qədər də incə, detallı düşünməzsən də, dedim. Əsəri oxuyanda xoşbəxtlik, kədər, ağrı, sevgi, dostluq, sədaqətsizlik, güvən, vəfa, qorxu, eşq, təşviş, yetərlilik və bunun kimi o qədər fərqli hisslər keçirtdim ki, hər hissi antonimi ilə birgə yaşayırdım. Mövzu.. Edmond Dantes.. Edmond Dantesin Monte Cristo`ya çevrilməsi.. 19 yaşlı dənizci olan Edmond, Kapitan köməkçisidir. Sonuncu səfərlərində Kapitan ölür və limana qayıdan gəmi Edmond tərəfindən idarə edilir. Gəminin sahibi Morrel, Edmond’u Kapitan edir. Bir də bizim Edmond’umuzun çox sevdiyi nişanlısı var, qəsəbədə gözəlliyi dillərə dastan olan Mercedes. Gəmidən düşən kimi gəncimiz cananının yanına qaçır və qucaqlaşırlar, sevgilərini yaşayırlar, toy hazırlıqları ilə əlaqəli danışırlar. Düşünün, 19 yaşınız var, möhtəşəm işiniz və gözəl eşqiniz var. Necə gözəl nemətlər.. Və bu nemətlərin varlığı düşmənlərini də var edəcəkdir. Ax Edmond.. Toy günü Edmond səbəbini bilmədən prokuror tərəfindən göz altına alınır. Günahsız Edmond 14 il Fransanın ən pis zindanında qalır. 14 il. Yaşlı atasından və çox sevdiyi Mercedes’indən uzaq. Orada bilikli Faria ilə tanış olur və o Edmond’u möhtəşəm şəkildə yetişdirir. Və Edmondun artıq tək qayəsi olur, intiqam. Edmond, o qədər gözəl, qəlbi təmiz, dürüst və doğru insan idi ki, onunla tanış olanda çox təəccüblənmişdim. Necə belə birisi ola bilərdi axı. Sonra Monte Cristo`nu tanıdım.. Siz Edmond`un yerində olsa
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202537,1bin okunma
Təmiz bir sevdanın hekayəsi
9/10
·136 syf.··
Beğendi
·
2024 54. kitabı
Bu təmiz sevda əsaslı olaraq Allaha olan eşqdir. Allaha olan eşqi bu qədər möhtəşəm görmək insanı çox duyğulandırır. Və kitabda bu eşq üçün 2 insanın bir-birlərinə naif sevgisi ələ alınır. Bir tərəfdə dinsiz, sevgisiz, qayğısız ailədə böyümüş qız. Digər tərəfdən Allah eşqi olan, ədəb abidəsi oğlan. İndi düşünün bu iki insanın təvafuqunu.. Kitabımız İslamın mənəvi dərinliklərini, Allaha olan eşqi, təslimiyyəti gözəl dillə anladır. Həqiqətən əsəri oxuduqca içim çox qəşəng olurdu. Həyati məqsədlərimi birdə gözdən keçirdim. Və özlüyümdən soruşdum bu məqsədlər nə qədər İslami məqsədlərdir? Əlavə olaraq əsərimiz sayəsində bir daha ölümün yaxın olduğunu çox yaxşı dərk edirik. Əbədi hazırlığın olması, nəfs üzərində mübarizə, iman dolu həyatı gözlər önünə sərən kitabımız eşqin anlamını bizə göstərir. “Allah’ı bulan neyi kaybeder? Allah’ı kaybeden neyi bulur? Bulsa da başına bela bulur.”
Secdede Son NefesHalit Ertuğrul · Nesil Yayınları · 20211,955 okunma
Reklam